“AZƏRNEFT-2” VƏ “BAKI-2” KOMANDALARI ÇİMƏRLİK VOLEYBOLU ÜZRƏ ÖLKƏ BİRİNCİLİYİNİN QALİBLƏRİ OLMUŞDUR
Bakı, 11 iyul (AZƏRTAC). 19-23 yaşlı oğlanlar və qızlar arasında çimərlik voleybolu üzrə ölkə birinciliyinin qalibləri müəyyən edilmişdir. Novxanıdakı “Akva-park”da olimpiya sistemi üzrə keçirilən yarışlarda səkkizi kişilərdən, səkkizi isə qadınlardan ibarət 16 komanda mübarizə aparırdı.
Kişilərin yarışlarında “Azərneft-2” komandası ən yaxşı nəticə göstərmişdir. Sonrakı yerləri “Bakı-1” və “Azərneft-3” komandaları tutmuşdur. Qızların yarışlarında isə “Bakı-2” komandası “Neftçi” və “Bakı-1” komandalarını geridə qoyaraq birinci yeri tutmuşdur.
Ölkə birinciliyini respublika dərəcəli hakim Rəmzi Yusupov idarə etmişdir.
Qaliblərə İdman və Gənclər Nazirliyinin birinci dərəcəli diplomları və qiymətli hədiyyələr, 2-ci və 3-cü yeri tutmuş komandalara isə müvafiq diplomlar təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]