Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azerspace-2” peykinin orbitə buraxılmasından 6 il ötür

“Azerspace-2” peykinin orbitə buraxılmasından 6 il ötür

Bakı, 24 sentyabr, AZƏRTAC

Azərbaycanın sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peyki “Azerspace-2”nin orbitə buraxılmasından 6 il ötür.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın “Space Systems Loral” (SSL) şirkəti tərəfindən inşa olunan “Azerspace-2” 2018-ci il sentyabrın 26-da Fransız Qvineyasının (Cənubi Amerika) Kuru kosmodromundan orbitə buraxılıb. Peykinin əhatə zonasına Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və tropik Afrika ölkələri daxildir. Peyk geostasionar orbitdə 45° şərq uzunluğu orbital mövqeyində fəaliyyət göstərəcək. “Azerspace-2” peykinin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək.

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində növbəti inqilabi hadisə - Azərbaycanın ikinci telekommunikasiya peyki “Azerspace-2”

2018-ci il sentyabrın 26-da orbital mövqeyinə buraxılan “Azerspace-2” “Azərkosmos”un xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, həm də birinci telekommunikasiya peyki - “Azerspace-1” peykinin orbitdəki ehtiyatıdır. Bu da öz növbəsində “Azərkosmos”a ehtiyat peykin olmaması səbəbindən iştirak edə bilmədiyi irihəcmli beynəlxalq tenderlərdə iştirak etmək imkanı yaradıb. 2023-cü ildə “Azerspace- 1” və “Azerspace-2” peyklərindən ümumilikdə 210 televiziya və radio kanal yayımlanıb.

Azərbaycanın orbitə çıxardığı peyklərin informasiya təhlükəsizliyi baxımından çox böyük əhəmiyyəti var

Bu peyklərin çox böyük əhəmiyyəti var. İlk növbədə, Azərbaycan informasiya təhlükəsizliyi baxımından daha da önəmli addım atır. Bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edə bilirlər, Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürüb. Eyni zamanda, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir.

Yeni peykin əhatə dairəsi Mərkəzi və Cənubi Avropa, Mərkəzi Asiya və Yaxın Şərq regionları olmaqla geniş ərazini əhatə edir. “Azerspace-2”nin əsas üstünlüklərindən biri odur ki, “Azerspace-1” işlək vəziyyətdə olduğu halda, burda yarana biləcək texniki problemləri sığortalamaq qabiliyyətinə malikdir. Yeni peyk, həmçinin ehtiyat qismində də çıxış edə bilər. “Azerspace-1” peykində hər hansı bir problem yarandığı təqdirdə, bu dərhal problemin aradan qaldırmaqla yanaşı, dünya standartları səviyyəsində xidmət göstərilməsini təmin edir. Ümumilikdə, “Azerspace-2” ölkəmiz üçün informasiya təhlükəsizliyinin təmin olunmasına fayda verir. Ölkədə internet infrastrukturunu inkişaf etdirməkdə “Azərspace 2”nin imkanlarından maksimum istifadə edə biləcəyik. Bu peyklərin hərbi əhəmiyyəti də var. Hərbi əməliyyatlar zamanı müəyyən əraziləri nəzarətdə saxlamaq üçün onun rolu böyükdür. “Azərspace-2”dən istifadə ölkədə internetin ucuzlaşmasına, keyfiyyətinin artmasına da gətirib çıxarıb. Eləcə də ayrılan kanalların həcmini istənilən qədər genişləndirmək olar. Peyk, həmçinin korporativ olduğu üçün dünyanın bütün ölkələri ondan yararlana biləcək. Xüsusilə də Mərkəzi Asiya ölkələrinin ona ehtiyacı var.

Azərbaycan peykinin Vətən müharibəsindəki müstəsna rolu

Azərbaycan peyki 44 günlük Vətən müharibəsinə də öz töhfəsini verdi. Düşmənin məkrli planlarının, təxribatlarının üzə çıxarılmasında, Ermənistan rəhbərliyinin öz xalqına və dünyaya ötürdüyü yalan informasiyaların qarşısının alınmasında, həmçinin döyüş zamanı mövcud vəziyyət barədə daha dəqiq məlumatların alınmasında peyklərimizin rolu danılmazdır. Müharibə zamanı baş verən bütün hadisələri müntəzəm olaraq izləyə və onlara nəzarət edə bilirdik.

Azərbaycan kosmik qanunu olan azsaylı ölkələrdəndir

2023-cü il avqustun 30-da Prezident İlham Əliyev “Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Bu qanun Azərbaycanda kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edir və Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyir. Qanun kosmik fəaliyyətin subyektlərinə şamil olunur. Azərbaycanın hava məkanı daxilində kosmik obyektə münasibətdə Azərbaycanın müvafiq qanunları şamil edilir.

Azərbaycan kosmik bilik məhsullarının ixracına başlayıb

Artıq Azərbaycanın kosmosda özünəməxsus orbital mövqeyi var. Bu o deməkdir ki, Azərbaycan artıq 48 ölkədən biri olaraq özünəməxsus kosmik resurs əldə edib, müəyyən bir orbital mövqe sırf ölkəmizə müəyyən tezliklər üçün ayrılıb. Hazırda Azərbaycan istədiyi zaman orbitə peyk qaldıra bilər. Ötən ilin dekabrından başlayaraq “Azərkosmos”un intellektual məhsulu olan radiotezliklərin idarəolunması üzrə təlim və konsultasiya proqramı Bəhreyn Krallığının “Telekommunikasiya üzrə Tənzimləmə Qurumu”na təqdim edilib. Bu yaxınlarda isə həmin biliklər Mozambik Administrasiyasının Kommunikasiya İnstitutunun nümayəndələrinə təqdim olunub. Hazırda bu proses davam etməkdədir. Kosmik məhsullarımızın ixracı növbəti addımda İraq, Toqo, Seneqal kimi ölkələrə həyata keçiriləcək.

Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın özünün kosmik sənayesini inkişaf etdirməsi ölkəmizin qarşısında yeni, daha geniş imkanlar açır. Azərbaycan güclü dövlətdir və qarşıya qoyduğu bütün məqsədlərə çatır. Sentyabrın 26-da “Azerspace-2” telekommunikasiya peykinin orbitə çıxarılması müstəqil respublikamızın növbəti tarixi qələbəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər, Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub

“Gələn kimi səni qucaqlayıb bir saat öpəcəyəm...”: Səməd Vurğunun son məktubu

Hasilatdan emala keçid: regionlarda yeni iqtisadi ekosistemlər yaranacaq ŞƏRH

Süni intellekt, akademiya və startap: Londonda çalışan azərbaycanlı tədqiqatçı ilə MÜSAHİBƏ

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

® Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir

Professor: Filizçay filizinin mürəkkəb tərkibi onun ənənəvi üsullarla zənginləşdirilməsini çətinləşdirir