Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRTAC-ın əməkdaşları şəhid-jurnalist Məhərrəm İbrahimovun məzarını ziyarət ediblər VİDEO

Bakı, 4 iyun, AZƏRTAC

“Ölüm var ki, həyat qədər dəyərli”... Vaxtilə məşhur şairin qələmindən çıxan bu misralar necə də yerinə düşür. Doğrudan da “gəlimli-gedimli, bir ucu ölümlü” dünyada müqəddəs amallar uğrunda olan dəyərli ölümlər də var. Xalq, Vətən, millət yolunda, milyonların həyatı üçün canını qurban verənlərin qəhrəmanlığı belə ölümlərdəndir. Dörd il əvvəl peşə fəaliyyətini yerinə yetirərkən şəhidliyə qovuşan AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun itkisi də müqəddəs amallar uğrunda idi. 2020-ci ildə Vətən müharibəsi nəticəsində qazanılan möhtəşəm Zəfərdən sonra altı aydan artıq müddətdə onun Qarabağ bölgəsini və ətraf rayonların işğaldan azad edilmiş ərazilərini kəndbəkənd, məhəllə-məhəllə, ev-ev, addım-addım dolaşaraq erməni qəddarlığını və onların vurduğu ziyanları tarix üçün sənədləşdirməsi əsl fədakarlıq nümunəsi, onu tanıyanlar üçün isə göynərtili itki, faciəli ölüm idi…

Hadisə 2021-ci il iyunun 4-də səhər baş verib. Kəlbəcərin Susuzluq kəndinə gedən yolda tank əleyhinə minanın partlayışı nəticəsində həlak olanlar arasında AZƏRTAC-ın işğaldan azad edilmiş bölgələrə ezam olunmuş müxbiri Məhərrəm İbrahimov da var idi...

Məhərrəm İbrahimovun şəhid olmasının dördüncü ildönümündə - iyunun 4-də AZƏRTAC-ın əməkdaşları unudulmaz həmkarlarının dəfn olunduğu Müşfiqabad qəsəbəsindəki qəbiristanlığa gedərək onun məzarını ziyarət ediblər. Anım mərasimində Binəqədi Rayon İcra Hakimiyyətinin, Binəqədi bələdiyyəsinin nümayəndələri və şəhid-jurnalistin ailə üzvləri iştirak ediblər.

Mərasimdə çıxış edən AZƏRTAC-ın İşlər İdarəsinin müdiri Rauf Süleymanov, bölmə müdiri Abdulla Suvar, aparıcı müxbir Elçin Hüseynov 2021-ci ilin iyununda baş verən faciəli hadisəni yada salaraq yenidən həmin günləri xatırlayıblar. Qeyd edilib ki, Məhərrəm daim qaynar nöqtələrdə, hadisələrin mərkəzində olmağa can atırdı. O, düşmən atəşi nəticəsində dağılmış evlərə, obyektlərə üz tutur, hadisə yerindən xəbərlər, reportajlar hazırlayıb redaksiyaya göndərirdi. Sorağı gah Ağdamdan, Füzulidən, gah da Cəbrayıldan, Zəngilan və Qubadlıdan gəlirdi. Təəssüf ki, Kəlbəcər həmin ünvanların sonuncusu oldu.

Onlar qeyd ediblər ki, hərbi jurnalist kimi üzərinə düşən işi lazımınca yerinə yetirən Məhərrəm İbrahimov Vətən müharibəsi başa çatandan sonra da vəzifəsini bitmiş saymadı. Uzun illər düşmən işğalı altında olan qədim yurd yerlərimizin azad nəfəs alması onu hədsiz dərəcədə sevindirirdi. Ezamiyyə müddətində bir-iki günlüyə Bakıya gəlib ailə üzvləri, iş yoldaşları ilə görüşəndə də daim Qarabağa tələsirdi. O, işğaldan azad edilmiş bölgələrdə erməni vandallarının viran qoyduğu yaşayış məntəqələrini jurnalist həmkarları ilə birlikdə lentə alır, dağıntıları, xarabaya çevrilmiş yurd yerlərinin mövcud vəziyyətini tarixə çevirirdi. Qarabağda və ətraf bölgələrdə törədilmiş dəhşətlərin sənədləşdirilməsi gələcək nəsillərin baş verənlərdən xəbər tutması, qan yaddaşımız üçün çox dəyərli və gərəkli bir iş idi. Özünün dediyinə görə, bu işi başa çatdırmaq üçün bir-iki ay, bəlkə də bir neçə gün qalırdı...

Ziyarət iştirakçıları ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülən şəhid-jurnalistin haqqında ürək sözlərini deyib, xatirələrini bölüşüblər. Belə bir fikir ifadə edilib ki, azad olunmuş torpaqlarda zaman keçdikcə həyat yenidən canlanacaq, quruculuq işləri amansız işğalın izlərini itirəcək, gələcək nəsillər işğal dövründə erməni qəddarlığının dağıdıcı izlərini onların çəkdiyi, arxivləşdirdiyi və yazdıqları materiallar əsasında öyrənəcəklər.

Ailə üzvləri adından çıxış edən mərhum jurnalistin qardaşı Əsgər İbrahimov və bacısı Sevda Əsgərova Məhərrəmin xatirəsini əziz tutduqlarına görə onlara minnətdarlıq edib, şəhid-jurnalistin ruhuna dualar oxunub, məzarına gül-çiçək dəstələri qoyulub.

Ziyarətdən sonra şəhid-jurnalistin şərəfinə ehsan süfrəsi açılıb.

AZƏRTAC-ın əməkdaşları şəhid-jurnalist Məhərrəm İbrahimovun məzarını ziyarət ediblər VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir