“AZƏRTAC KUBOKU” MİNİ-FUTBOL TURNİRİNƏ YEKUN VURULMUŞDUR
![]() |
![]() |
![]() |
1995-96-cı il təvəllüdlü yeniyetmələrin mübarizə apardığı turnirin finalında “Turan” və “Dinamo” komandaları qarşılaşmışlar. Görüşün əsas hissəsi və əlavə olunmuş vaxt 1:1 hesabı ilə başa çatmışdır. Qalibi müəyyənləşdirmək üçün təyin edilən yeddi metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən “Turan” 3:2 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olmuşdur.
Üçüncü yerə isə “Bəbir” komandasının qapısından 3 cavabsız top keçirən “Xəzər” komandası layiq görülmüşdür.
İlk üç yeri tutmuş komandalara AZƏRTAC, AFFA və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən futbol topları, idman formaları və digər qiymətli hədiyyələr verilmişdir.
Turnirdə fərqlənmiş futbolçular - Fuad Allahyarov (“Bəbir”) turnirin ən yaxşı qapıçısı, Həsən İbrahimov (“Dinamo”) ən məhsuldar oyunçu, İbrahim Zeynalov (“Neftçi”) ən texnikalı futbolçu, Afiq Süleymanov (“Turan”) ən yaxşı müdafiəçi nominasiyaları üzrə AZƏRTAC-ın xüsusi hədiyyələri ilə təltif olunmuşlar.
AZƏRTAC-ın baş redaktoru Əsgər İbrahimov hər üç mükafatçı komandaya kubok təqdim etmiş və onlara uğurlar arzulamışdır.
Bundan başqa, 240 nömrəli orta məktəbin direktoru Esmira Məmmədovaya turnirin uğurlu keçməsində yaratdığı şəraitə görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasova yarışın yüksək səviyyədə təşkilinə görə AZƏRTAC-ın fəxri fərmanları və 12 iştirakçı komandanın hər birinə təşəkkürnamə verilmişdir.


