“AZPETROL” DÜNYA BAZARLARINA NEFT VƏ NEFT MƏHSULLARI YOLA SALIR
“Azpetrol” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, son bir neçə ildə onun neft terminallarından (“Azərtrans” və “Səngəçal”) Mərkəzi Asiya və Qazaxstandan tankerlər vasitəsilə gətirilmiş 11 milyon tondan çox neft və neft məhsulları dünya bazarlarına yola salınmışdır. “Azərtrans” neft terminalının yarandığı 2000-ci ildə buradan 163 min 884 ton neft ixrac edilmişdisə, bu rəqəm 2001-ci ildə 2 milyon 922 min 621 ton, 2002-ci ildə 4 milyon 147 min 661 ton olmuşdur. 2003-cü ildə isə buradan Səngəçal neft terminalı ilə birlikdə Bakı- Batumi marşurutu üzrə dəmir yolu vasitəsilə 4 milyon 45 min 656 ton neft və neft məhsulları göndərilmişdir.
“Azpetrol”un 2003-cü ilin aprel ayında inşa edilmiş sayca ikinci olan “Səngəçal” neft terminalından ötən ilin doqquz ayı ərzində 1 milyon 133 min 482 ton neft yola salınmışdır.