AZTV-1 PROQRAMLARI ƏN UCQAR DAĞ KƏNDLƏRİNƏ DƏ YAYIMLANIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, keçən il İsmayıllı royonunun ucqar dağ kəndlərinin ərazisində 8 teleötürücü stansiyanın quraşdırılıb istifadəyə verilməsi minlərlə sakinin sevincinə səbəb olmuşdur.
Artıq rayonun Sulut, Yuxarı Gülyan, Həftəsiyab, Qalacıq, Mican kəndlərinin, ümumiyyətlə, 10-dək kəndin əhalisi Azərbaycan televiziyasının birinci proqramına normal baxa bilir.