Azərbaycan Dövlət İnformasiya Agentliyi

Babək rayonunun Araz kəndində yeni sosial obyektlər istifadəyə verilib

Naxçıvan, 1 oktyabr, AZƏRTAC

Bu gün Naxçıvan Muxtar Respublikası yeni inkişaf dövrünü yaşayır. Ümummilli lider Heydər Əliyevin quruculuq xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, sosial-iqtisadi inkişaf təmin edilib, aparılan quruculuq işləri muxtar respublikanın simasını dəyişib. Artıq kompleks abadlaşan kəndlər Naxçıvanın müasir inkişaf göstəricisinə çevrilib. İnsan amilinə xidmət edən bu tədbirlərin davamı olaraq Babək rayonunun Araz kəndində də geniş quruculuq işləri aparılıb, sakinlərin rahat yaşayışına xidmət edən müasir sosial obyektlər inşa olunub.

Araz kənd məktəbində hərtərəfli tədris şəraiti yaradılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 1-də - Müəllimlər Günü ərəfəsində Araz kənd ümumi orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 88 şagird yerlik məktəbdə 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, şahmat sinfi, kompüter, psixoloq və müəllimlər otaqları, STEAM kabinəsi, kitabxana və idman zalı yerləşir. Kitabxana fondunda 1840 kitab vardır. STEAM kabinəsində 1 elektron lövhə, 2 kompüter, 3D printer quraşdırılıb, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təchiz edilib. Şagirdlərin hazırladıqları “Təmassız tullantı qutusu” və “Avtomatik suvarma sistemi” layihələri təqdim edilib.

Müəllim Mirvari Qurbanova deyib: “Məktəbimizdə STEAM təlim metodunun tətbiqi, STEAM kabinəsinin yaradılması müəllimlərə müasir metodlarla işləməyi öyrətməklə yanaşı, şagirdlərin yeni texnologiyaları mənimsəməsinə, tədrisdə yeni təlim üsullarının tətbiqinə və inkişafına geniş imkanlar yaradır. Bu, layihə əsaslı öyrənmə və fənlərarası əlaqə yaradan bir təhsil sistemidir. STEAM təhsil metodunda ənənəvi yanaşmadan fərqli olaraq, uşaqlar praktik üsullardan istifadə edərək öyrənirlər. Bu vasitə ilə daha yaxşı qavrayır, robot yaratmaqla, kodlaşdırmaqla və yaxud hər hansı layihəni tətbiq etməklə riyaziyyat, fizika, kimya və biologiya elmlərinin dərinliklərini dərk edirlər. Bu yanaşma ilə yetişən şagirdlər gələcəkdə yeniliklər edə bilir, düşünən, yaradan və sağlam təfəkkürlü bir nəsil kimi formalaşır”.

Məktəbdə internetə çıxışı olan 12 kompüter və 3 elektron lövhə quraşdırılıb. Ali Məclisin Sədri elektron lövhəli sinifdə Ədəbiyyat Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Nizami Gəncəvi-880” mövzusunda keçirilən interaktiv dərsi izləyib.

Məktəbin kimya-biologiya və fizika laboratoriyalarında ən müasir avadanlıqlar quraşdırılıb. Şagirdlər keçirilən təcrübələrdə iştirak etməklə bu sahədə biliklərini daha da möhkəmləndirəcəklər.

Gənc nəslin sağlamlığının və fiziki inkişafının təmin edilməsində, Vətənin müdafiəsinə hər an hazır olan mərd və cəsur vətəndaş kimi yetişməsində idman dərslərinin mühüm rolu vardır. Məktəbin lazımi əyani vasitələrlə təchiz olunan geniş idman zalı və şahmat sinfi gənclərin hərtərəfli inkişafını təmin edəcəkdir. Şahmat otağına baxış zamanı bildirilib ki, ümumtəhsil məktəblərinə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən nəşr olunmuş “Həvəskardan ustaya qədər...”, “Şahmat incilərini tapmaq” və “Naxçıvan şahmat diyarı” adlı yeni dərs vəsaitləri verilib.

Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olub.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, muxtar respublikada 200-dən artıq məktəbin tikintisi, müasir avadanlıqlarla təminatı, ümumilikdə infrastrukturun yeniləşdirilməsi nəticəsində 50 mindən çox şagirdin təhsil şəraiti yaxşılaşdırılıb. Hazırda Babək rayonunda Sirab və Göynük məktəblərində tikinti və yenidənqurma işləri həyata keçirilir. Araz kənd ümumi orta məktəbinin də maddi-tədris bazası yaxşılaşdırılıb, tədrisin yüksək səviyyədə təşkili üçün müasir şərait yaradılıb. Ali Məclis Sədrinin müvafiq Sərəncamları ilə keçirilən nümunəvi dərslər, məktəb-muzey, məktəb-akademiya əlaqələri şagirdlərin biliklərinin artırılması ilə yanaşı, vətənpərvərlik və milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Bu günə qədər 53 təhsil müəssisəsində STEAM kabinələri yaradılıb, dərslik və tədris proqramları nəşr edilib, 200-dən çox müəllim STEAM təlimlərinə cəlb olunub. Muxtar respublikada müəllim əməyinə verilən dəyərdən danışan təhsil naziri bildirib ki, son üç ildə 726 gənc kadr ümumtəhsil məktəblərində müəllim və müxtəlif vəzifələrə təyin olunub, 1200-dən çox müəllim müxtəlif ixtisasartırma kurslarına, təlimlərə cəlb olunub, 505 müəllim şahmat sertifikatı ilə təmin edilib, müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə sertifikasiyası aparılıb. Müəllim əməyinə verilən qiymətin nəticəsidir ki, bu günə qədər muxtar respublikanın təhsil müəssisələrində çalışan 400-dən çox müəllim fəxri ad və medalla təltif edilib, 24 ümumtəhsil məktəbi “Ən yaxşı məktəb”, 40 müəllim isə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. Rəhman Məmmədov göstərilən hərtərəfli diqqət və qayğıya görə muxtar respublikanın təhsil işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Məktəbin gənc müəllimi Nazlı Nəcəfova minnətdarlıq edərək deyib: “Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində Araz kəndində kompleks quruculuq və abadlıq işləri aparılıb. Bu gün Araz kənd ümumi orta məktəbi yeni binada fəaliyyətə başlayır. Beynəlxalq Müəllimlər Günü ərəfəsində müəllimlərimiz üçün bundan böyük hədiyyə ola bilməz. Muxtar respublikada gənclərin yaxşı təhsil alması ilə yanaşı, onların işlə təminatı da diqqətdə saxlanılır. Yaradılan şəraitin nəticəsidir ki, orta təhsilimi 580 balla başa vuraraq Ali Məclis Sədrinin mükafatına layiq görülmüş, Naxçıvan Dövlət Universitetinin tarix ixtisasını bitirmişəm. Müəllimlərin işə qəbulu ilə bağlı keçirilən müsabiqədə yüksək nəticə göstərərək Araz kənd ümumi orta məktəbində tarix müəllimi kimi çalışıram. Mənimlə bərabər 3 gənc kadr da müsabiqədən yüksək nəticə əldə edərək bu məktəbdə fəaliyyətə başlayıb. Bu cür möhtəşəm, müasir avadanlıqlarla təchiz olunmuş məktəbdə işləmək böyük arzumuz idi. Arzumuz reallığa çevrildi”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Araz kənd ümumi orta məktəbinin kollektivini yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Bu gün Araz kəndinin həyatında əlamətdar gündür. Çünki kənd yenidən qurulub. Yeni məktəb binası müasir tədrisin tələblərinə tam cavab verir. Bu təhsil ocağında yaradılan təminat mərkəzlərdəki məktəblər ilə eyni səviyyədədir. Məktəb ümumxalq işidir. Ona görə ki, məktəblərdə ölkənin gələcəyi hazırlanır. Dövlət lazımi şəraiti yaradır. Kollektiv bu imkanlardan səmərəli istifadə etməli, müəllimlər tələbkar, şagirdlər çalışqan olmalı, məktəblə ailə arasında sıx əlaqə yaradılmalıdır. Bu sahədə görülən işlərin nəticəsidir ki, 2020-2021-ci tədris ilində ali və orta ixtisas məktəblərinə qəbulun nəticələrinə görə muxtar respublika liderdir. Yəni 72 faizdən artıq gənc ali və orta ixtisas məktəblərinin tələbəsi adını qazanıb.

Ali Məclisin Sədri bu münasibətlə muxtar respublika müəllimlərinə təşəkkürünü bildirərək deyib: Məktəblərdə yaradılan müasir tədris şəraiti gənclərin günün tələbləri səviyyəsində yetişməsinə imkan verir. XXI əsr yeni texnologiyalar əsridir. Ona görə də məktəblərdə lazımi şərait yaradılmalı, tədris yeni texnologiyalar əsasında qurulmalıdır. Araz kənd ümumi orta məktəbində də bu amil nəzərə alınmış, kompüter sinfi, laboratoriyalar, elektron lövhələr, STEAM kabinəsi və digər avadanlıqlar qurulmuşdur. Kollektiv bunlardan istifadə etməklə şagirdləri gələcəyə hərtərəfli hazırlamalıdırlar.

Ali Məclisin Sədri təhsil ocağının muxtar respublika məktəbləri arasında özünəlayiq yer tutacağına və tam orta məktəbə çevriləcəyinə əminliyini bildirib, kollektivə uğurlar arzulayıb.

Binanın həyətində bufet, fərdi qazanxana, açıq idman qurğuları qoyulub, abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Dövlət qurumları müasir kənd mərkəzində fəaliyyət göstərəcək

Oktyabrın 1-də Araz kənd mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, ikimərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 38 yerlik zal yerləşir. Kitabxana fondunda 3000 kitab vardır. Rabitə evində yeni nəsil ATS quraşdırılıb. Kənddə 20 internet istifadəçisi vardır.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 37 üzvü vardır ki, onlardan da 16-sı gənc, 16-sı isə qadındır. Ərazi ilk təşkilatının sədri Musa Əliyev yaradılan şəraitə görə minnətdarlıq edərək deyib: “Bu gün Araz kəndi bayram əhval-ruhiyyəsindədir. Kənddə həyata keçirilən geniş quruculuq işləri sakinlər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Kəndimiz abad və müasir kəndlər sırasına qoşulub. Ali Məclis Sədrinin qayğısı ilə bütün sahələr üzrə yaradılan nümunəvi şərait insanların rifahına və rahat yaşamasına xidmət edir. Quruculuq işlərindən Yeni Azərbaycan Partiyası Araz kənd ərazi ilk təşkilatına da pay düşüb, müasir iş şəraiti yaradılıb. Söz veririk ki, göstərilən qayğıya cavab olaraq öz işimizi layiqincə yerinə yetirəcək, bundan sonra da muxtar respublikanın inkişafında partiya üzvləri fəallıq göstərəcəklər”.

İnzibati ərazi dairəsi üzrə nümayəndə Nəriman Hüseynov deyib: “Kənd sakinləri, əsasən, əkinçilik, heyvandarlıq və maldarlıqla məşğul olur. Yaradılan şəraitin nəticəsidir ki, təsərrüfatlarda istehsal olunan məhsulların bazarlarda satışı həyata keçirilir, təsərrüfat sahibləri ailə büdcələrini artırır. Bu gün bizə şəhərdən geri qalmayan kənd hədiyyə edilib. Biz də yaradılanlardan səmərəli istifadə edəcək, qurulanları qoruyub saxlayacağıq”.

Bildirilib ki, kənddə əsas diqqət yetirilən sahələrdən biri də baytarlıq işinin təşkilidir. Bu gün Babək rayonunda epizootik vəziyyət sabitdir. Bunun səbəbi dərman preparatları və digər tibbi avadanlıqlarla təminat, peyvəndləmə və dezinfeksiya tədbirlərinin vaxtında görülməsidir. Aparılan profilaktik tədbirlərin nəticəsidir ki, rayonda bu sahədə heç bir xəstəlik müşahidə olunmur.

Ali Məclisin Sədri baytarlıq işinin əhəmiyyətini vurğulayaraq muxtar respublikada özəl baytarlıq məntəqələrinin yaradılması ilə əlaqədar tapşırığın verildiyini bildirib, kadr təminatına diqqəti çəkib, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının və digər maarifləndirmə tədbirlərinin iclas zalında keçirilməsi barədə tapşırıqlar verib.

Kəndlərdə müasir səhiyyə müəssisələrinin tikilməsi mühüm əhəmiyyətə malikdir. Kənd mərkəzinin birinci mərtəbəsində yerləşən feldşer-mama məntəqəsində məntəqə müdiri, mama və manipulyasiya otaqları vardır. Məntəqə ginekoloji müayinə masası və alət dəsti, təcili yardım çantası, qlükometr, boyölçən, tərəzi, soyuducu və digər tibbi ləvazimatlarla təchiz edilib.

Məntəqə müdiri Şərəbanu Hüseynova yaradılan şəraitə görə minnətdarlıq edərək deyib: “Əvvəllər məktəbin tərkibində ayrılmış bir otaqda fəaliyyət göstərirdik. İndi bizim üçün müasir iş şəraiti yaradılıb, feldşer-mama məntəqəsi zəruri tibbi avadanlıqlarla təmin olunub. Bu qayğıya cavab olaraq bundan sonra da daim əhalinin sağlamlığının keşiyində duracağıq”.

Ali Məclisin Sədri peyvənd və patronaj işinin təşkili, eləcə də səhiyyə maarifinə üstünlük verilməsi barədə tapşırıqlar verib.

Binada fərdi istilik sistemi quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb.

Yeni xidmət mərkəzi ailə təsərrüfatları üçün yeni imkanlar açır

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Araz kəndində xidmət mərkəzinin də açılışını edib.

Məlumat verilib ki, xidmət mərkəzində bərbərxana, mağaza və anbar yerləşir. Burada xidmətin təşkili üçün nümunəvi şərait yaradılıb, 2 nəfər işlə təmin olunub.

Mərkəzdə ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların satışına üstünlük verilir.

Araz kəndində içməli su və kanalizasiya şəbəkəsi qurulub

Yaşayış məntəqələrində içməli su və kanalizasiya şəbəkələrinin istifadəyə verilməsi insanların rahatlığına xidmət edən mühüm sosial tədbirdir. Muxtar respublikada bu sahədə kompleks işlər həyata keçirilir, əhali ekoloji təmiz və dayanıqlı içməli su ilə təmin olunur. Şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də yeni içməli su və kanalizasiya şəbəkələri qurulur.

Oktyabrın 1-də Araz kəndində içməli su və kanalizasiya şəbəkəsinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Məlumat verilib ki, Babək rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi əsasında Araz kəndinə içməli su Nehrəm qəsəbəsinə çəkilmiş ana xətdən götürülərək verilir. Kənddə 14,3 kilometr içməli su xətti çəkilib, 53 ev birləşməsi aparılıb, sayğac quraşdırılıb, su şəbəkəsi üzərində 2 yanğın hidrantı, müxtəlif diametrli 22 siyirtmə və 2 suboşaldıcı qoyulub. Araz kəndində 8,8 kilometr daxili kanalizasiya şəbəkəsi çəkilib, 53 ev birləşməsi aparılıb, şəbəkə Babək şəhər kanalizasiya xəttinə qoşulub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Araz kənd içməli su şəbəkəsinin açılışını bildirən qurğunu işə salıb.

Yeni yolların salınması rahatlığa xidmət edir

Yol infrastrukturunun təkmilləşdirilməsi və modernləşdirilməsi muxtar respublikada əsas diqqət yetirilən sahələrdəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Araz kənd avtomobil yolu yenidən qurulub.

Oktyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə maraqlanıb.

Bildirilib ki, ümumi uzunluğu 8,7 kilometr olan yola asfalt örtük salınıb, 600 metr yol hamarlanaraq qum-çınqıl qatı verilib, 38 metal boru su keçidi qoyulub, 370 metr beton su kanalı çəkilib.

Sonra sakinlərlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: Bu gün şəhərtipli kənd qurularaq sakinlərin istifadəsinə verilir. Kəndə 9 kilometrə yaxın yol salınmış, bütün evləri əhatə edən su-kanalizasiya şəbəkəsi qurulmuş, kənd və xidmət mərkəzləri, məktəb, poçt, rabitə, internet xidmətləri müasir tələblər səviyyəsində qurularaq istifadəyə verilmişdir. Görülən işlər insanların rahat yaşamasına və kəndin inkişafına xidmət edir. Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan “Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2003-cü il 1 mart tarixli Qanunu ilə Araz kəndi Nehrəm kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq Araz kənd inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il iyunun 29-da imzaladığı digər Qanunla isə Araz kənd bələdiyyəsi yaradılmışdır. Ötən dövrdə kəndin inkişafı təmin edilmiş, məskunlaşma artmış, yeni evlər tikilmişdir. Bu gün qurulanlar, istifadəyə verilənlər də kəndin bundan sonrakı inkişafını, rahat yaşayışı təmin edəcəkdir.

“Qurulanlar işin bir tərəfidirsə, bunlardan səmərəli istifadə etmək isə əsas məsələdir”, - deyən Ali Məclisin Sədri bildirib ki, sakinlər kəndin inkişafını təmin etməli, məskunlaşma daha da artmalı, torpaqlardan səmərəli istifadə olunmalı, yaşıllıqlar salınmalı, ailə təsərrüfatları inkişaf etdirilməli, bir sözlə, yaradılan şərait kəndin bundan sonrakı inkişafını sürətləndirməlidir. Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bu gün Araz kəndinin timsalında görünür. Həyata keçirilən işlər ölkəmizdəki inkişaf, sabitlik, dövlət-xalq birliyi və ulu öndər Heydər Əliyev siyasətinin ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycan aparılan uğurlu siyasət nəticəsində dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur.

Ali Məclisin Sədri aparılan kompleks quruculuq işləri münasibətilə sakinləri təbrik edib.

Araz kənd sakinləri adından minnətdarlıq edən Əqil Sadiqov deyib: “Kənddə fəaliyyət göstərən dövlət orqanları əvvəllər şəraiti olmayan, uyğunlaşdırılmış binada əhaliyə xidmət göstərirdilər. Ali Məclis Sədrinin qayğısı ilə kəndimizdə böyük quruculuq işləri görülüb. Bu gün müasir məktəb binası, kənd və xidmət mərkəzləri, həmçinin içməli su və kanalizasiya şəbəkəsi qurularaq kənd sakinlərinin istifadəsinə verilib. Evlərimizə təmiz içməli su xətti çəkilib, kanalizasiya sistemləri qurulub. Hər cür şəraiti olan kənd mərkəzində dövlət qurumları əhaliyə yüksək səviyyədə xidmət edəcəklər. Məktəbdə tədrisin günün tələbləri səviyyəsində qurulması üçün hərtərəfli şərait yaradılıb. Vaxtilə kənddə əhali ehtiyaclarını ödəmək üçün qonşu kəndlərə, ya da Naxçıvan şəhərinə üz tuturdu. İstifadəmizə verilən xidmət mərkəzi həm sakinlərin zəruri ehtiyaclarının ödənilməsinə köməklik edəcək, həm də vaxt itkisinin qarşısını alacaq. Yollarımız asfaltlanıb, kənddə müasir tipli ATS quraşdırılıb, əhali fasiləsiz elektrik enerjisi, təbii qaz və internetlə təmin olunub. Görülən işlər sakinlərin rahatlığına və yaxşı yaşamasına xidmət edir”.

X X X

Araz kəndində yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülüb. Kənddə 2150 metr yeni fiberoptik kabel, 2610 metr rabitə xətti çəkilib. Həmçinin elektrik təsərrüfatı tamamilə yenilənib, 71 yeni dirək basdırılıb, müxtəlif diametrli 4515 metr kabel xətti, 6710 metr məftil naqillər çəkilib, 2 transformator yarımstansiyası təmir olunub. Bundan başqa, 173 poqonometr polietilen borularla yeni tikililərə qaz xətti çəkilib, 1135 poqonometr qaz xəttində dəmir borularla təmir-bərpa işləri aparılıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi Asiya ilə əməkdaşlıq Azərbaycanın regional mövqeyini gücləndirir - ŞƏRH

M4 avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində təhlükəsizlik tədbirləri görülüb

Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir TƏHLİL

® Mürəkkəb əməliyyatların peşəkarı

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir YENİLƏNƏCƏK

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır

AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır

XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərinə dair Azərbaycan tarixşünaslığı araşdırılıb

Azərbaycannın 2028-ci ildə MDB-yə sədrliyi: siyasi, diplomatik və iqtisadi perspektivlər

Hava sabah axşamadək yağıntılı olacaq

“Bavariya”nın sabiq futbolçusu: “Sabah” üçün “Borussiya Dortmund”a qalib gəlmək çətin olacaq – EKSKLÜZİV

Nazir müavini: Elmi araşdırma və təhlillər düzgün qərarların qəbul edilməsində mühüm rol oynayır

“Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” - Bakıda aktual müzakirə

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanı keçirilib VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanı keçirilib VİDEO

ADPU-da seminar: Psixoloq nəyi bilməməlidir?

“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli 638 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilən malların Siyahısında və həmin Siyahının “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən mallar üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb

Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub

Finlandiya vətəndaşlıq testi tətbiq edir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Her-Her məbədi

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib YENİLƏNİB

Bakıda NATO-nun təlim kursu keçirilir

Aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans

Azərbaycanın turizm potensialı Polşanın üç şəhərində nümayiş etdirilib

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB

Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı Azərbaycan iqtisadiyyatı üçün faydalıdır - ŞƏRH

Azərbaycan regionlararası əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir- ŞƏRH  

İrakli Kobaxidze: Orta Dəhlizə marağın artdığı bir vaxtda dəmir yollarının rolu daha da aktuallaşır

Fərid Qayıbov: Milli-mənəvi dəyərlərə bağlı gənclik cəmiyyətin gələcəyinin təminatçısıdır

® “Kapital Bank” istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib

Gecikdirilmiş 548 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Azərbaycan Mərkəzi Asiya ilə vahid geoiqtisadi məkanın formalaşmasında mühüm rol oynayır - ŞƏRH

Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar

Fəlsəfə doktoru: Milli-mənəvi dəyərlər gənclərə izah və müzakirə yolu ilə aşılanmalıdır

Xəzər regionu ölkələrinin alimləri Aktauda dənizin ekoloji problemlərini müzakirə ediblər

Azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib

Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb

Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Paşinyan: Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur, qarşıda TRIPP layihəsinin reallaşdırılması var

İqtisadiyyata kredit qoyuluşları 14,5 faiz artıb

Umud Mirzəyev: Azərbaycanın yaratdığı yeni reallıqlar tarixi ədalətin və milli birliyin təntənəsidir

AMADA "Kəpəz" klubunda seminar keçirib

Fiziki şəxslərin banklardakı əmanətləri artıb

Əsas kapitala yönəldilən investisiyanın məbləği açıqlanıb

Sənaye sektorunda 51 milyard manatdan çox məhsul istehsal edilib

VK-nın sədri: Süni intellektin yaratdığı çağırışlara hüququn necə cavab verməli olduğunu nəzərdən keçirmək əhəmiyyətlidir

İstanbulda Türk Dövlətləri ilə Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin 17-ci ildönümü qeyd edilib

AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir

İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir

Deputat: Azərbaycanda rəqəmsallaşma və innovasiya siyasəti uğurla koordinasiya olunur

Əhalinin gəlirləri artıb

Komitə: Azərbaycanda orta aylıq əməkhaqqı 7 faizdən çox artıb

Tuğ qoruğunda Alban xristian irsi ilə bağlı arxeoloji tədqiqatlar aparılıb

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNİB VİDEO

Anar Bağırov: Kollegiyaya qəbul olunan vəkillərin əksəriyyətini gənclər təşkil edir

Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

Aynur Sofiyeva: Uşaqlarda informasiya axınının təhlili və seçim etmək bacarığı formalaşdırılmalıdır

Azərbaycanın orta güc kimi yüksəlişi: müstəqil və çoxvektorlu xarici siyasətin rolu

Tərlan Həsənov: Murad Fətiyev 4 yaşından yanımdadır, genetik xüsusiyyətləri ikiqat SSRİ çempionu olan atasından gəlir

Azərbaycanda ÜDM artıb

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Gürcüstan hökuməti Tbilisi - “Qırmızı Körpü” avtomobil yolunun tikintisinə 100 milyon lari ayırır

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevrilir - ŞƏRH

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

Türkiyənin daxili işlər naziri cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb

NTD amerikalı basketbolçunu transfer edib

Ekspert: Süni intellekt və rəqəmsal bankçılıq İslam maliyyəsinin inkişafına təkan verir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı

Xaçmazda mağazada yanğın olub VİDEO

Xaçmazda mağazada yanğın olub VİDEO

İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq

Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laporoskopik üsulla çıxarılıb

Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq

EYBA-nın vitse-prezidenti: Əsl risk qərar verməkdən imtina edən, qərarlarını süni intellektə həvalə edən hüquqşünasdır

UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında

Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Estoniyanın sığorta sektoru nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb