BADMİNTON ÜZRƏ RESPUBLİKA SEÇMƏ YARIŞLARI OLMUŞDUR
Beynəlxalq Xüsusi Olimpiya proqramına uyğun olaraq təşkil olunmuş yarışlarda 10-dək şəhər və rayonun yardımçı, xüsusi məktəb və internatlarının idmançıları iştirak etmişlər.
Əzizbəyov rayonundakı 16 nömrəli xüsusi internatın komandası birinci, Nəsimi rayonundakı 11 nömrəli yardımçı məktəbin badmintonçuları ikinci, Sabunçu rayonundakı 11 nömrəli yardımçı internat məktəbin təmsilçiləri üçüncü yer tutmuşlar.
Mükafata layiq yer tutanlar yığma komandanın tərkibində 2007-ci ilin iyun ayında Çinin Şanxay şəhərində keçiriləcək Xüsusi Yay Olimpiya Oyunlarına hazırlaşacaqlar. Mayın 19-21-də “Təhsil” RİM-də keçiriləcək üzgüçülük üzrə respublika seçmə yarışları da həmin oyunlara hazırlıq xarakteri daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]