Badmintonçularımız “Hellas International 2019” turnirində iştirak edirlər
Bakı, 3 may, AZƏRTAC
Badmintonçularımız Yunanıstanın Saloniki şəhərində keçirilən “Hellas International 2019” turnirində iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycan badmintonçularından Cahid Əlhəsənov mübarizəyə təsnifat mərhələsindən qoşulub. O, ilk görüşdə Kipr idmançısı Andreas İoannuya 2:1 (21:15, 12:21, 21:12) hesabı ilə qalib gəlib. Lakin badmintonçumuz ikinci qarşılaşmada türkiyəli Yusif Yasara 1:2 (22:20, 15:21, 21:7) hesabı ilə məğlub olub. Digər idmançımız Səbuhi Hüseynov isə ilk görüşdə yunanıstanlı badmintonçu Georgi Qalvasa 1:2 (23:21, 8:21, 21:15) hesabı ilə uduzub.
Mayın 3-də isə badmintonçularımız qoşa yarışlarda iştirak edəcəklər. C.Əlhəsənov və Səbuhi Hüseynov tandemi norveçli Mattias Xu və Karl Kristian Mork qoşası ilə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [23:19]
Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi
- 13.10.2026 [22:52]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]