Badmintonçumuz Türkiyədə bürünc medal qazanıb
Bakı, 20 dekabr, AZƏRTAC
Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Ankarada keçirilən “Turkey International 2018” turnirində çıxışlarını başa vurublar.
AZƏRTAC xəbər verir ki, təmsilçilərimizdən Edi Reski Dviçayo 1/16 finalda yunanıstanlı İlias Xanzounu məğlub edib. Edi növbəti mərhələdə Danimarka idmançısı Soren Hald üzərində qələbə qazanıb. Badmintonçumuz 1/4 finalda Türkiyə təmsilçisi Məhəmməd Əli Kurta qalib gəlib. Yarımfinala yüksəlməklə bürünc medalı təmin edən Edi bu mərhələdə indoneziyalı İkhsan Leonardo İmanuel Rumbaya uduzub.
Mübarizəyə 1/16 finaldan başlayan Ezmi Qovimuramadhoni ilk mərhələdə özbəkistanlı Artyom Savatyugini məğlub edib. Ezmi 1/8 finalda İndoneziya badmintonçusu Kristian Adinataya uduzub və mübarizəni dayandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]