BAFTA gələn il üçün mükafatların təqdimatı tarixini açıqlayıb
Bakı, 31 may, AZƏRTAC
Britaniya Kino və Televiziya Sənəti Akademiyası (BAFTA) elan edib ki, kino mükafatlarının təqdim edilməsi 2024-cü il fevralın 18-də Londonda keçiriləcək.
AZƏRTAC Kino Akademiyasının saytına istinadla xəbər verir ki, mərasim 2024-cü il martın 10-da Los-Ancelesdə keçiriləcək “Oskar” mükafatının təqdim edilməsindən üç həftə əvvəl baş tutacaq.
Bununla belə BAFTA-nın tədbiri fevralın 15-25-də Almaniyanın paytaxtında keçiriləcək “Berlinale”nin (Beynəlxalq Berlin kinofestivalı) baş tutması tarixləri ilə kəsişir.
BAFTA kino mükafatı kino və oyun sənayesinin dəstəklənməsi və inkişafı ilə məşğul olan Böyük Britaniyanın Kino və Televiziya Sənəti Akademiyası tərəfindən 1948-ci ildən bəri hər il təqdim olunur. Mükafat, həmçinin televiziya sahəsində nailiyyətlərə görə təqdim olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:04]
Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb
- 02.10.2026 [02:10]
“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO
- 01.10.2026 [23:51]