BAĞDADDA TERROR NƏTİCƏSİNDƏ 69 NƏFƏR HƏLAK OLMUŞDUR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Bağdadda növbəti terror nəticəsində 69 nəfər həlak olmuşdur. Naməlum terrorçular iyulun 1-də səhər İraq paytaxtının şiələr yaşayan məhəllələrindən birində içərisində partlayıcı maddələr olan avtomobili partlatmışlar. Zərərçəkənlər arasında həm polislər, həm də dinc sakinlər var. 80-dək adam yaralanmışdır.
Partlayış nəticəsində 20-dək mağaza və ərzaq dükanı, 14 avtomobil yanmışdır.
Elə həmin gün terrorçular İraq parlamentinin deputatı xanım Taysir Nəcəh əl-Məşhədanini 7 mühafizəçisi ilə birlikdə oğurlamışlar. Məşhədani sünnilərin Milli Həmrəylik Cəbhəsinin parlamentdəki fraksiyasına daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]