CƏMİYYƏT
Bağırov körpüsündə subasma olub, yağışın fəsadları aradan qaldırılır
Bakı, 22 oktyabr, AZƏRTAC
Gecə saatlarında normadan dəfələrlə artıq yağan yağış nəticəsində paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospekti, Bağırov körpüsünün ərazisində subasma qeydə alınıb, bunun nəticəsində sözügedən ərazidə hərəkət tam dayandırılıb.
AZƏRTAC xəbər verir ki, əraziyə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və aidiyyəti strukturların rəhbərləri gələrək baxış keçirib, təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb. Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın rayon icra hakimiyyətlərinin başçıları, onların aparatı və təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır, şəhər ərazisində xüsusi riskli ərazilər müəyyən edilərək aramsız yağan yağışın fəsadları aradan qaldırılır.