Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bahar Muradova: Azərbaycan Prezidentinin “İslam Həmrəyliyi İli” təşəbbüsü bütün bəşəriyyət üçün çox vacibdir

Bahar Muradova: Azərbaycan Prezidentinin “İslam Həmrəyliyi İli” təşəbbüsü bütün bəşəriyyət üçün çox vacibdir

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan uzun illər bütün konfessiyaların dinc, sülh şəraitində yaşadığı ölkədir. Burada hər bir din daşıyıcısı öz dini inanclarını azad, rahat şəkildə yerinə yetirə bilir. Ölkəmizdə heç kəs dini inancına görə sıxışdırılmır, təqib olunmur. Bu multikultural dəyərlərin təkcə Azərbaycan üçün yox, bütün dünya üçün nə qədər böyük əhəmiyyət daşıdığını beynəlxalq miqyasda gedən proseslər açıq-aydın göstərir.

Bu fikirləri Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasını AZƏRTAC-a şərh edən Milli Məclis sədrinin müavini, parlamentin insan hüquqları komitəsinin sədri Bahar Muradova deyib.

Bahar Muradova bildirib ki, Azərbaycan əhalisinin 90 faizdən çoxu müsəlman olsa da, ölkəmizdə digər dinlərin nümayəndələrinə də bərabər şərait yaradılıb. Ona görə də Azərbaycanın İslam həmrəyliyi təşəbbüsünü irəli sürməyə daha çox haqqı çatır.

Vitse-spikerin sözlərinə görə, bu, həm də Azərbaycan dövlətinin İslamın əsl mahiyyəti, məqsədi və imkanlarının dövlət səviyyəsində doğru, düzgün dəyərləndirilməsini göstərir. Çünki tarixən görmüşük ki, İslamın zərərli istiqamətlərə gətirib çıxara bilən təzahürlərini rəhbər tutaraq dini fanatizmi, cəhaləti daha çox insanların beyninə yeritməyə, İslamın mahiyyətindən kənar formada təqdim etməyə cəhdlər olub. Müəyyən siyasi rejimlər isə məhz bu cəhətlərə üstünlük verərək onu siyasi məqsədləri, maraqları üçün istifadə etməyə çalışıblar. Ona görə də Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə İslamın əsl mahiyyətini və məqsədini ortaya qoymaqla onu beynəlxalq aləmdə qarşımıza çıxan çağırışları önləmək üçün bir imkan, vasitə, güc kimi görür. Dövlətimizin başçısı çıxışında da deyib ki, İslam ölkələrinin ən güclü ortaq dəyəri elə İslam dininin, İslam mədəniyyətinin özüdür. Bu, əlbəttə, müəyyən ölkələrdəki siyasi rejimlərə, siyasi quruluşlara uyğun olaraq fərqli təzahür edə bilər. Amma Azərbaycan dünyəvi dövlət olduğu üçün, burada din dövlətdən ayrı olduğu, insanların vicdan məsələsi kimi qəbul edildiyi üçün bu məsələlər demokratik dövlətlərin, dəyərlərin ruhuna uyğun şəkildə tənzimlənir və qanunlarımızda da məhz belə əksini tapır.

Bahar Muradova vurğulayıb ki, bu baxımdan indiki həssas dövrdə, İslam ölkələrinin dağıntılara, fəlakətlərə, təhlükələrə məruz qaldığı bir zamanda belə bir ideya ilə çıxış etmək çox önəmlidir. Bu, Azərbaycanın özünün bu dəyərlərə istinad edərək əldə etdiyi üstünlükləri həm dünyaya təqdim etmək, həm İslamın məhz bu səviyyədə istifadəsinin demokratik cəmiyyətlər qurulmasına maneə yox, əslində ona dəstək olduğunu nəzərə çatdırmaqla İslam həmrəyliyinə nail olmaq təşəbbüsüdür və bu təşəbbüs hər kəs tərəfindən müsbət qarşılanır. Xüsusilə, Azərbaycan cəmiyyəti bunu növbəti dəfə Azərbaycan dövlətinin və onun əldə etdiyi uğurların dünyaya təqdimatı, eyni zamanda, bu təqdimatdan mövcud vəziyyətin sağlamlaşdırılması, İslam həmrəyliyinin İslam ölkələrinin həmrəyliyinə gətirib çıxarması, özü də bu həmrəyliyin yalnız dini baxımdan deyil, ən müxtəlif aspektlərdən qabardılmasına imkan verməsi kimi qiymətləndirir. Prezident İlham Əliyev çıxışında qeyd etdiyi kimi, bu, təkcə dini deyil, iqtisadi, siyasi, mənəvi, beynəlxalq məsələdir, ölkələrarası münasibətlərin normallaşmasına gətirib çıxaran bir imkandır. Ona görə də Prezidentin bu təşəbbüsü İslam ölkələrinin, İslam dininin özünün daxilində olan qarşıdurmaların aradan qaldırılması üçün düşüncələrin, mövqelərin, “İslam həmrəyliyi nədir və necə qəbul olunmalıdır” təsəvvürünün formalaşmasına, “Biz nəyə görə İslam həmrəyliyi təşəbbüsünü irəli sürürük, hansı məqsədlər üçün bunu istifadə edirik” kimi sualların aydınlaşmasına, İslam həmrəyliyinin təkcə İslam ölkələri deyil, bütün dünya üçün, dinlərarası münasibətlərin sağlamlaşmasına töhfə verə biləcək bir imkan kimi dəyərləndirilməsinə edilən çağırışdır. Bu, həm də xristian dünyasına, digər dinlərə bir çağırışdır. Eyni zamanda, İslamı hədə, təhlükə, demokratik cəmiyyətə yad ünsür kimi təqdim edən dairələrə bir çağırışdır. Bu gün dünya elə bir mərhələyə gəlib çıxıb ki, bizi ayıran yanaşmaların nə qədər ağır nəticələrə gətirib çıxardığını görürük. Bu, hər kəsə, təhdid və təhlükədir. Kimlərsə düşünürsə ki, İslama yönəlik cəhdlər İslam dünyasını zəiflədəcək, yanılır, bu, bütün dünyanı zəiflədir. Ona görə də İslam həmrəyliyinə nail olmaq, İslamla həmrəy olmaq bütün dünya dinlərinin, mədəniyyətlərinin, sivilizasiyaların bir araya gəlmək, harmoniya şəraitində yaşamaq imkanlarının genişləndirilməsi deməkdir. Bu baxımdan Prezident İlham Əliyevin bu təşəbbüsü təkcə Azərbaycan, İslam ölkələri üçün deyil, bütövlükdə bəşəriyyət üçün çox vacibdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb

Azərbaycan Ağsaqqallar Şurası ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyib

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Böyük Britaniyanın Baş naziri Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir

Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin tariximizdəki rolu – dəyirmi masa

Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb

Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar

Türkmənbaşı görüşü: Azərbaycan-Mərkəzi Asiya strateji tərəfdaşlığının yeni mərhələsi

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Mars Sariyev: Azərbaycanın tranzit imkanlarının güclənməsi Qırğızıstanın formalaşan Avrasiya nəqliyyat arxitekturasına inteqrasiyasını stimullaşdırır ŞƏRH

Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi

Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır

Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb

Ceyhun Məmmədov: Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdir

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır

Dünya bazarında yanacağın qiymətinin artması adekvat olmayan qərarların qəbul edilməsinə gətirib çıxarıb

Azərbaycanın kulinariya irsi Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub

YAP-ın VIII Qurultayı: yeni hədəflər və strateji istiqamətlər Gəncədə diqqət mərkəzindədir

Qadın hərbi kursantlarla görüş olub

İran Yəmən və Səudiyyə Ərəbistanı arasında danışıqlar üçün vasitəçilik təklif edib

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır

Bask ölkəsinin tanınmış şəxsləri “Canon français” ziyafətinə qarşıdır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB

Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər

Britaniyanın Baş naziri: Avropa İttifaqından ayrılmağımız “ümidləri doğrultmadı”

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb

Beynəlxalq Enerji Agentliyi ölkələri dizel ehtiyatlarını daha tez istifadə etməyə çağırıb

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir

Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam

Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur

Gülyanaq Məmmədova: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır

Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır

“Goldman Sachs” “Brent”in qiymətinə dair proqnozunu artırıb

Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik

Mənsum İbrahimov: Məktəblərdə vahid geyim formasının tətbiqi vacibdir

Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib

Bu saata olan əsas xəbərlər

Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Azərbaycanın MDB-yə sədrliyi regional iqtisadi əməkdaşlığı genişləndirə bilər – ŞƏRH

Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər

Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb

Fransada 2027-ci il üzrə büdcə müzakirələri: hökumət 5 faizlik kəsir həddini qorumağa çalışır

Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı aparılan tədbirlərə dair açıqlama yayıb

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub

AFFA rəsmisi: Akademiya rəhbərləri komfort zonadan çıxaraq layihələrin ərsəyə gəlməsinə dəstək veriblər

“Kopernik”: El-Nino səbəbindən dünya okeanında temperatur rekord səviyyəyə çatıb

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNƏCƏK

Toğrul Əsədullayev: Qaydalara riayət etmək cəmiyyət olaraq məsuliyyətimizin bir hissəsidir

Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır

Muzdla çalışanların orta aylıq əməkhaqqı 1173 manat olub

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi üçüncü rübün nəticələrini açıqlayıb

Revmatoid artritlə yaşayanlar nələrə diqqət etməlidirlər? – Mütəxəssisdən tövsiyələr

İşgüzar mühit və peşə mədəniyyəti: müəllimlərin geyim qaydaları tənzimlənir

Fransada Alen Soralın təsis etdiyi ifrat sağçı assosiasiya buraxılır

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

Almaniyanın əmək və sosial məsələlər naziri istefa verib

Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb

Rusiya dünya bazarının dizelə olan tələbatını ödəyə biləcəkmi?

Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Azərbaycan Prezidenti: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü başlayıb YENİLƏNİB

BDYPİ-dən sürücülərə çağırış: Məcburi dayanma zamanı təhlükəsizlik tədbirlərini unutmayın

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir

NASA-nın roveri Marsda sübh şəfəqinin şəklini çəkib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

Çex nazir: Azərbaycanı mühüm strateji tərəfdaş hesab edirik

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

Şahin Babayev: Məqsədimiz regional logistika mərkəzinə çevrilməkdir

“ASAN xidmət”in süni intellekt təcrübəsi beynəlxalq konfransda təqdim olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub VİDEO

Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür

Montella Türkiyə millisindən ayrılması ilə bağlı təsirli paylaşım edib

Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon dollar olub

Azərbaycanın dövlət borcu iqtisadi siyasət üçün mövcud fiskal manevr imkanlarının göstəricisidir ŞƏRH

Mareska Premyer Liqada ilk 6 oyunun hamısında qələbə qazanan 4-cü baş məşqçi olub

Radek Spicar: Azərbaycanın bölgədə lider mərkəzə çevrilmək üzrə çox iddialı və maraqlı strategiyasını yaxından izləyirik

Türkiyənin müdafiə sənayesi şirkətləri xaricdə istehsal olunan elektromobillərə giriş qadağası qoyub

Azərbaycan Çinlə kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalayıb

Məktəblərdə vahid geyim forması: sosial bərabərlik və sağlam təlim mühiti

Bu il Azərbaycanla Çexiyanın ticarət dövriyyəsi 760 milyon dollar olub

Nazir: Səudiyyə Ərəbistanı istənilən şəraitdə fasiləsiz neft tədarükünü təmin edəcək

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb