Bakı-2017”: Azərbaycanın qadın voleybolçuları Türkiyə millisinə qalib gəliblər
Bakı, 14 may, P.Rəhimova A.Ismayılova, AZƏRTAC
Mayın 14-də IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların yarışında günün ikinci qarşılaşması Azərbaycanın və Türkiyənin qadın idmançıları arasında keçirilib.
AZƏRTAC xəbər verir ki, voleybolçu qızlarımız hər üç setdə qalib gəliblər - 3:0 (25:18, 30:28, 25:20).