“Bakı-2017”: Kişi voleybolçuların yarışında İran komandası Qətər millisinə qalib gəlib
Bakı, 14 may, P.Rəhimova A.İsmayılova, AZƏRTAC
Mayın 14-də IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında voleybol yarışının dördüncü gününün sonuncu oyununda İran və Qətər komandaları qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, matç 3:0 hesabı ilə İran millisinin xeyrinə başa çatıb. İlk setdə 25:21 hesabı ilə qalib gələn iranlı idmançılar gərgin keçən ikinci seti çətinliklə də olsa qalib başa vurublar -25:23. İran yığması üçüncü setdə 25:11 hesabı ilə rahat qələbə qazanıb.