BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 500 000 dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4903 manat olmuşdur. Təklifin həcmi 420 000 və tələbin həcmi 500 000 dollar olduğu halda, manatın məzənnəsi 2 bənd düşmüş və 1 dollar üçün 4905 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4905 manat həddində idi.
BEST-də USDAZM T+0 aləti üzrə 2 milyon 678 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 13,136 milyarddır. Bir əqdə, orta hesabla, 382 571 dollar düşmüşdür.
USD/AZM T+1 və T+2 alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
Banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 35,787 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
İllik 11 faizlə 1 milyard manat borc götürülməsinə dair banklararası əqd qeydə alınmışdır. Kredit müddəti 60 gündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:11]
Dünya Bankı: Azərbaycanın iqtisadi mövqeyi kifayət qədər sabitdir
- 02.10.2026 [13:01]
“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır
- 02.10.2026 [12:51]
Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir
- 02.10.2026 [12:49]