BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,9118 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə əqdlər bağlanmamışdır. Sessiyanın yekunlarına görə manatın məzənnəsi dəyişməmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 993 min dollara bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 0,0002 bənd qalxaraq, 1 dollar üçün 0,9116 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 993 min dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 905 219 AZN təşkil edir. Bir əqdə orta hesabla 496 500 dollar düşmüşdür.
USD/AZM T+1, T+2 və SWAP_USD/AZM alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar arasında RUB/AZN alətləri üzrə 222 min rubl məbləğində bir əqd qeydə alınmışdır. Rublın məzənnəsi 0,0325 AZN olmuşdur.
EHBS-də banklar RUBAZN T+1 və AURAZN T+0 və t+1 alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə illik manatla 14,90 faiz, ABŞ dolları üzrə isə 14,75 faiz təşkil etmişdir.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 17 faizlə 500 min AZN məbləğində bir əqd bağlanmışdır. Əqdin borcalma müddəti 13 gündür.