Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 6 may (AZƏRTAC). Mayın 6-da Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə, USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,7910 AZN olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, birjanın elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 ABŞ dolları üçün 0,7900 AZN-ə bərabər idi.
USD/AZN T+0 aləti üzrə heç bir əqd qeydə alınmamışdır.
Səhər sessiyasının orta hesablanmış məzənnəsi dəyişməmişdir.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınmış əqdlərin həcmi 476.973 AZN olmuşdur. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7910 AZN-ə bərabər idi.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, qeydə alınmış əqdlərin həcmi 603.000 ABŞ dolları, yaxud manat ekvivalenti ilə 476.973 AZN olmuşdur.
USD/AZN T+1, T+2, SWAP-USD/AZN alətləri üzrə əqdlər qeydə alınmamışdır.
Banklar BEHS sisteminə EUR/AZN və RUB/AZN alətləri üzrə sifariş verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 12,36 faiz, ABŞ dolları ilə illik 12,81 faiz təşkil etmişdir.
Mayın 6-da birjada banklararası kredit alətləri üzrə heç bir əqd qeydə alınmamışdır.