BAKI FOND BİRJASINDA HƏRRAC KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, iyunun 24-də Bakı Fond Birjasında (BFB) dövlət qeydiyyatından keçmiş, ümumi məbləği 60 milyon manat, hərraca çıxarılan məbləği 40 milyon, hər birinin nominal dəyəri 200 manat, tədavül müddəti isə 28 gün olan qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
Notlar iyulun 23-də ödəniləcəkdir.
Hərrac zamanı, DQİ buraxılışının 20 faizindən artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbuluna icazə verilir.