Bakı Limanı yaşlılardan ibarət 100 ailəyə dəstək olub
Bakı, 9 aprel, AZƏRTAC
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC yaşlılardan ibarət 100 ailəyə dəstək olub.
QSC-dən AZƏRTAC-a bildirilib ki, Bakı Limanı “Biz Birlikdə Güclüyük” ümumrespublika kampaniyasına qoşularaq sosial məsuliyyət proqramı çərçivəsində Ələt qəsəbəsində yaşayan və karantin rejiminə görə evlərini tərk edə bilməyən, əsasən yaşlılardan ibarət 100 ailəyə dəstək olub.