Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAKI METROPOLİTENİNİN 35 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ MƏRASİM
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

35 il əvvəl, 1967-ci il noyabrın 6-da Bakı metropoliteninin “Bakı Soveti”, “Sahil”, “28 May”, “Gənclik” və “Nərimanov” stansiyalarından ibarət birinci növbəsi istifadəyə verilmişdir. Bu, Azərbaycanın həyatında əlamətdar hadisə idi. Respublikamızın paytaxtında nəqliyyat probleminin aradan qaldırılması məqsədi ilə sonrakı illərdə də tikinti işlərinin sürəti aşağı düşməmiş, 1970-ci illərin əvvəllərindən başlayaraq yeni-yeni stansiyalar istismara verilmişdir. Çox əlamətdar haldır ki, keçid dövrünün doğurduğu iqtisadi çətinliklərə baxmayaraq, bu iş indi də davam etməkdədir. 

Bakı metropoliteninin indiki səviyyəyə gəlib çatmasında dövlətimizin başçısı Heydər Əliyevin xidmətləri əvəzsizdir. O, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən, inşaatçılar metro tikintisinin ən çətin məqamlarında onun qayğısını və köməyini daim hiss etmişlər. Prezidentin Bakı metropoliteninin 35 illiyinin təntənəli şəkildə qeyd olunması barədə verdiyi Sərəncam bu gün də davam edən həmin qayğının daha bir təzahürüdür.

Noyabrın 6-da Respublika sarayında Bakı metropoliteninin 35 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mərasimdə iştirak etmək üçün saraya gəldi. Salona toplaşanlar dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar.

Azərbaycanın dövlət himni əzəmətlə səsləndi.

Bakı metropoliteninin rəisi Tağı Əhmədov mərasimi açaraq məruzə etdi:

BAKI METROPOLİTENİNİN RƏİSİ TAĞI ƏHMƏDOVUN MƏRUZƏSİ

-Möhtərəm cənab Prezident!

Hörmətli mərasim iştirakçıları!

Əziz qonaqlar!

Xanımlar və cənablar!

Bu gün Azərbaycan Respublikasının paytaxtında böyük bayramdır. Bu bayramın miqyası, onun vüsəti bizə 35 il bundan öncə yaşadığımız sevinc anlarını xatırladır. Bu bayram bütün Azərbaycan xalqının bayramıdır. Cənab Prezident, onu ümumxalq bayramı səviyyəsinə qaldıran Siz oldunuz.

Əsrin üçdə birinə bərabər bir dövr Azərbaycan tarixinə əbədi olaraq Heydər Əliyev dövrü kimi daxil olacaqdır. Əlbəttə, bu dövrdə görülmüş bütün böyük işlər Sizin fəaliyyətinizi əks etdirən kitablarda öz ifadəsini tam tapa bilməz. Əminliklə deyə bilərəm ki, bu illərdə aparılan quruculuq işləri öz əksini hər bir vətən övladının taleyində tapmışdır.

Sizin gerçəkləşdirdiyiniz və yurdumuzu daha da gözəl edən bütün işlər arasında nəqliyyata olan diqqət və qayğınız xüsusi yer tutur. Azərbaycanın nadir coğrafi-siyasi mövqeyi onun nəqliyyatını iqtisadiyyatın şah damarına çevirir. Tarixi Böyük İpək yolunun bərpası ilə bağlı 1998-ci ilin sentyabrında Bakıda keçirilən beynəlxalq konfransda Azərbaycan XX1 əsrin qloballaşan və yeniləşən iqtisadiyyatında öz təkrarolunmaz yerini və mövqeyini müəyyən etdi. İqtisadiyyatımızda isə metronun özünəməxsus xüsusi yeri var.

Bakı metropoliteninin 35 illik yubileyi münasibətilə möhtərəm Prezidentimizin Sərəncamı ilə keçirilən bu təntənəli mərasimdə 4500 nəfərlik metropolitençilər kollektivi adından hamınızı salamlayır, respublikamızın, paytaxtımızın həyatındakı bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edirəm.

Bu yubiley sevincini bizimlə bölüşmək üçün Moskvadan, Kiyevdən, Tbilisidən, Xarkovdan, Novosibirskdən ölkəmizə gəlmiş hörmətli qonaqlarımızı xüsusi olaraq salamlayır, bu gün bizimlə olduqlarına görə onlara dərin minnətdarlığımı bildirirəm.

Möhtərəm cənab Prezident, Bakı metropoliteninin 35 illiyi ilə əlaqədar bu günlərdə imzaladığınız geniş məzmunlu Sərəncamla və dünənki Fərmanınızla metro işçilərinin və inşaatçılarının böyük bir qrupunun Azərbaycanın yüksək mükafatlarına layiq görülməsi və nəhayət, vaxtınızın az olmasına baxmayaraq, bu mərasimə şəxsən təşrif buyurmağınız Sizin Bakı metrosunun inşasına və istismarına göstərdiyiniz böyük diqqət və qayğının parlaq ifadəsidir. Bütün bunlara görə biz, metro işçiləri Sizə dərin minnətdarlığımızı bildiririk.

Respublikanın bütün sahələri kimi, Bakı metropoliteninə də xüsusi qayğınız, biz metropolitençiləri daha inamla çalışmağa, daha böyük əmək nailiyyətləri əldə etməyə ruhlandırır. Bakı metropoliteninə olan münasibətiniz haqqında özünüz də belə qeyd edirsiniz: “Azərbaycana 14 il rəhbərlik etdiyim zaman, sonra 5 il Moskvada Sovetlər İttifaqının rəhbərliyində olduğum zaman mən Bakıda metropolitenin tikintisi ilə daim məşğul olmuşam və bu işə nail olmuşam. Buna görə də özümü xoşbəxt hiss edirəm”.

Hörmətli Prezident, məhz bunun nəticəsidir ki, Bakının yeraltı nəqliyyatı 35 ildir öz ahəngdar işini davam etdirir, gündən-günə böyüyür, inkişaf edir. 1967-ci il noyabrın 6-da keçmiş Sovetlər İttifaqının 5-ci, Yaxın Şərqin isə ilk metropoliteni olan Bakı metropoliteni öz qapılarını Bakı sakinlərinin üzünə açdı. İlk olaraq, “Bakı Soveti”, “Sahil”, “28 May”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyaları işə salındı. Bu hadisədən 4 ay sonra isə metro inşaatçıları “Xətai” stansiyasını şəhərimizin sakinlərinin istifadəsinə verdilər.

Cənab Prezident, Siz respublika rəhbərliyinə gəldikdən sonra metropolitenin tikintisində böyük canlanma başlandı. 1970-ci ildə Sizin iştirakınızla “Ulduz” stansiyası, 1972-ci ildə 120 min əhalisi olan 8-ci Kilometr yaşayış sahəsini şəhərin mərkəzi ilə birləşdirən “Məşədi Əzizbəyov”, “Qara Qarayev” və “Neftçilər” stansiyaları istismara verildi. 1976-cı ildə isə bənzərsiz tərtibatı ilə göz oxşayan “Nizami” stansiyası ilk sərnişinləri qəbul etdi. Xalq rəssamı Mikayıl Abdullayevin dahi şairimiz Nizami Gəncəvinin “Xəmsə”si mövzusunda yaratdığı mozaika pannoları bu gün də hamını heyran edir.

 

Sizin qayğı və diqqətiniz sayəsində Bakı metropoliteni stansiyalarının sayı artmaqda davam edirdi. 1979-cu ildə “Bakmil”, 1985-ci ildə “Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar”, “Memar Əcəmi” stansiyaları istismara verildi.

SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyiniz dövrdə də metronun tikintisinə köməyiniz bir an belə ara verməmişdir. Bu köməyin nəticəsi kimi, Bakıya göndərdiyiniz min tonlarla çuqun tübinqlər sonrakı stansiyaların tikintisini sürətləndirdi. 1989-cu ildə “Xalqlar dostluğu” və “Əhmədli” stansiyaları öz qapılarını sərnişinlərin üzünə açdı. 1993-cü ildə “Cəfər Cabbarlı” stansiyasının açılışı da Sizin rəhbərlik etdiyiniz vaxta düşür.

Hazırda istismarda olan 19 stansiyaya ilin sonunda daha biri - “Həzi Aslanov” stansiyası da əlavə ediləcəkdir. Beləliklə, Bakı metropoliteninin iki xəttinin ümumi uzunluğu 31,5 kilometrə çatacaqdır. Bu xətlərin 22,3 kilometri məhz Sizin rəhbərliyiniz sayəsində tikilmişdir.

Hazırda gün ərzində Bakı əhalisinin və şəhərimizin qonaqlarının mənzil başına vaxtında çatdırılması üçün metro xətlərinə lazımi qədər qatar buraxılır. Xidmət səviyyəsinin yüksəldilməsi üçün 146 avtomatik nəzarət məntəqəsi qurğusu, 70 güclü ventilyator qurğusu, 219 suvurma nasosu, 37 eskalator, 24 elektrik yarımstansiyası fəaliyyət göstərir. Sutkanın 18 saatını sərnişinlərin xidmətində olan Bakı metropoliteni gündə 400 min nəfərdən artıq sərnişin daşıyır.

Bu çoxşaxəli və istismarı külli miqdarda vəsait tələb edən təsərrüfatın 35 il ərzində bir an belə öz iş ahəngini pozmadan işləməsi asan məsələ deyildir. Sovet İttifaqının süqutu ilə metropolitenlərin də vahid mərkəzləşmiş sistemi pozuldu. Sabit iş ahəngini qoruyub saxlamaq üçün özümüz iqqtisadi əlaqələrin yeni yollarını axtarıb tapmalı idik. Belə çətin anlarda Bakı metropoliteninə keçmiş İttifaqın bir sıra metropolitenləri, birinci növbədə isə Moskva metropoliteni, Moskva vaqon təmiri zavodu və Mıtişşi şəhərindəki “Metrovaqonmaş” Səhmdar Cəmiyyəti öz köməyini təklif etmişdir.

Hörmətli Prezident, bu isə məhz Sizin 5 il Moskvada, SSRİ Nazirlər Soveti sədrinin birincri müavini vəzifəsində işlədiyiniz müddətdə bu müəssisələrin inkişafı, genişlənməsi və yenidən qurulmasındakı əməyinizin və bütün bunlara görə həmin müəssisələrin rəhbərliyinin böyük hörmət və rəğbətini qazanmağınızın nəticəsi idi. Buna görə də Moskva metropolitençiləri haqqının ödənilməsini gözləmədən saysız-hesabsız ehtiyat hissələrini Bakıya göndərdilər. Ən çətin anlarda həmkarlarımızın bu köməyi Bakı metrosunu yaşatmağa imkan verdi.

Möhtərəm Prezident!

Bu il Sizin Sərəncamınızla Bakı metropoliteninin vaqon parkının yeniləşməsi üçün 40 milyard manat vəsait ayrılmışdır. Artıq 25 yeni vaqon sərnişinlərə xidmət edir. Həmin vaqonlardan ibarət ilk qatar bu ilin ikinci rübündə xəttə buraxılmışdır. Yeni vaqonlar estetik cəhətdən göz oxşamaqla yanaşı, qatarların optimal hərəkət cədvəlinin təmin olunmasındakı çətinlikləri aradan qaldırmağa kömək edir. Bundan əlavə, yeni vaqonlarda döşəmənin və salonların üzlüyünün yanmayan materiallardan hazırlanması yanğın təhlükəsizliyi normalarına tam cavab verir. Yeni vaqonlar əvvəlkilərdən 15 konstruktisiya yeniliyi ilə fərqlənir.

Bunu deməyi özümə borc bilirəm ki, Rusiya Federasiyasının “Metrovaqonmaş” Səhmdar Cəmiyyəti tərəfindən həmin vaqonlar başqa MDB ölkələrinə 593 min ABŞ dollarına satıldığı halda, məhz Sizə minnətdarlıq əlaməti olaraq, bizə Moskva metrosuna satılan qiymətə, yəni 325 min ABŞ dollarına satılmışdır. Bu isə iki ildə alacağımız 50 vaqonda 13 milyon 400 min ABŞ dolları güzəşt demkədir.

Bakı metropolitenində yeni texnika və qabaqcıl texnologiyanın tətbiqi, idarəetmənin avtomatlaşdırılması, kompüterləşdirilməsi, eyni zamanda, təmir-tikinti və quruculuq işləri geniş vüsət almışdır. Qatarların və sərnişinlərin təhlükəsizliyinin, asayişin təmin olunması məqsədi ilə bütün stansiyalarda videoizləmə kameraları quraşdırılmışdır. Həmin kameralar gün ərzində metronun giriş qapılarından daxil olan hər bir adamı lentə alır. Bu lentlər 10 gün müddətində saxlanılır.

Hazırda bir stansiyaya 4 kamera vasitəsilə nəzarət edilir və gələcəkdə onların sayını artırmaq nəzərdə tutulur. Bundan başqa, vaqonlarda quraşdırılmış kameralar maşinist kabinasından beş vaqonun hamısına nəzarət etməyə imkan verir. Hazırda bu sistem sınaqdan keçirilir. Belə sistem MDB məkanında birinci dəfə bizdə tətbiq olunmuşdur. Ümidvaram ki, gələn il bütün qatarlarda bu işi başa çatdıracağıq.

Metropolitendə istismar olunan eskalator mühərriklərini və reduktorlarını sökmədən onların istismar vəziyyətini və texniki təhlükəsizliyini müayinə etmək böyük bir problem idi. Bunun öhdəsindən gəlmək üçün Sankt-Peterburq şəhərindən xüsusi akustik qurğu - “Vektor-2000” cihazı alındı. Bunun vasitəsilə eskalatorların əsas işlək hissələrini sökmədən onların vəziyyətini akustik müayinədən keçirmək mümkündür. Bu üsul “Xətai”, “28 May”, “Nizami”, “Elmlər Akademiyası” stansiyalarında tətbiq olunmuşdur.

Dərinlikdə yerləşən stansiyalarda eskalatorların hərəkət edən rezin tutacaqlarının sürətinə nəzarət üçün elektron cihazlar quraşdırılmışdır. Hazırda metropolitenin eskalatorları, su nasosları, ventilyatorları məsafədən idarəolunma sistemi ilə işləyir, tunellərdəki nasosların işinə kompüterlər nəzarət edir. Metropolitenin baş idarəsi ilə xidmət və bölmələri arasında lokal kompüter şəbəkəsi yaradılmışdır, internet xidmətlərindən və elektron poçtundan geniş istifadə olunur.

Baki metropoliteninin stansiya və tunelləri ağır geoloji və hidrogeoloji şəraitdə yerləşdiyinə görə qurğu və konstruksiyaların istismarında bir sıra problemlər var. Konstruksiyalar aqressiv mühitin təsiri nəticəsində istismar müddətindən daha tez sıradan çıxdığına görə, irihəcmli təmir-bərpa və yenidənqurma işləri həyata keçirilir.

Son vaxtlar “Xətai”, “Nizami” və “Sahil” stansiyalarında eskalatorların üstündəki tavanların asbestşifer örtükləri düralüminium örtüklərlə əvəz edilmişdir. Bu örtüklər estetik cəhətdən gözəl, iqtisadi baxımdan sərfəlidir. Yeni örtüklərin sökülüb-yığıla bilməsi tübinqlərin vəziyyətinə nəzarəti və axıntıların ləğv olunmasını asanlaşdırır.

Bu günədək stansiyalarda 4 min kvadratmetrədək mərmər və qranit üzlüklər dəyişdirilmiş və bərpa edilmişdir. Tunellərin dayanıqlığını təmin etmək üçün min tonlarla sement məhlulu vurulmuşdur.

 

Bu il görülən işlərin ən qlobalı isə odur ki, Avropa Birliyinin fövqəladə yardım Proqramının ikinci tranşı çərçivəsində ayrılan 4,1 milyon avro hesabına “Həzi Aslanov” stansiyasında tikinti işləri başa çatmaq üzrədir. Bir aydan sonra yeni stansiya Bakı sakinlərinin istifadəsinə veriləcəkdir. Cənab Prezident, Avropa Birliyinin metropolitenə belə böyük məbləğdə təmənnasız tranş ayırması yalnız və yalnız Sizin böyük nüfuzunuzun və hörmətinizin sayəsində mümkün olmuşdur.

İftixar hissi ilə demək istəyirəm ki, Bakı metropoliteni dünyanın 54 ölkəsinin 161 şəhərindəki metropolitenləri birləşdirən Beynəlxalq İctimai Nəqliyyat İttifaqının üzvüdür. Brüsselldə ucaldılmış dünya metropolitenlərinin emblemləri arasında bizim Bakı metropoliteninin də emblemi var. Bakı metropoliteni MDB məkanındakı 14 metropolitenin daxil olduğu “Metro” Beynəlxalq Assosiasiyasının da üzvüdür.

Bakı metropolitenində sosial məsələlərin həllinə xüsusi yer verilir. İqtisadi çətinliklərlə əlaqədar olaraq, mənzil məsələsi bütün respublika müəssisələri üçün problemə çevrilmişdir. Lakin metropolitendə bu məsələnin həllinə xüsusi qayğı və diqqət vardır. Biz tikintisi yarımçıq qalmış 48 mənzilli iki binanın tikintisini öz vəsaitimiz hesabına tamamlamışıq. 1999-cu ildə 32 nəfər, 2002-ci ildə isə 16 nəfər metropolitençiyə yeni mənzillərin orderləri təqdim olunmuşdur. Bilgəhdə dəniz sahilində yerləşən və metropolitenə məxsus 4 mərtəbəli 100 nəfərlik sanatoriya -profilaktoriyada, 2 mərtəbəli qonaq evində və 27 ədəd bir-iki otaqlı evciklərdə hər il 1000 nəfərə qədər metropoliten işçisi dincəlir və öz sağlamlığını bərpa edir.

Bakı Metropoliteni İdarəsi 30 ilə yaxındır ki, Nəsimi rayonundakı 54 nömrəli orta məktəbə və 15 ilə yaxındır ki, Yasamal rayonundakı 20 nömrəli məktəb-litseyə hamilik edir. Hər il həmin məktəblərin təmirinə vəsait ayrılır, bütün təmir işləri sentyabr ayının 1-dək başa çatdırılır. Metropoliten işçiləri şəhərimizin abadlaşdırılmasında da yaxından iştirak edirlər. Bakı Şəhəri İcra Hakimiyyəti ilə birlikdə dahi şairimiz Hüseyn Cavidin adını daşıyan bağda abadlıq işləri aparılmış və həmin bağ hamiliyə götürülmüşdür. Biz imkansız uşaq müəssisələrində təşkil olunan xeyriyyəçilik tədbirlərində də yaxından iştirak edirik.

 

Bakı metropoliteninin kollektivi yeraltı nəqliyyatımızın işini tam mənada qənaətbəxş təmin etməklə yanaşı, respublikanın ictimai-siyasi həyatında da fəal iştirak etməyi özünə borc bilir. 500-ə yaxın metropolitençi YAP-ın ilk təşkilatında birləşmişdir. Onun sıraları gündən-günə genişlənir. İlk təşkilatımız partiyanın Nizamnaməsindən irəli gələn bütün vəzifələri yerinə yetirərək dövlətçiliyimizin, müstəqilliyimizin, qorunub saxlanmasına və inkişafına öz töhfəsini verir.

Bakı metropolitenində həyatının 30 ildən çoxunu bu sahə ilə bağlayan 221 veteran çalışır. Onlardan 81 nəfəri Fəxri dəmiryolçudur.

Möhtərəm Prezident, Bakı metropoliteninin istismarı, yenidən qurqulması və inkişafı üçün göstərdiyiniz qayğı və diqqətə görə bir daha Sizə təşəkkür edirik. Siz Bakı metropolitenini paytaxtımız üçün böyük nemət, böyük sərvət hesab etmisiniz. Biz, Bakı metropoliteninin kollektivi bu sərvəti qorumaq, inkişaf etdirmək üçün bütün qüvvə və bacarığımızı sərf edəcəyik. Bütün uğurlarımız isə Sizin adınızla bağlı olacaqdır. Ümidvarıq ki, Bakı metropoliteninin genişləndirilməsi, onun stansiyalarının sayının artırılması məqsədi ilə “Memar Əcəmi-Dərnəgül”, “Həzi Aslanov-Yeni Günəşli”, “Məşədi Əzizbəyov-Aeroport” xətlərinin və şimal hissədə yeni deponun tikintisinə imkan daxilində yardım edəcəksiniz.

Məlumat üçün bildirirəm ki, ümumi uzunluğu 7923 metr olan Şimal sahəsinin 4647 metrinin tikintisi başa çatdırılmış, 3276 metr tunel isə öz sərmayəçisini gözləyir. Bu gün paytaxtımız Bakını metrosuz təsəvvür etmək mümkün deyildir. O, təkcə sərnişin daşımaq sahəsində güclü nəqliyyat vasitəsi deyil, həm də milli ornamentlərlə, xüsusi zövqlə bəzədilmiş stansiyaları ilə yeraltı muzey təsəvvürü yaradan mədəniyyət ocağıdır. Artıq şəhərimizin ayrılmaz bir hissəsinə çevrilmiş bu nəhəng qurğunun qorunub saxlanılması, istismarı, inkişaf etdirilməsi, sərnişinlərə xidmət mədəniyyətinin daim yüksəldilməsi metropoliten işçilərinin üzərinə böyük vəzifələr qoyur.

Sizi əmin edirik ki, Bakı metropoliteninin kollektivi bu vəzifələrin öhdəsindən layiqincə gələcək, metromuzun şöhrətini daha da artırmaq üçün əlindən gələni edəcəkdir.

Hörmətli Prezident, bayramınız bir daha mübarək olsun!

X X X

 

MƏRKƏZLƏŞDİRİLMİŞ MƏNTƏQƏNİN NÖVBƏTÇİSİ ARZU KƏRİMOVANIN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Hörmətli mərasim iştirakçları!

Əziz metro işçiləri və metro sərnişinləri!

Möhtərəm cənab Prezidentin Fərmanları ilə Bakı metropoliteninin yubileyi ümumxalq bayrama çevrildi. Metroda hər gün sizi xoş sözlərlə qarşılayan, sizə xidmət edən, sizi gülərüzlə yola salan bütün metro işçiləri adından mən hamınıza bu gözəl, yaraşıqlı respublika sarayında demək istərdim ki, Bayramımız mübarək!

Bu bayram günündə mən sizin hamınıza arzulamaq istəyirəm ki, hər bir səfəriniz metroda olduğu kimi rahat olsun. Hər gününüz metro zalları kimi işıqlı və nurlu olsun.

Fəxr edirəm ki, mən Bakı metropoliteninin işçisiyəm. Dünyada peşələr çoxdur. Hər peşənin də öz sahibi var. Kimi yaratmaq istəyini mavi dalğaların qoynunda, kimi səmada, kimi də bərəkətli torpağın üstündə reallaşdırmaq arzusundadır. Mənim peşəmin ünvanı isə yerin altı - Bakı metropolitenidir.

Bütün xalqımızın qüdrətli əməyi ilə yerin qaranlıq təkində yaradılan işıqlı metro aləmi həqiqətən bir nağıldır. Mən bu nağıl dünyasında ilk əmək fəaliyyətimə başlamışam. Bu gün də xoşbəxtəm ki, metro kimi bu möcüzəni yaradıb, yaşadanlar içərisində mənim də adım var.

Hər qatar yeni bir ömür kimi gəlir. Hər gedən qatarın ardınca boylanmamaq mümkün deyil. Hər qatar yeni insanlar gətirir. Hər qatar yeni insanlar aparır. Sel kimi axışıb işə, evə tələsən yüzlərlə insan hər gün sənin gözünün qabağındadır. Bu insanlarla rastlaşdığım hər bir an mən düşünürəm ki, nə sirdirsə yerin altındakı bu nurlu şəhərdə sanki insanlar dəyişir. Daha intizamlı, daha səmimi, daha mehriban olurlar. Elə təsəvvür yaranır ki, metronun ümumi qaydalarına əməl etmək hər bir sərnişinin mənəvi borcudur. Bu müşahidə ilə bağlı deyəcəyim sözlər yəqin ki, heç kəsin xətrinə dəyməz. Metro sərnişini ilə avtobus, tranvay, trolleybus sərnişini arasında fərq var. Bu fərqi görmək o qədər də çətin deyil. Niyə belədir? Axı bunlar hamısı eyni adamlardır. Mən bu suala belə cavab verərdim. Bakı nəqliyyatının şah damarı sayılan metropolitendəki səliqə-səhman, nizam-intizam, işçilərin xeyirxah davranışı bir nümunə kimi insanların psixologiyasına təsir edir. Deməli, bizim layiqli əməyimizi adamlar mədəni davranışla qiymətləndirirlər.

Qarşılıqlı hörmət, xidmətin rahatlığı, az xərc və az zaman içərisində şəhərimizin ən ucqar nöqtələrinə catmaq sərnişinləri razı salır. Bakı metrosunun ritmi şəhərimizin ritmidir. Onun səhəri hamıdan tez başlanır. Gecəsi hamıdan sonra gəlir. 35 il bundan öncə yaradılan bu ritm, bu həyat ahəngi metropolitenin qədirbilən kollektivi, bütün bakı sakinləri tərəfindən qorunmuş, bundan sonra da qorunacaqdır.

Bakı metrosu hər zaman - xoş günlərdə də, açı günlərdə də Azərabycan həyatının ayrılmaz parçası olub. Qanlı Yanvar faciəsi baş verəndə metro işçilərinin xidmət göstərdiyini, stansiyaların qərənfillərə bürünüb, qara lent bağlayaraq matəm saxladığını kim unuda bilər.

Bakı metrosunun tarixcəsində qanlı səhifələr də var. Qarabağ faciəsini bütün xalqımızla birgə yaşayan Bakı metrosunda neçə-neçə insan erməni terrorizminin qurbanına çevrildi. Yalnız dağıtmaq, məhv etmək ehtirası ilə yaşayan erməni terrorçularının bəd əməllərini bu gün də nifrətlə xatırlayırıq. Buna baxmayraq bilirik və qəlbən inanırıq ki, Bakı metrosunun hərəkətinin, qaynar xəttinin qarşısını heç bir qüvvə saxlaya bilməz. Çünki bu metro Azərbaycan xalqının alın tərinin, zəhmətinin halal bəhrəsidir. Çünki Bakı metrosu bütün həyatını yaratmağa, qurmağa həsr edən Heydər Əliyev metrosudur.

X X X

“AZƏRTUNELMETROTİKİNTİ” SƏHMDAR CƏMİYYƏTİNİN VETERANI AĞARƏHİM RƏHİMOVUN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Xanımlar və cənablar!

Əziz həmkarlarım!

Mən həyatımın 45 ilini əziyyətli, zəhmətli bir iş olan metro tikintisinə həsr etmişəm. Metro mənim həyatımdır. Tək mənim yox, yəqin ki, bu gün bu salonda əyləşən yüzlərlə adamın da.

Metro mənim həyatımdır sözlərini eşidəndə kimsə elə fikirləşməsin ki, mənim həyatım çıl-çıraqlı, nurlu-işıqlı metro salonlarında keçib. Əsla yox. Mən inşaatçıyam. Biz metro tikirik. Tikinti anlarında orada nə gur işıq, nə çıl-çıraq olur. Tikinti ağır işdir. Ələlxüsus yerin altında. Yubiley olsa da deməliyəm ki, yerin altında hər şey olur. Bizi su da basıb, torpaq da başımıza ucub. Qorxu da keçirmişik, işıqsız da qalmışıq. Amma hər bir əziyyətə dözmüşük. Ona görə ki, çalışanda özümüzü yerin altında torpağı çıxaran, yol açan adi insanlar kimi hiss etməmişik. Çünki biz adi iş görmürük, biz metro tikirik. Ən ağır günlərimizdə belə gözəl başa düşürdük ki, bu gün hamını heyran edən metronun, bu əzəmətli sarayların, gözəl meramlıq inciləri hesab edilən metro salonlarının yaradıcısı, inşaatçısı, qurucusu məhz bizik.

Mən bu gün metroya girəndə adi sərnişinin gözünə görünməyən bir çox şeylər görürəm. O ağ mərmərli bəzəklərin altında minlərlə insanın əməyi gözümün qarşısına gəlir. Metro qatarı tunelə girəndə hər döngədə vaxtilə nələr baş verdiyini xatırlayıram. Bunlar yada düşdükcə elə bil o günləri təzədən yaşayıram. Bax buna görə deyirəm ki, metro mənim həyatımdır.

Bu gün bayramdır. Ürəyim qürur hissi ilə doludur. Bu gün metro 2 milyonluq Bakı şəhərində insanların həyatını yüngülləşdirən nadir bir memarlıq abidəsi kimi hər kəsi heyran qoyan nəqliyyat vasitəsidir. Bu möcuzənin yaradılmasında mənim də payım vardır.

Bilirsiniz ki, büntün dünyada metro tikintisi ən ağır inşaat sahəsi sayılır. Metro xalqın zəhmətsevərliyinin, tikinti sahəsində təcrübəsinin, memarlıq ənənələrinin bir təcəssümü, parlaq rəmzidir. Amma hər xalqa nəsib olmur ki, bütün bu rəmzləri metro kimi bir qurğuda əks etdirsin. Hərdən özümə sual verirəm ki, bəs yer üzündə saysız-hesabsız şəhərlər, xalqlar var. Amma necə olur ki, hər xalq özünə metro tikə bilmir. Onda özüm-özümə cavab verirəm ki, bu bir tale payıdır, bizə nəsib olubdur.

Bu gün Bakı metrosu rahatlıq və zövq mənbəyidir. Qəlbində vətən, yurd sevgisi olan hər kəs Bakı metrosunun varlığı ilə fəxr edir.

Bizim metro bir günün icərisində deyil, on illər boyunca yaradılmışdır. Şəhərimizin ən müxtəlif ünvanlarını bir-birinə yaxın edən metronun tunellərində ilk lağım atanların bir çoxu dünyasını dəyişib, haq dünyasına qovuşub. Bir çoxu yaşa dolub, onların əməyinin bəhrəsi yeni nəsillərə qismət olub.

Dediyim odur ki, metro bizə həm də zəhmətsevər insanların yadigarıdır. Onu sevmək, inkişaf etdirmək, göz bəbəyi kimi qorumaq hər birimizin mənəvi borcudur. Sevinirəm ki, hər bir Azərbaycan vətəndaşı metroya məhz bu hisslərlə yanaşır. Mən bunu orada çalışmış və indi də çalışan yaşlı nəslin əməyinə verilən qiymət sayıram. Əgər məndən soruşsalar ki, son 30-35 il Azərbaycan xalqının həyatında baş verən üç ən önəmli hadisə hansıdır, heç bir tərəddüd etmədən deyərdim: birincisi, möhtərəm Prezidentimizin 69-cu ildən bu günə qədər xalqımıza qeyrət və ləyaqətlə xidmət etməsi, ikincisi, 11 il bundan öncə müstəqilliyə qovuşmağımız, üçüncüsü isə Prezidentimizin şəriksiz memarlığı, böyük uzaqgörənliyi ilə yaradılan Bakı metrosudur.

Mən bu hadisələr sırasına Bakı metrosunun tikintisini təsadüfən əlavə etmirəm. Bu həqiqətdir. Bayramınız mübarək olsun!

X X X

 

“METRO” BEYNƏLXALQ ASSOSİASİYASININ BAŞ DİREKTORU YEVGENİ DUBÇENKONUN ÇIXIŞI

- Əziz dostlar!

Çox hörmətli Heydər Əlirza oğlu!

“Metro” Beynəlxalq Assosiasiyasının müdriyyəti adından bayramınız münasibətilə sizi təbrik edirəm, möhkəm cansağlığı və əməkdə uğurlar arzulayıram. Bakı metrosu Azərbaycan paytaxtının çox gözəl nəqliyyat qurğusudur, bu qədim şəhəri onsuz təsəvvür etmək mümükün deyildir. Dünyada ən gözəl metropolitenlərdən birinin yaranması bizim gözlərimiz qarşısında baş vermişdir. Bakı metropoliteni çoxprofilli təsərrüfatın mürəkkəb işini dəqiqliklə təmin edən gözəl və çalışqan insanları ilə fərqlənir. Sizin sıralarınızda yüksək ixtisaslı mütəxəssislər çalışırlar, onlar başqa metropolitenlərdə də ehtiyac duyulan sanballı təcrübə toplamışlar.

Metro birdən-birə bugünkü kimi olmamışdır və biz Bakı metropoliteninin yaradılması və onun istismarının yaxşılaşdırılması sahəsində təkcə indi çalışanları deyil, əvvəllər işləmiş insanları da unutmamalıyıq. Siz bərpa və təmir işləri aparılmasında digər metropolitenlərə texniki və əməli yardım, o cümlədən mütəxəssislər sarıdan yardım göstərmiş, mütərəqqi materiallardan ehtiyat hissələri buraxılışını birinci olaraq mənimsəyərək, başqa respublikaların metropolitenlərinə də göndərmişsiniz. Siz elektromexaniki qurğuları teleidarə sistemini birincilər sırasında tətbiq etmisiniz, müasir trenajorlar quraşdırılmaqla, texniki kabinetləri gözəl təchiz etmisiniz. Bu kabinetlər metronun qəzasız işini və təhlükəsiz sərnişindaşıma prosesini təmin edən səriştəli mütəxəssislər hazırlamağa imkan verir. Bakı metropoliteni MDB ölkələri metropolitenlərinin birliyində fəal iştirak edir, “Metro” Beynəlxalq Assosiasiyasının üzvüdür. Bu işdə metropolitenin rəisi Tağı Məhəmməd oğlu Əhmədovun xüsusi fəallığını vurğulamalıyam.

Siz metropolitenin inkişafına sanballı töhfə vermisiniz. Respublikanın rəhbərləri, dünən yəqin etdiyimiz kimi, şəxsən Heydər Əlirza oğlu Əliyev metropolitenin ehtiyaclarına lazımi diqqətlə yanaşır və MDB ölkələrinin, o cümlədən Rusiyanın metropoliten kollektivləri ilə əlaqələrin inkiaşafına kömək edirlər.

“Metro” Beynəlxalq Assosiasiyası əlamətdar yubiley münasibətilə Bakı metropoliteninin kollektivini səmimi-qəlbdən təbrik edir, metropolitenin bütün işçilərinə yeni-yeni yaradıcılıq uğurları və firavanlıq arzulayır.

X x x

MOSKVA METROPOLİTENİNİN RƏİSİ DMİTRİ QAYEVİN ÇIXIŞI

-Hörmətli cənab Prezident!

Hörmətli metropoliten rəisi!

Hörmətli həmkarlar və dostlar!

Bu gün mən sizin şanlı yubileyiniz - Bakı metropoliteninin 35 illiyi münasibətilə keçirilən təntənələrdə iştirak etməyimə şadam. Rusiyanın və MDB-nin digər ölkələrinin metropolitenlərinin 50 mindən artıq işçisi, o cümlədən Moskva metropoliteninin 35 min işçisi bu gün bu bayramı sizinlə bölüşürlər.

Bakı metropoliteninin yaranmasını keçmiş Sovet İttifaqının 90 şəhərinin 100-dən artıq müəssisəsinin və Azərbaycan mütəxəssislərinin birgə əməyindən ayırmaq qeyri-mümkündür. Bu, bizim ümumi bayramımızdır. Bakılı dostları ilə çiyin-çiyinə metropolitenin birinci növbəsinin tikintisində və istifadəyə verilməsində bilavasitə iştriak etmiş indiki MDB ölkələrinin bir çox metropolitenlərinin, Mıtişi maşınqayırma zavodunun nümayəndələrinin bu təntənəli mərasimdə iştriakı bunu bir daha sübut edir. Demək lazımdır ki, 35 il bundan əvvəl kollektivlərimiz arasında yaranmış dostluq münasibətləri bütün bu illər ərzində daim inkişaf etmiş, Azərbaycan paytaxtının metropoliteni üçün, başqa şəhərlərin metropolitenləri üçün kadr hazırlığı sahəsində əlaqələr daim davam etmiş, digər metropolitenlərin mütəxəssisləri bakılı həkarlarının qabaqcıl təcrübəsini öyrənməkdən ötrü bura gəlmişdir. Bu ünsiyyət Sovet İttifaqındakı metropolitenlər çərçivəsində hamımızın xeyrinə olmuşdur və indi də MDB ölkələri metropolitenləri Assosiasiyası çərçivəsində davam edir.

Bakı metropoliteni o dövrdə həm də metropolitenlərin istismarı üçün lazım olan istehsal kooperasiyası məsələlərinin həllində çox mühüm rol oynayırdı. Cənab Dubçenkonun dediyi kimi, bu metropoliten SSRİ-nin bütün metropolitenlərini eskalator təsərrüfatı üçün ehtiyyat hissələri və digər məmulatla təchiz edirdi. Bununla yanaşı, Bakı metropoliteni fəaliyyətə başladığı vaxtdan ən qabaqcıl texnologiyaları fəal surətdə tətbiq edirdi. Tağı Məhəmmədoviç Əhmədov və Yevgeni Qriqoryeviç Dubçenko bu barədə danışdılar. Qatarı yalınız bir maşinistlə, köməkçisiz idarəetmə sistemi, metropoliten obyektlərini teleidarəetmə sistemi və digərləri bu qəbildəndir. Bakı metropoliteni rəhbərlərinin yüksək məsuliyyət hissi özünü bunda da göstərmişdir ki, Sovet İttifaqı müstəqil dövlətlərə ayrılandan Bakı metropoliteni şəhərin və dövlətin hakimiyyət qurumlarının köməyi ilə MDB ölkələri metropolitenləri Assosiasiyasının yaradıcılarından biri oldu. Vahid texniki və təşkilati prinsiplər əsasında yaradılmış metropolitenləri birləşdirən bu ictimai birlik yeni şəraitdə onların qarşılıqlı fəaliyyətini qoruyub saxlamağa, qabaqcıl texnologiyalar və iş üsulları mübadiləsini həyata keçirməyə imkan vermişdir. Özü də Assosiasiya çərçivəsində qarşılıqlı fəaliyyət amirlik prinsipləri əsasında deyil, aşkarlıq şəraitində, daşımaların təhlükəsizliyi və sərnişinlərə mədəni xidmət sahəsində müsbət nəticələrə nail olmaq üçün, yerli şərait nəzərə alınmaqla, ümumi tncrübədən maksimum istifadə zəminində qurulmuşdur. Bütün bunlar Assosiasiya iştirakçılarının hamısına, o cümlədən Bakı metropoliteninə müsbət təsiri göstərmişdir.

Sizin metropoliten “Metropolitenlərin texniki istismar qaydaları”, hərəkət, siqnalizasiya və rabitəyə dair təlimatlar kimi baza sənədlərinin hazırlanmasında və təshihində fəal iştirak edir və Rusiya Federasiyasında belə sənədlər hazırlanarkən sizin mütəxəssislərin təcrübəsi nəzərə alınır. Bakı metropoliteni bazasında müntəzəm olaraq MDB ölkələri metropolitenlərinin bir sıra texniki xidmətləri mütəxəssislərinin birgə seminarları və müşavirələri keçirilir. Bakı metropoliteni Assosiasiyanın üzvü olan Mıtişşi maşınqayırma zavodu ilə sıx əməkdaşlıq edir, vaqon alınması ilə yanaşı, onların əsaslı təmiri məsələləri də həllini tapır.

Azərbaycanlı həmkarlarımızın MDB metropolitenləri ilə əməkadşlıq şəraitində səmərli və fəal işini sübut edən çox misallar gətirmək olar. Lakin vaxt az olduğundan mən Bakı metropoliteninin daha bir nailiyyəti üzərində dayanmaq istərdim. Bir neçə il bundan əvvəl o, öz sıralarında 150-dən artıq metropoliteni birləşdirən Beynəlxalq İctimai Nəqliyyat İttifaqının üzvü olmuş və nəqliyyatçıların bu mühüm dünya birliyinin işində fəal mövqe tutmuşdur. Bakı metropoliteninin bu ittifaqda fəal iştirakının rəmzi təkcə həmin təşkilatın Brüsseldəki baş qərargahı önündəki emblemi deyil, metropolitenlərlə bağlı məsələlərə dair bütün beynəlxalq forumlarda onun rəhbərlərinin fəal mövqe tutmasıdır. Bu, Bakı metropolitenini dünyanın ən qabaqcıl metropolitenlərindən biri kimi fərqləndirir.

Kollektivin işindəki nailiyyətləri şərtləndirən amillərdən biri də onun işinin hakimiyyət qurumları tərəfindən qiymətləndirilməsi, müsbət nəticələrə görə dəstəklə yanaşı, son nəticəyə görə yüksək tələbkarlığın olmasıdır. Bütün bu illər ərzində metropolitenin işi, onun inkişafı, bəlkə də, elə ilk gündən, istifadəyə verildiyi andan Heydər Əliyeviç Əliyevin diqqət mərkəzində olmuşdur. Hansı vəzifədə işləməsindən asılı olmayaraq, - istər Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi kimi respublikaya rəhbərlik edərkən, istər də sovet hökuməti baş nazirinin birinci müavini kimi dəmir yol nəqliyyatına və metropolitenə rəhbərlik edərkən, yaxud da indi Azərbaycanın Prezidenti olarkən, - Heydər Əliyeviç sizin şanlı kollektivinizə daim yardım göstərmiş və onu dəstəkləmişdir. Sosial-iqtisadi münasibətlərin dəyişdirilməsinin mürəkkəb şəraitində əsl müstəqil dövlət yaradılması təşəbbüsü, bu mühüm nəqliyyat sistemini paytaxtda -Bakı şəhərində inkişaf etdirmək təşəbbüsü məhz ona məxsusdur. Çox hörmətli Heydər Əliyeviç, biz, vaxtilə SSRİ-nin dəmir yol nəqliyyatı və metropolitenləri sistemində işləyən rusiyalılar Sovet İttifaqında ən mühüm sahələrdən birinə rəhbərlik edən şəxs kimi Sizi yaxşı xatırlayırıq. Bakı metropoliteni kollektivinə bu gün rəhbərlik edən həmkarlarımıza və ilk növbədə adi fəhləlikdən metropolitenin rəhbərliyinə qədər böyük bir yol keçmiş Tağı Məhəmməd oğlu Əhmədova, onun müavinlərinə, sizin gözəl metropoliteninizin 19 stansiyasının 77 kilometrlik xəttinin gecə-gündüz işini təmin edən 4 mindən artıq fəhlə, mühəndis və mütəxəssislərinə göstərdiyiniz diqqətə görə Sizə minnətdarıq.

Siz bu əlamətdar günü yüksək əmək fəallığı şəraitində qeyd edirsiniz, müstəqil Azərbaycanın inkişafı naminə qarşınızda yeni üfüqlər açılır. Tam əminik ki, dövlətin və şəxsən Prezidentin dəstəyi işinizə, bütün kollektivin bütün əməkçilərinin işinə yeni təkan verəcək və yeni uğurlarınızı təmin edəcəkdir.

Sizə uğurlar olsun, bayramınız mübarək, əziz dostlar!

X X X

“MOSKVA VAQON TƏMİRİ ZAVODU” QAPALI SƏHMDAR CƏMİYYƏTİNİN BAŞ DİREKTORU LEONİD VİNNİKİN ÇİXİŞI

- Hörmətli cənab Prezident!

Xanımlar və cənablar!

Hörmətli dostlar!

Mən vaqonları təmir etməklə yanaşı, bütün metro vaqonları üçün ehtiyat hissələri və yeni təkərlər hazırlayan zavodun iki min nəfərlik kollektivini təmsil edirəm.

Kollektivimiz adından Heydər Əliyeviçə minnətdarlığımı bildirmək istəyirəm ki, zavodumuzun tikintisinin yarımçıq qaldığı və onu genişləndirmək zərurəti meydana çıxdığı çətin məqamda, 1983-cü ildə tarixi qərar qəbul olundu və həmin qərara əsasən, onun rəhbərliyi ilə biz gözəl və ən müasir zavodu tikib başa çatdıra bildik. Kollektivimiz adından Sizə çox sağ olun deyirik.

Mən zənn edirəm ki, hər kəs və Heydər Əliyeviç, mümkün olsa, Siz də bizim zavodumuza gəlsəniz, görərsiniz ki, o, Sizin sayənizdə tikilmiş müasir müəssisədir.

Əziz dostlar, biz Tibilisidə zavodumuzun filialını açmağa nail olmuşuq, Gürcü həmkarlarımızla birlikdə təkcə Tbilisi metropoliteni üçün deyil, həm də Bakı metropoliteni üçün vaqonlar təmir edirik. Mıtişşi zavodu ilə birğə bütün tədbirləri görəcəyik ki, vaqonları təmir etmək üçün uzağa aparmayaq, elə burada, bizə dost olan ölkədə təmir edək. Ən başlıcası isə, dövlətlərimiz - Azərbaycan, Gürcüstan və Rusiya arasındakı dostluqdur. Bu dostluq bizi bir-birimizə bağlayır, həm də bütün problemlərimizi həll etməyə kömək göstərir.

Əziz dostlar! Bu gözəl yubiley münasibətilə sizi bir daha təbrik etmək imkanına görə çox şadam. Qoy, sizin başınızın üstündə şəfəq saçan və bu gün hamınıza nur çiləyən günəş həmişə belə parlaq olsun. Qoy o, həmişə gözünüzü nurlandırsın. Sizə xoşbəxtlik və cansağlığı, uğurlar arzulayıram. Çox sağ olun.

X X X

KİYEV METROPOLİTENİNİN RƏİSİ NİKOLAY BALATSKİNİN ÇIXIŞI

- Əziz həmkarlar!

Kiyev metropoliteninin 7 minlik kollektivi adından, Xarkov, Dnepropetrovsk metropolitenlərinin kollektivləri adından ən səmimi təbriklərimizi yetirmək, uğurlar diləmək və Bakı metropoliteninin daha da inkişaf etməsini arzulamaq istəyirəm.

İndi heç bir iri şəhəri metropolitensiz təsəvvür etmək mümkün deyildir. Məsələn, Kiyevdə hava çox isti olanda adamlar istidən metroda daldalanırlar və gəlirimiz artır, çox soyuq havada da belə olur. Qış aylarında, hava xüsusilə soyuq olanda, - bu, Bakı üçün o qədər də xarakterik deyil, - hər yeri qar bürüyəndə, yollar buz bağlayanda sərnişinlərin sayı və gəlirimiz artır. Bu o deməkdir ki, metro ən etibarlı nəqliyyat növüdür və bütün iri şəhərlərdə əvəzedilməzdir.

İttifaqın süqutundan sonra Kiyev metropolitenində, əslində, heç nə dəyişməmişdir və o, inkişaf etməkdədir. Ötən 11 ildə 19 kilometr uzunluğunda bütöv bir xətt çəkilmişdir və biz sərnişin daşımalarını hər il 7-8 faiz artırırıq. İndi gündə 1,6 milyon sərnişin daşınır.

Burada məndən əvvəl çıxış edənlər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən dəmir yol nəqliyyatına və metropolitenə çox böyük diqqət yetirdiyinə görə, Heydər Əliyeviçə təşəkkürlərini bildirdilər. Deməliyəm ki, Heydər Əliyeviçin şəxsən keçirdiyi selektor müşavirələrində mən işimlə əlaqədar tez-tez iştirak edirdim. Onun nail olduğu yüksək dəqiqliyə, icraçılığa həsəd aparmaq olardı, çünki hər şey həmin müşavirələrdə qoyulduğu kimi yerinə yetirilirdi. Mən Heydər Əliyeviçə bir də ona görə təşəkkür etməliyəm ki, vaxtilə o, hansısa stansiyanın tikintisi zamanı, o cümlədən Kiyevdə aralıq stansiyanın tikintisi zamanı lazım gəldikdə layihədən kənara çıxmaq barədə bir sıra sənədlər imzalamışdır. Bizim stansiya barədə sənəddə də Heydər Əliyeviçin imzası var. Heydər Əliyeviç, Kiyev metropoliteninin işçiləri adından Sizə çox sağ olun deyirəm.

Daha bir məqam üzərində dayanmaq istərdim. Biz Bakı metropoliteni ilə çoxdan əməkdaşlıq edirik. Keçmiş İttifaqda Kiyev metropoliteni sayca üçüncü, Bakı metropoliteni isə beşinci idi. Biz 7 yaş böyüyük, yeri gəlmişkən, bu gün bizim 42 yaşımız tamam olur. Biz eyni gündə, amma müxtəlif illərdə işə başlamışıq. Xüsusən ilk vaxtlarda, Bakı metropolitenin təmir bazasının hələ sahmanlanmadığı zaman biz onun üçün də vaqonların əsaslı təmiri işini yerinə yetirirdik, yəni əməkdaşlığımız çoxdandır və indi də davam edir. Mən 1955-56-cı illərdə orduda Azərbaycanda xidmət etmişəm. Əvvəlcə aerodromlardan birində, sonra isə Bakıda, Razin qəsəbəsində. Mən Bakı şəhərinə o qədər də bələd deyildim, lakin burada bir-iki dəfə olmuşam, deməliyəm ki, ötən 46 ildə şəhəriniz çox dəyişmiş, daha təmiz olmuş, çoxlu original binalar tikilmiş və metropoliten meydana gəlmişdir. Mən bunu ona görə deyirəm ki, respublika rəhbərliyi şəhərə xüsusi diqqət yetirir. Sağ olun.

X X X

TBİLİSİ METROPOLİTENİNİN RƏİSİ QURAM QABUNİYANIN ÇIXIŞI

-Cox hörmətli cənab Prezident!

Xanımlar və cənablar!

Əziz həmkarlar, dostlar!

Şadam ki, bu gün sizin paytaxtınızdayam və Bakı metropoliteninin 35 illiyi şərəfinə şənliklərdə sizinlə birlikdə iştirak edirəm. Bu 35 ilin necə illər olduğunu biz, sizin həmkarlarınız yaxşı başa düşür və qiymətləndiririk, yeraltı magistralların əməkçiləri üzərinə necə yüksək məsuliyyət qoyulduğunu bilirik. Siz qürurla deyə bilərsiniz ki, bakılılar və Azərbaycan paytaxtının qonaqları qarşısında borcunuzu layiqincə yerinə yetirirsiniz. Bu gecədə kollektivinizin ən yaxşı nümayəndələrinin adları çəkildi. Lakin təşəkkürə layiq olan heç də metropolitenin tək-tük və onlarca işçisi deyil, metronuzun mütəşəkkil və təhlükəsiz işləməsi üçün hər kəs ondan asılı olan hər şeyi edir. Məhz buna görə bu yubiley öz taleyini Azərbaycan paytaxtının metropuliteni ilə bağlamış hər bir kəs üçün bayrama çevrilmişdir.

Kollektivlərimizi dostlara xas səmimi hisslərlə yanaşı, həm də həqiqi tərəfdaş etibarlılığının, sədaqət və həyanlığın sınaqdan çıxarıldığı işgüzar münasibətlər bağlayır. Kollegial qarşılıqlı kömək bizim üçün normaya çevrilmişdir. Şübhə etmirəm ki, rəqabət hissi, - hətta belə bir şey əvvəlki vaxtlardan qayıtmış olsa da, - peşə sirləri adlandırılan sirləri bir-birimizlə bölüşməyə mane olmayacaqdır. Əksinə, ölkələrimiz kimi, kollektivlərimizin də münasibətləri elə təşəkkül tapır ki, biz biliyimizi də, təcrübəmizi də təmənnasız olaraq bölüşməyə hazırıq. Bu isə, razılaşın ki, işdə yaxşı köməkdir.

Əgər Gürcüstan və Azərbaycan xalqları arasında zamanın sınağından çıxmış qarşılıqlı etimad, hörmət və dostluq ənənələrinə istinad etsəm, zənnimcə, bu salonda əyləşənlər üçün təzə və gözlənilməz bir şey demiş olmaram. Ölkələrimizi həmişə mehriban qonşuluq münasibətləri bağlamışdır. Elə münasibətlər ki, talelərini ümumi sərhədin ayırdığı və eyni zamanda birləşdirdiyi çox-çox insanlar üçün nümunə ola bilər. İndi, ölkələrimizin müstəqillik əldə etdikləri, onlardan hər birinin öz taleyinin sahibi olduğu və özünə dostlar seçməkdə azad olduğu bir vaxtda biz bu seçimi etmişik və onu məntiqəuyğun sayırıq.

Azərbaycan, Azərbaycan xalqı - həm mehriban qonşu, dost, həm də layiqli işgüzar tərəfdaşdır. Biz bu seçimi xüsusilə əziz tutur və onunla fəxr edirik. Ölkələrimizin belə münasibətləri və əməkdaşlığımız üçün əlverişli zəmin dövlətlərimizin rəhbərlərini birləşdirən qarşılqlı anlaşma və hətta deyərdim, xüsusi insani münasibətlərdir.

Azərbaycan Prezidenti Gürcüstan torpağında həmişə əziz, istəkli qonaqdır. Heydər Əliyeviçin Gürcüstana axırıncı səfərləri əsrin layihəsinin,- Bakı-Tbilisi-Ceyhan boru kəmərinin inşası layihəsini belə adlandırırlar,- həyata keçirilməsi ilə bağlı idi. Dövlətlərimizin rəhbərləri bu layihənin reallığa çevrilməsi üçün hər şeyi edirlər. Etimad olan yerdə, ən yüksək səviyyəli peşəkarlar öz biliklərini işə tətbiq etdikdə, dostluq hissləri zamanın sınağından çıxdıqda belə böyük işlərin birlikdə və uğurla görüldüyündən danışmağa ehtiyac varmı? Münasibətlərimiz, ölkələrimizin münasibətləri artıq zamanın belə sınağından çıxmışdır.

Bu gün qarşınızda çıxış edərkən tbilisili həmkarlarınızın ən xoş arzularını sizə yetirmək istərdim. Əmin ola bilərsiniz ki, bütün tbilisililər sevinclə bu arzularla qoşulardılar. Dostların bayramı bizim ümumi sevincimizdir. Sizə işdə, şəxsi həyatınızda uğurlar diləyirəm, hamınıza birlikdə isə arzu edərdim ki, metropolitençi adı hələ bir çox illər boyu öz şəhərinə və xalqına sədaqət rəmzi olaraq qalsın. Əziz dostlar, həmkarlar, bir daha bayramınız mübarək olsun. Bakı metropoliteninə, onun kollektivinə xoşbəxt uzun ömür, bütün Azərbaycan xalqına uğurlar və firavanlıq arzulayıram.

X X X

“METROVAQONMAŞ” SƏHMDAR CƏMİYYƏTİ DİREKTORLAR ŞURASININ SƏDRİ YURİ SOLDATOVUN ÇIXIŞI

-Çox hörmətli mərasim iştirakçıları!

Çox hörmətli cənab Prezident Heydər Əliyeviç Əliyev!

İcazə verin, Mıtişşi maşınqayırma zavodunun çoxminlik kollektivi adından sizi böyük və əlamətdar yubiley - Bakı metropoliteninin açılmasının 35 illiyi münasibətilə təbrik edim.

Mıtişşi maşınqayırma zavodu özünün 105 illiyini və metro vaqonlarının layihələşdirilməsinə və istehsalına başlamasının 70 illiyini qeyd etmişdir. Ötən 70 il ərzində biz bu istehsalla məşğuluq və bu gün MDB məkanındakı 14 metropolitenin hamısı Mıtişşi maşınqayırma zavodunun istehsal etdiyi vaqonlarla təchiz olunmuşdur.

Mən Bakı metropoliteni rəisinin bu sözləri ilə o qədər də razı deyiləm ki, Heydər Əliyeviç Əliyev Bakı metopoliteninə lazımi diqqət göstərmişdir. Mən deyərdim ki, əksinə, Heydər Əliyeviç Əliyev bizim dövlətlərimizin metro tikintisinə və vaqonqayırma sahəsinin inkişafına misilsiz töhfə vermişdir. Mən bunu Prezidentinizin, təntənəli mərasim iştirakçılarının xoşuna gəlmək üçün demirəm. Əlimdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyeviç Əliyev yoldaşın yanında 1983-cü il dekabrın 23-də keçirilmiş iclasın protokolu var. Protokol 16 bənddən ibarətdir. Birinci bənddə hamımız ciddi töhmətləndirilirik. Həmin iclasda Nazirlər Soveti sədrinin müavini Antonov, Dövlət Plan Komitəsi sədrinin sədr müavini Voronin, yollar naziri Konorev, nazirlər Afanasyev, Polyakov, Kazanets və digər rəhbərlər, o cümlədən bizim maşınqayırma zavodunun direktoru da iştriak edirdilər. Qalan 15 bənd isə tapşırıqlardan ibarət idi. Burada vaqon istehsalını artırmaqdan, onların texniki səviyyəsini yüksəltməkdən, bu sahədə çalışan elmi tədqiqat institutlarını yeni vaqon layihələrinin hazırlanması ilə məşğul olmağa məcbur etməkdən bəhs olunurdu.

Hörmətli cənab Prezident, bu sənəddə daha bir mühüm məqam var - Mıtişşi maşınqayırma zavodunda yeni vaqonların istehsalı üçün təzə korpusun tikintisi. Biz digər təşkilatlarla əməkdaşlıq şəraitində həmin korpusu tikdik və vaqonların yeni nəslinin istehsalını təşkil etdik. İlk 35 vaqonu istismara vermişik. Biz 35 illiklə əlaqədar Bakı metropoliteninin vaqon parkını yeniləşdirdiyinə görə Tağı Məmmədoviçə təşəkkür edirik. Vaqonların alınması üçün vəsaiti Azərbaycan Prezidenti Heydər Əliyeviç ayırmışdır.

Biz, maşınqayıranlar Bakı metropoliteni ilə fəxr edir və onun qarşısında məsuliyyət duyuruq. Biz Rusiya ilə Azərabycan arasında dostluğu qiymətləndiririk. Sizi əmin edirik ki, biz bu nəcib işdə - sərnişin daşınmasında daim birlikdə olacağıq.

Bayramınız mübarək, əziz dostlar!

Bu sənədi Bakı metropoliteninin rəisinə təqdim edirəm. Çünki burada elə məsələlər var ki, zaman ötsə də, köhnəlməyibdir. Burada vaqonların konstruksiyasının təkmilləşdirilməsindən, istismarın yaxşılaşdırılmasından, gələcəkdə görülməli işlərdən söhbət gedir.

X X X

Bakı Metropolitenin 35 illiyinə həsr olunmuş təntənəli mərasimin rəsmi hissəsindən sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə böyük bayram konserti oldu. 

Azərbaycan Prezidenti HEYDƏR ƏLİYEV konsertdən sonra səhnə arxasına gələrək, respublikanın incəsənət ustaları ilə səmimi söhbət etdi:

- Çox sağ olun, hamınızı təbrik edirəm. Metropolitendən hamı istifadə edir, elədirmi? Özü də gündə neçə dəfə. Əgər metropoliten olmasaydı, Bakıda biz necə yaşayacaqdıq? Ona görə də metropolitenin yubileyini keçirməyi qərara aldıq. Hesab edirəm ki, mən bu qərara gəlməklə yaxşı etdim. Yubiley də çox gözəl keçdi. Siz də yubileydən sonra, metro inşaatçılarına, işçilərinə çox gözəl konsert verdiniz. Hamınıza təşəkkür edirəm, oxuyanlar da, oynayanlar da, musiqiçilər də - hamısı çox gözəl çıxış etdi. Afaq xanımın teatrı da. O biri Afaq xanım da buradadır, yan-yana durublar. Afaq xanımın quruluş verdiyi axırıncı rəqs ilk dəfədir göstərilir?

POLAD BÜLBÜLOĞLU (mədəniyyat naziri): Cənab Prezident, bəli, bu gün ilk dəfədir ki, göstərilir.

HEYDƏR ƏLİYEV: Çox yaxşıdır. Mənim xoşuma gəldi. Amma, bizim milli rəqsimizdir, yoxsa?

AFAQ MƏLİKOVA (xalq artisti): Bəli, bizim rəqsdir.

HEYDƏR ƏLİYEV : Başqa rəqslərə oxşamır ki? Xoşuma gəldi ki, belə yüksək tempdə ifa olundu. Adətən, bizdə süzə-süzə oynayırlar. Amma bunu belə yüksək tempdə oynadılar. Qızlar da, oğlanlar da çox tullanırlar. Bundan sonra gərək onların hərəsinə bir stəkan süd verəsən.

POLAD BÜLBÜLOĞLU : Cənab Prezident, maaşlarını artırmısınız, özləri süd ala bilərlər.

HEYDƏR ƏLİYEV: Onlar çoxlu enerji itirirlər. Cox sağ olun, yaxşı konsert oldu. Mənim çox xoşuma gəldi. Siz o qədərsiniz ki, hər biriniz haqqında söz demək çətindir. Hamınıza deyirəm - çox sağ olun, təşəkkür edirəm.

X X X

Respublika sarayının foyesində Bakı metropoliteninin tikintisinin ayrı-ayrı mərhələlərini, metro stansiyalarının istifadəyə verilməsini əks etdirən fotosərgi təşkil olunmuşdu.

X X X

Təntənəli mərasimdə Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə sədrləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, respublika ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

AZƏRTAC

Foto Yaşar Xəlilovun və

Rafiq Bağırovundur

 

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DSMF-nin əməkdaşları “Süni zəkaya hazırlıq” mövzusunda beynəlxalq vebinarda iştirak ediblər

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Gədəbəydə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

XVI əsrdə dinlərarası dialoq və dini vəhdət təcrübəsi: “Din-i İlahi”

Böyük Britaniyanın səhiyyə naziri istefa verib

“Aldanmış Canavar” Kukla Teatrının səhnəsində

Sahibə Qafarova: Azərbaycanda qadın hüquqlarının təmin olunması dövlət siyasətinin prioritetlərindəndir

Sabahdan WUF13 ilə bağlı çəkilmiş avtobus zolaqlarına daxil olan nəqliyyat vasitələri cərimələnəcək

İstixanalarda və meyvə bağlarında fitosanitar monitorinqlər davam etdirilir

“İmkanlar hər kəs üçün” layihəsi başa çatıb

Azərbaycanda peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilib

Vüqar Gülməmmədov Rusiyada forumda dövlət auditi sahəsində rəqəmsal inkişaf perspektivləri barədə danışıb

Azərbaycan beynəlxalq hüququ bərpa etdi, ATƏT-in Minsk qrupu isə tarixin uğursuz missiyasına çevrildi - ŞƏRH

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 40 faizədək artıb

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının daha da artırılması imkanları nəzərdən keçirilib

Cənubi Xəzər hövzəsində neft yataqları ilə bağlı araşdırma aparılıb

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılara və Azərbaycanın dostlarına çağırış

“Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və “Emal edilməmiş almazların ixracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026–2028-ci illər üçün Baş Kollektiv Sazişin bağlanılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Türkiyə Mərkəzi Bankı regiondakı gərginlik fonunda inflyasiya proqnozunu yüksəldib

Adil Kərimli ICESCO ilə mədəni irs üzrə yeni əməkdaşlıq təşəbbüslərini açıqlayıb

Tokayev Türkiyə şirkətlərini Kurık və Aktau limanlarında layihələrdə iştiraka çağırıb

İstanbulda Azərbaycan xalça sənətinə həsr edilən sərgi açılıb

Fövqəladə Hallar Nazirliyində WUF13 ilə əlaqədar dəyirmi masa

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Cənubi Afrika portalı Azərbaycanın WUF13-ə ev sahibliyi etməsindən yazıb

Qərbi Azərbaycan İcmasında kitab təqdimatı

Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasına yekun vurulub YENİLƏNİB 2 VİDEO

Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasına yekun vurulub YENİLƏNİB 2 VİDEO

Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub

Birinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri - beynəlxalq elmi konfrans YENİLƏNİB

Azərbaycanın incəsənət nümunələri İstanbulda beynəlxalq sərgidə nümayiş olunur

Fuad Aslanov: “Milli Kosmik İnkubasiya” proqramı ideyaların real həllərə çevrilməsi üçün platformadır

Azərbaycan Mühəndislik Akademiyası ilə Xorvatiya Mühəndislər Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

"Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışı başa çatıb

İsveçin “Global Bar Magazine” nəşri Bakıda keçiriləcək WUF13 haqqında məqalə dərc edib

® “Azercell” fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir

İsgəndər Sərdarlı: Mirzə Qədim İrəvani irsi müasir dünyaya yeni baxış gətirir

Kiberdələduzluq məqsədilə saxta “cərimə ödənişi” saytları yayılır – ETX-dən xəbərdarlıq

Mərkəzi Bank 3 elektron pul təşkilatının lisenziyalarını ləğv edib

Rəqəmsal ödənişlər və onlayn kreditlərdə vətəndaşların hüquqlarını mövcud qanunlar təmin edirmi?

“Məktəb ictimai müzakirədə” - dialoq mühiti genişləndirilir

Mərkəzi Bank dayanıqlı maliyyə hesabatı açıqlayıb

"EFES - 2026” təlimi davam edir

“Real Madrid”də növbədənkənar prezident seçkiləri keçiriləcək

Pakistanın Baş naziri Azərbaycanın ədliyyə nazirini qəbul edib

Lisenziya pozuntularına görə kim cəzalanır – həkim, yoxsa klinika?

Mayın 15-i gündüzdən 18-i axşamadək bəzi yerlərdə hava fasilələrlə yağıntılı olacaq – XƏBƏRDARLIQ

“Azərkosmos” ilk “Milli Kosmik İnkubasiya” proqramına başlayıb

Dövlət Agentliyinin nümayəndəsi: İqlim dəyişiklikləri tikinti təhlükəsizliyinə birbaşa təsir göstərir

Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını artırır

Azərbaycanda proqram mühəndisliyi sahəsində elmi fəaliyyət genişlənir

Türküstanda TDT Zirvə görüşü: Türk birliyi - XXI əsrin strateji layihəsi

Büdcə təşkilatlarında kağız blanklar elektronlaşdırılır

Cəmil Xudiyev: Müasir şəhərlərdə yanğın təhlükəsizliyinin təmin edilməsində layihələndirmə mərhələsi həlledici rol oynayır

Rəis müavini: Gələcəyin şəhərləri təhlükəsiz, dayanıqlı, ekoloji cəhətdən balanslı və fövqəladə hallara davamlı olmalıdır

Aleksandr Vatən: Əhmədiyyə Cəbrayılovun döyüş xatirələrini cəbhə yoldaşının dediklərinə istinadən yazdım

Avstriyalı mütəxəssislər Möminə Xatun türbəsinin bərpası işlərində iştirak etmək üçün Naxçıvana gəliblər VİDEO

Avstriyalı mütəxəssislər Möminə Xatun türbəsinin bərpası işlərində iştirak etmək üçün Naxçıvana gəliblər VİDEO

Prezident ömrünün foto salnaməçisi

® “Express Business” tətbiqində yenilik!

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin adı dəyişib

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşısı adına namizədlər açıqlanıb

Vergi Xidməti Amerikadaxili Vergi Administrasiyaları Mərkəzinin Baş Assambleyasında təmsil olunub

Tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

B.A.Babayevin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib

Marko Rubio Çin Silahlı Qüvvələrini dünyanın ikinci ən güclü ordusu adlandırıb

Zəngilan və Şərqi Zəngəzur yaxın gələcəkdə Azərbaycanın iqtisadi xəritəsində xüsusi yer tutacaq - ŞƏRH

Rubio: Çin Tayvanın dinc yolla Pekinin nəzarətinə keçməsini istəyir

Paytaxtda yeni işıqforlar istifadəyə verilib

Bakıdan Batumiyə gündəlik aviareyslərin həyata keçirilməsi planlaşdırılır

Xətai Rayon Prokurorluğunun fəaliyyəti ilə tanışlıq olub VİDEO

Xətai Rayon Prokurorluğunun fəaliyyəti ilə tanışlıq olub VİDEO

UNEC-in dosenti “Sigma Xi” cəmiyyətinin tamhüquqlu üzvü seçilib

Günay Əfəndiyeva: “Diplomatik xidmət haqqında” qanun layihəsində nəzərdə tutulan dəyişikliklər olduqca əhəmiyyətlidir

Qarabağ ATƏT-in Minsk qrupunun ümidinə qalsaydı hələ də işğal altında olacaqdı - ŞƏRH

Polşalı arxeoloqlar Tunc dövrü ilə bağlı tədqiqatlarını təqdim ediblər

Yaxın və Orta Şərq xalqlarının ədəbi-mədəni əlaqələrində ortaq abidələrin tədqiqi – elmi konfrans

“Bakı Dialoqları” jurnalının 2026-cı il yaz buraxılışı nəşr olunub

Dörd ayda 116 minədək mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

“Redaktor” adlı televiziya layihəsinə başlanılır

Qəzza Sülh Şurası: Silahlı qruplaşmalar keçid dövrü hakimiyyəti ilə paralel fəaliyyət göstərə bilməz

“Turan”a Azərbaycan çempionluğunu qazandıran baş məşqçi ilə müqavilə yenilənib

Si Cinpin: “Çinin dirçəlişi” və “Amerikanı yenidən böyük et” təşəbbüsləri bir-biri ilə əlaqəli həyata keçirilə bilər

Qardabanidə baş verən yol qəzasında həyatını itirənlərin sayı 7-yə çatıb - YENİLƏNİB

Mark Rutte NATO müttəfiqlərini ÜDM-in 0,25 faizini Ukraynaya ayırmağa çağırıb

IRENA: Yaxın Şərqdən qaynaqlanan böhran bərpaolunan enerjiyə keçidi sürətləndirəcək

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Xalçalarda memarlıq” sərgisi WUF13-ə həsr olunacaq

Böyük uğurlara aparan yol kiçik addımlardan başlayır: pedaqoqun hekayəsi VİDEO

Böyük uğurlara aparan yol kiçik addımlardan başlayır: pedaqoqun hekayəsi VİDEO

Azərbaycan Qarabağı yalnız dağıntıların simvolu kimi təqdim etmir, çağdaş yaşayış mühitinin necə qurulduğunu göstərir - ŞƏRH

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin Zəngilandan verdiyi mesajlar, regionda formalaşan yeni reallıqlar – DƏYİRMİ MASA

Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutunun və Tətbiqi Elmlər İnstitutunun yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Əfsanəvi ulduz Ceki Çanın baş rolda oynadığı filmin 4-cü hissəsi Qazaxıstan və Azərbaycanda çəkiləcək

İsrail ordusu Livanın cənubundakı 8 yaşayış məntəqəsinin təxliyəsinə çağırıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin WUF13 ilə əlaqədar təşkil edəcəyi tədbirlər açıqlanıb

BDU-nun Jurnalistika fakültəsində “Tələbə tribunası” layihəsinin təqdimatı olub

Fərid Qayıbov: Beynəlxalq yarışların işğaldan azad olunmuş ərazilərdə təşkili sevindirici haldır

Ölkə miqyasında həyata keçirilən WUF13 Festivalı başa çatıb

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Taxıl yığımı ilə bağlı yanğın təhlükəsizliyinə dair maarifləndirmə aparılır

Qazaxıstan və Türkiyə ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq niyyətindədir