İQTİSADİYYAT
Bakı metrosunda QR bilet istifadəçilərinin sayı artıb
![](/files/galleryphoto/2024/1/1200x630/17097050714011164465_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17097050711379616001_1200x630.jpg)
Bakı, 6 mart, AZƏRTAC
Bakı metropolitenində QR biletlə ödəniş sistemindən istifadə edənlərin sayı artıb. Fevral ayı ərzində 148 min 25 sərnişin məhz bu üsulla ödəniş edib.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, QR biletlə ən çox ödəniş “28 May” stansiyasında qeydə alınıb –14 min 216 sərnişin. Bu üsulla ən çox gedişhaqqı fevralın 27-si qeydə alınıb – 6 min 858 nəfər. Ümumiyyətlə, yalnız iş günlərini əsas götürsək, fevralın 1-də 4 823 nəfər QR bilet sistemindən istifadə etmişdisə, ayın 19-dan sonra hər iş günü istifadəçilərin sayı 6 min nəfərdən artıq olub. Cəmi iki ay istifadəyə verilməsinə baxmayaraq, elektron qaydada gediş haqqına etibar edənlərin sayı artır.
Xatırladaq ki, Bakı metrosunun bütün stansiyalarında QR biletlə ödəniş sistemi ötən ilin sonunda istifadəyə verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [15:33]
Bakı Metrosunda QR bilet istifadəçilərinin sayı 1 milyonu ötüb
- 02.07.2024 [15:17]
Paytaxtın Azadlıq prospektində təmir işləri aparılır VİDEO
- 02.07.2024 [15:07]
Tverdə Azərbaycan məhsullarının təqdimatı keçirilib
- 02.07.2024 [15:02]
Gömrük nəzarətindən gizlədilən məhsullar aşkarlanıb
- 02.07.2024 [14:46]
® ABB “AKA Bank”la müqavilə imzalayıb
- 02.07.2024 [14:33]