Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatar qəfil yoluna çıxan qadını vururaq öldürüb
Bakı, 11 sentyabr, AZƏRTAC
Bu gün saat 19:18-də Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən sürət qatarı Zabrat qəsəbəsində hərəkətdə olarkən bir qadın qəfil qatar yoluna çıxıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) AZƏRTAC-a bildirilib ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub.
“Təəssüflə qeyd edirik ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılsa da həmin şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib. ADY mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır”, - deyə ADY-nin məlumatında bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:32]
Sabunçu qəsəbəsində açıq ərazidə yanğın baş verib
- 09.06.2026 [18:50]
Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub
- 09.06.2026 [18:18]