Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı sakininin 40 illik avtomobil kolleksiyası: Nadir “Pobeda-Sport”, nazirin ZİM-i, 83 yaşlı “Cadillac”... – REPORTAJ

Bakı, 16 mart, AZƏRTAC

“Lap uşaq yaşlarımdan məndə texnikaya, xüsusilə avtomobillərə qarşı böyük maraq olub. Zaman keçdikcə, yaşa dolduqca həmin maraq hissi də böyüyüb. Oyuncaq maşınlarla başlanan maraq böyüdükcə belə bir qarajın və kolleksiyanın yaranmasına səbəb olub”, - deyə Bakının Novxanı qəsəbəsindəki şəxsi evində retro maşınlardan ibarət ikimərtəbəli qarajın sahibi Azad Kərimov AZƏRTAC-ın müxbiri ilə söhbətində özünün yaratdığı bu unikal avtomobil muzeyi haqqında məlumat verir.

Hamısı işlək vəziyyətdə olan bu avtomobillər arasında hansı model yoxdur: 1931-ci ildə istehsal olunmuş “Ford Model A”,1941-ci ildə istehsal olunmuş “Cadillac Fleetwood”, “Willys MB”, 1947-ci ildə istehsal olunmuş “Chevrolet”...

Onların arasında Hitlerin çertyoju ilə istehsal ediləni də var, Stalinin ən çox sevdiyi də, Misirdən Hüsnü Mübarəkin qarajından gələni də... 1982-ci ildə istehsal edilən və SSRİ xarici işlər nazirinin istifadə etdiyi ZİM də bu qarajdadır.

Ən yaxşısı Azadın özünü dinləməkdir: “Avstriya istehsalı olan “Steyr-daimler”i Nabranda istifadəsiz vəziyyətdə bir həyətdə gördüm. Avtomobilin içərisinə torpaq töküb gül əkmişdilər, tamam bərbad və yararsız vəziyyətdə idi. Sahibi ilə danışıb onu əldə etdim, Bakıya gətirib yığdıraraq ikinci həyat verdim. Avtomobili mənə bağışlayan adam yığılandan sonra onu görəndə gözlərinə inanmadı”.

Azad Kərimovun sözlərinə görə, indi Avstriyada buraxılan həmin maşınlardan dünyada çox az sayda qalıb, 1939-cu ilin istehsalıdır. 1957-ci ilin istehsalı olan “Pobeda-Sport”dan isə indi dünya üzrə cəmi 6-sı qalıb...

Azada bu cür retro avtomobil və ehtiyat hissələri hədiyyə edənlər də olub, özünün pulla aldığı da. Məsələn, 1967-ci il istehsalı olan “Volkswagen Beetle” markalı avtomobilə 400 manat ödəyib. Maşını təzələyərək qızının 18 yaşında ona bağışlayıb. 1981-ci ildə isə “Zaporojest” markalı maşını yığdıraraq qardaşına hədiyyə verib.

Avtomobil həvəskarı deyir ki, vaxtilə küçələrin yaraşığı olan QAZ-21 markalı “Volqa”nın isə üç modeli buraxılıb. Şəxsi minik avtomobili olmaqla yanaşı, sovet vaxtı ən çox ondan taksi kimi istifadə edilib. Təkərinin diskində “T” hərfi yazılan, qabaq şüşəsində sərnişinsiz olduğunu müştərilərə bildirən yaşıl işıq yanan həmin nəqliyyat vasitəsi kolleksiyanın ən maraqlı nümunələrindəndir. Onlara verilən adlar da maraq doğurur: “Ulduz”, “Köpək balığının ağzı”, “Balinanın bığı”...

Rəngarəng, hər birinin spesifik özəlliyi olan həmin maşınlar təkcə zahiri görkəmi, yaraşığı və dizaynı ilə deyil, mühərriki, orijinal siqnal səsi və digər xüsusiyyətləri ilə də fərqlənir. Məsələn, 1952-ci ildə istehsal edilən və məmurların istifadəsindən ötrü nəzərdə tutulan ZİM avtomobilində cangüdənlər üçün ayrıca oturacaq var. Zahirən mini-avtobusu xatırladan avtomobillərdən biri isə əsl səfər maşınıdır: içərisində yataq yeri, qaz plitəsi, qab-qacaq yumaq üçün yeri, soyuducusu, kondisioneri və tualeti var. Burada göldə sürmək üçün istifadə edilən, həm ayaqla idarə edilən, həm də mühərriklə işləyən nəqliyyat vasitəsinə də rast gəlmək mümkündür. Ötən əsrin 80-ci illərinin istehsalı olan motosiklet də öz unikallığı ilə diqqəti cəlb edir. Onun soyuducusu, kondisioneri, maqnitofonu, sənəd və yük yığmaq üçün xüsusi yeri var.

Qarajda “Cadillac”, “Packard”, “Pobeda”, “Lincoln Town Car”, hətta İkinci Dünya müharibəsindən sonra müharibə əlillərinə verilən və camaat arasında “invalidka” adlandırılan avtomobil də var.

Azad deyir: “Boş vaxtlarımda, şənbə və bazar günləri bu maşınların sükanı arxasına keçir və onları idarə etməkdən zövq alıram. Ümumiyyətlə, təxminən 40 il ərzində başa gələn bu qarajda dincəlir, yorğunluqdan xilas oluram. Onları izləmək və hərdən sükanı arxasında oturmaq mənim üçün ən böyük istirahətdir”.

Onun qarajındakı az və limitli sayda istifadə edilən müxtəlif ölkələrə məxsus avtomobillərdən reklam, fotosessiya, klip və film çəkilişləri üçün istifadə edənlər də olur. Hər il onlar Bakıda keçirilən klassik avtomobillərin sərgisində nümayiş etdirilir.

Kolleksiyaçı avtomobillərlə yanaşı qarajda ötən illərin yadıgarı olan, indi istifadədən çıxmış və ya istifadə edilməyən çoxlu əşyalar da toplayıb. Qədim tərəzi, cəhrə, çəllək, telefon aparatları, taksofon, sualtı dəniz gəmisində istifadə olunan telefon, uşaqlar üçün oyuncaq maşınlar, küçədə istifadə olunan su aparatları, ağ-qara televizor, radioqəbuledici, fotoaparatlar, paltartikən maşın, kino nümayiş etdirən aparat, müxtəlif çemodanlar, yazı makinası, musiqi qutusu, motosikletlər, XİX əsrə aid pianino və s. də var. Hətta Azadın ixtisasca stomatoloq olan nənəsindən yadigar qalan 1875-ci ilə məxsus pasiyentlər üçün oturacaq da onların arasındadır. Görünür, elə bu marağına görə də onu “Retro Azad” adlandırırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının təqdimatı olub

Şərur rayonuna dolu yağıb

Tacikistan Azərbaycanın aqrar sahədə təcrübəsini öyrənməkdə maraqlıdır

Bakı beynəlxalq tədbirlər üçün etibarlı və müasir məkandır – ŞƏRH

Yaxın Şərq və Körfəzdə neft hasilatı münaqişənin başlanğıcından bəri 45 faiz azalıb

Akademik: “Türk dillərinin ekologiya terminləri lüğəti” ortaq elmi yanaşmanın bariz ifadəsidir

Kürdə və bəzi dağ çaylarında suyun səviyyəsi necə dəyişib? Açıqlama

Şirvan şəhərində narkomanlığa qarşı növbəti maarifləndirici aksiya

Azərbaycan məktəbliləri Türkiyənin aparıcı kosmik və texnologiya mərkəzlərində təcrübə qazanırlar

"Şəhərlər hamı üçün – Heç kim kənarda qalmasın"

ADPU professorunun kitabı Türkiyədə təqdim edilib

Dik Advokat yenidən Kurasao millisinin baş məşqçisi təyin olunub

Sosial mediada psixi pozuntuların aşkarlanması ilə bağlı tədqiqat aparılıb

Gülnarə Xəlilova Qazaxıstanda “Upcycling” adlı yeni kolleksiyasını təqdim edib

Türkiyə Prezidenti Qazaxıstana dövlət səfərinə gəlib

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb

AMEA Folklor İnstitutunun nəzdində yeni Dissertasiya Şurasının ilk iclası olub

“Meta” Avropa İqtisadi Zonasında rəqib süni intellekt çat-botları üçün “WhatsApp”a girişi müvəqqəti açacaq

Azərbaycan və Slovakiya parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb

Pedaqoji Universitetdə STEAM hesabat sərgisi

Aqrar Sığorta Fondu müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün növbəti təlimlərə başlayır

Siyasi şərhçi: Minsk qrupunun fəaliyyəti beynəlxalq münasibətlər sistemində ikili standartların ən açıq nümunəsi idi

Ayaz Museyibov: Müasir texnologiyalar mədəni irsin qorunmasında yeni imkanlar yaradır

Ötən ay OPEC-in gündəlik neft hasilatı 19 milyon bareldən aşağı enib

“Ziraat Bank Azərbaycan” istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb

Akademik: Məqsədimiz türk dillərində ortaq terminlər üçün elmi bazanın hazırlanmasıdır

Mərkəzi Bank və AİB arasında əlaqələrin inkişafı ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb

Ekspert: Süni intellekt şirkətləri dezinformasiyanı tanıyan neytrallıq filtrləri və rəqəmsal su nişanları tətbiq etməlidirlər

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106,3 milyon barel olacaq

Kreml Ukraynada atəşkəsin şərtini açıqlayıb

İşğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” modeli: dayanıqlı urbanizasiyaya Azərbaycanın töhfəsi

Bakı yeni siyasi və geosiyasi gündəmi formalaşdıran əsas aktorlardan birinə çevrilib ŞƏRH

Mərkəzi Bankın nümayəndə heyəti Özbəkistan Mərkəzi Bankında olub

Xalq yazıçısı Elçinin məzarı ziyarət olunub

Kənd və meşə təsərrüfatı texnikaları sahəsində yeni dövlət standartları qəbul edilib

“Trendyol” Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına dəstək olub

Robert Levandovski “Barselona”nı tərk edir

Vatikan xəstəxanasının rəhbəri: Pediatriya sahəsində əməkdaşlığa hazırıq

Toğrul İsmayıl: Minsk qrupu problemi həll etmək üçün deyil, prosesi uzatmaq üçün fəaliyyət göstərirdi

Xalq artisti Eldar Mansurov: Məktəblilərlə görüş gözəl xatirə kimi yaddaşımda qalacaq

“Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə hesabatların və məlumatların təqdim edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 144 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İqor Qarafuliç: WUF13 əlilliyi olan şəxslər üçün yaxşı platforma olacaq

XVII UNEC Karyera və əmək yarmarkası

Litvanın müdafiə naziri Avropa ordusunun yaradılmasına qarşı çıxıb

Altmış altı yaşlı keçmiş hakim: Düşünürəm ki, vəkil kimi faydalı ola bilərəm

Qırğızıstanın “Nariste” qrupu Bakı festivalında Qran-Pri qazanıb

İlahiyyat İnstitutunda maarifləndirici tədbir: Dini radikalizmin səbəbləri və onunla mübarizə metodları

WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub

Dağ-mədən fəaliyyətinin şəhərsalma proseslərinə təsirləri müzakirə olunub

Emin Əhmədov: Artıq köçkün deyilik, öz yurdumuzun sakiniyik VİDEO

Emin Əhmədov: Artıq köçkün deyilik, öz yurdumuzun sakiniyik VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycanın Bolqarıstanda yeni təyin olunmuş səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

Hörmüzün yaratdığı problemlər artmaqdadır

BMU-da Türkoloji Qurultayın 100 illiyi çərçivəsində Azərbaycan-özbək əlaqələrinə dair elmi seminar

“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər VİDEO

“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər VİDEO

Rəşad Əzizov: Bu il üç filmin yenidən rənglənməsi nəzərdə tutulur

Trampın təyyarəsi Çinə eniş edib

Region Liqasında final və 3-cü yer uğrunda oyunların yeri müəyyənləşib

Əziz Ələkbərli: Azərbaycan xalqının min illər boyu yaratdığı tarixi abidələrə qarşı genişmiqyaslı vandalizm siyasəti həyata keçirilib

İordaniya Senatının üzvü: Şəhərlər qurularkən ədalət və əlçatanlılıq prinsipinin nəzərə alınması vacibdir

Media: Türkiyədə Suriya liderinin NATO sammitində iştirakı müzakirə olunmur

Ağdərədəki mis yataqlarının istifadəsi üçün yeni istehsal sahələri yaradılacaq

Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur

ADA Universitetində “Xəzər hövzəsi araşdırmaları” proqramı üzrə “Məzun günü” təşkil olunub

WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq

Zəngilan sakini: Uşaqlığımın yarım qaldığı torpaqlara qayıtmışam VİDEO

Zəngilan sakini: Uşaqlığımın yarım qaldığı torpaqlara qayıtmışam VİDEO

Sabirabadda narkotik asılılığının yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb

Əcnəbi qonaq: Bakının hava limanında insani ünsiyyətin olması təqdirəlayiqdir

Elçin Yusubov: Xankəndi şəhərinin Baş planı yaxın vaxtlarda təqdim ediləcək

Mariya Küri - dünyanı dəyişən qadın VİDEO

Mariya Küri - dünyanı dəyişən qadın VİDEO

Şirvan və Atırau şəhərləri arasında əlaqələrin genişləndirilməsi diqqətdədir

Görkəmli bəstəkar Qara Qarayevin məzarı ziyarət olunub

Şuşa şəhərinin semantikası - elmi seminar

Prorektor: BDU tələbələri WUF13 ilə əlaqədar maarifləndirici layihələrə qoşulurlar

“ASAN xidmət”in nümayəndə heyəti Venesuelada

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib

Rumıniya mediasında B9 sammiti NATO-nun gələcəyi üçün mühüm platforma kimi qiymətləndirilir

DÇ-2026: İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilməyib

İctimai Birlik sədri: Yaşlıların, əlilliyi olan şəxslərin, uşaqların və qadınların şəhər həyatında iştirakını təmin etmək zərurətdir

Azərbaycan Ermənistana tarixində ilk dəfə müstəqil olma şansı verib - ŞƏRH

Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Məclisi-Yüksəliş” tədbiri təşkil edilib

İqor Qarafuliç: Şəhərlər hər kəs üçün əlçatan olmalıdır

İKTA I rübdə poçt rabitəsi xidmətinin şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib

Azərbaycanı “AGF Trophy” turnirində 16 idman gimnastı təmsil edəcək

İdarə Heyətinin sədri: İnklüziv şəhərlər artıq qlobal çağırışdır

Eyni siyasi məntiqin fərqli coğrafiyalardakı təzahürü - ŞƏRH

Rəşad Əzizov: Süni zəkanın yaradıcı insanı əvəzləmək kimi bir təhlükəsi yoxdur

Ümumdünya Ərzaq Proqramı: Bu il dünyada 318 milyon insan daha kəskin aclıqla üzləşir

Belarusda həkimlər üçün “virtual xəstə” proqramı hazırlanıb

Milli Kitabxana tərəfindən “Əcəmi Naxçıvani. Biblioqrafiya” kitabı çap edilib

ADAU ilə Gəncə Voleybol Klubu arasında əməkdaşlıq memorandumu imzalanıb

Əlyazmalar İnstitutunda XIII əsrin klassik ilahiyyat abidəsinə dair mühazirə dinlənilib

WUF13: Peyk məlumatları dayanıqlı şəhərsalmanın strateji alətidir - MÜSAHİBƏ VİDEO

WUF13: Peyk məlumatları dayanıqlı şəhərsalmanın strateji alətidir - MÜSAHİBƏ VİDEO

İçərişəhər nümunəsi: yaşayan irs və müasir şəhər inkişafı

Amerikalı mühəndislər “Tramp marşrutu” layihəsi üçün Ermənistana gəliblər

Zəngilan şəhərində daha 59 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Zəngilan şəhərində daha 59 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

BMU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı proqramı təqdim olunub

Mart-aprel aylarında qlobal neft ehtiyatları sutkada 4 milyon barel azalıb

Tramp Çin səfərinə Səmavi Məbədi ziyarət etməklə başlayacaq