Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib, xüsusi komissiya yaradılıb
Bakı, 2 iyul, AZƏRTAC
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Prezident İlham Əliyevin tapşırıq və göstərişlərindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
BŞİH-dən AZƏRTAC-a verilən məlumata görə, müşavirədə bir sıra məsələlər müzakirə olunub, o cümlədən son vaxtlarda paytaxtda aparılan genişmiqyaslı abadlıq işlərindən söz açılıb.
Müşavirə zamanı paytaxtımızda şəhərin estetik görkəminə xələl gətirən, qəzalı vəziyyətdə olan və istismar müddətini bitirmiş yaşayış binaları ilə bağlı xüsusi komissiya yaradılması qərara alınıb. Bakının müxtəlif ərazilərində uzun illər əvvəl tikilən və müasir standartlara uyğun olmayan binaların hələ də mövcud olması nəzərə alınaraq komissiyaya tapşırıq verilib ki, bununla bağlı məsələ tam araşdırılsın, xüsusi riskli zonalar müəyyən edilsin və bu problemin həlli yolları aidiyyəti qurumlarla birlikdə öyrənilsin.
Qeyd edilib ki, Bakıda mənzil fondu tam olaraq beynəlxalq standartlara uyğun səviyyəyə gətirilməlidir.
Həmçinin müşavirədə paytaxtımızda piyada zonalarının genişləndirilməsi və yeni ərazilərdə belə zonaların yaradılması müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:32]
“Tərtər” bazarında yoxlama aparılıb
- 09.06.2026 [12:24]
Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq
- 09.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 09.06.2026 [11:39]
Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb
- 09.06.2026 [11:35]
Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
- 09.06.2026 [11:31]
Dərmanların təhlükəsizliyi necə qorunur?
- 09.06.2026 [11:27]