BAKI VƏ BRÜSSEL ARASINDA VİDEOKONFRANS KEÇİRİLMİŞDİRBU, AZRENA İNTERNET MƏRKƏZİ VASİTƏSİLƏMÜMKÜN OLMUŞDUR
İnstitutun direktoru, texnika elmləri doktoru Rasim Əliquliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, mərkəz NATO-nun “Virtual İpək Yolu” layihəsi çərçivəsində yaradılmışdır. Bu mərkəz milli kadrlarımıza, o cümlədən aspirant və dissertantlara, AMEA institutlarında, ali təhsil müəssisələrində çalışan gənc tədqiqatçılara inkişaf etmiş dövlətlərin aparıcı elmi tədqiqat və təhsil mərkəzlərinin təcrübəsindən, potensialından istifadə üçün geniş imkan açır. Videokonfrans zamanı “Yay məktəbi” iştirakçılarının suallarına NATO İctimai Diplomatiya Ofisinin rəsmisi Katsirdakis cavab vermişdir.
Direktorun sözlərinə görə, bu ilin sentyabr ayında NATO-nun təşəbbüsü ilə Bakıda distant təhsil məsələlərinə həsr olunmuş seminar keçiriləcəkdir.