Bakıda “Ailə - dəyişməyən dəyərimiz” mövzusunda Forum keçiriləcək
Bakı, 25 sentyabr, AZƏRTAC
Sentyabrın 26-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə “Ailə - dəyişməyən dəyərimiz” mövzusunda gənc ailə Forumu keçiriləcək.
Dövlət komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə rəsmi qonaqlar, aidiyyəti sahə üzrə 20 mütəxəssis, media nümayəndələri, bölgələrdən və paytaxtdan dəvət olunan 90-dan çox gənc ailə iştirak edəcək. Gün ərzində 6 paneldə aktual məsələlərlə bağlı müzakirələr aparılacaq, suallar, rəylər və təkliflər qeydə alınacaq.
Panellərdə gənc ailələr tərəfindən ünvanlanan suallar Forumun rəsmi hissəsində hökumət nümayəndələrinə ünvanlanacaq, sonda ailələrə iştiraklarına görə sertifikatlar təqdim ediləcək.
Forum öz işini bədii hissə ilə yekunlaşdıracaq.
Forumun keçirilməsində əsas məqsəd yeniləşən Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, ənənəvi dəyərlərin qorunması və inkişafı, eyni zamanda, müasir cəmiyyətdə ailənin gənc nəslin hərtərəfli formalaşmasında yeri və rolu barədə yeni yanaşmaların müzakirəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:28]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [19:29]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [18:53]