BAKIDA ATLETİKA ÜZRƏ BEYNƏLXALQ SEMİNAR KEÇİRİLMİŞDİR
Bakı, 13 yanvar (AZƏRTAC). Bakıda atletika üzrə beynəlxalq seminar keçirilmişdir. Azərbaycan Atletika Federasiyasından bildirmişlər ki, seminarı Rusiya bədən tərbiyəsi, idman və turizm universitetinin dosenti, sprint və estafet məsafələrinə qaçış üzrə Rusiya yığma komandasında elmi-kompleks qrupunun rəhbəri, əslən azərbaycanlı Oqtay Mirzəyev keçirmişdir. Bakı kuboku uğrunda yarışları izləyən O.Mirzəyev turnirin nəticəsinə əsasən, hər bir atletin fiziki durumu, qaçış sürəti, çəkisi və digər parametrlərlə bağlı araşdırmalar apararaq öz fikirlərini seminar iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirdə 30-dək məşqçi və idmançı iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:30]
Formula-1 yarışları Ruandada on il ərzində keçiriləcək
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]