Bakıda “Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçirilir
Bakı, 7 oktyabr, AZƏRTAC
Oktyabrın 7-də Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Dövlət Təhlükəsizliyi Xidmətinin, IDEA İctimai Birliyinin, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyinin, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Respublika Olimpiya Velosiped Məktəbinin və “Isma Bike”ın iştirakı ilə “Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçirilir.
AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva veloyürüşün keçirilməsində məqsədin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına dair Paris Razılaşmasından irəli gələn öhdəliyin yerinə yetirilməsinə diqqət çəkmək, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etmək olduğunu deyib.
Sonra U.Tağıyeva və Velosiped İdman Federasiyasının nümayəndəsi veloyürüş iştirakçılarına təhlükəsizlik qaydalarını izah ediblər.
Veloyürüş Azneft meydanından start götürüb və Heydər Əliyev Mərkəzinədək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]