BAKIDA BEYNƏLXALQ SEMİNAR KEÇİRİLƏCƏK
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Konrad Adenaur Fondunun Türkiyə təmsilçiliyi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə birlikdə fevralın 26-27-də Bakıda “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrində universitetlər və iqtisadi tədqiqat mərkəzləri ilə kiçik və orta müəssisələrin əməkdaşlığı” mövzusunda ikigünlük seminar keçirəcəkdir.
Konfederasiyadan AZƏRTAC-a bildirmişlər ki, seminarın iştirakçıları QİƏT ölkələrində universitetlərlə kiçik və orta sahibkarlıq subyektləri arasında əməkdaşlıq sahəsində Almaniya və Türkiyə kimi ölkələrin təcrübəsi ilə tanış olacaq, bu sahədə dövlət siyasəti, müvafiq proqramlar, mövcud vəziyyəti müzakirə edəcək, fikir mübadiləsi aparacaqlar.