BAKIDA BİRİNCİ AZƏRBAYCAN-YUNANISTAN FORUMU KEÇİRİLƏCƏK
Bunu AZƏRTAC-ın müxbirinə Yunanıstanın ölkəmizdəki səfiri Merkurios Karafotias bildirmişdir.
Səfir demişdir ki, Yunanıstan Prezidenti Bakıya ölkəsinin 94 iri şirkətinin maraqlarını təmsil edən 100 biznesmendən ibarət nümayəndə heyəti ilə gələcəkdir. Azərbaycan tərəfindən isə forumda təqribən 200 iş adamı iştirak edəcəkdir.
Diplomatın sözlərinə görə, Yunanıstan tərəfi bir neçə sazişi, o cümlədən sərmayələrin qorunması, gömrük məsələləri, habelə nəqliyyat sahəsində əməkdaşlıq haqqında sazişləri imzalanmaq üçün hazırlamışdır. Forum memorandum imzalanması ilə başa çatacaqdır. Ölkəmizin qeyri-neft sektorunun inkişafı ilə bağlı əlaqələrin yaradılması Yunanıstan tərəfində xüsusi maraq doğurur.
Səfir demişdir: “Biz çox şadıq ki, ölkələrimizin sahibkarlarının görüşü bu yaxınlarda başa çatmış Rusiya- Azərbaycan iqtisadi forumundan sonra keçiriləcəkdir. Rusiya kimi böyük tərəfdaşla yanaşı, Yunanıstan da uğurla inkişaf edən Azərbaycanla sıx iqtisadi əlaqələrin qurulmasını istəyir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:11]
Dünya Bankı: Azərbaycanın iqtisadi mövqeyi kifayət qədər sabitdir
- 02.10.2026 [13:01]
“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır
- 02.10.2026 [12:51]
Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir
- 02.10.2026 [12:49]