Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri açılıb -YENİLƏNİB VİDEO

Bakı, 5 may, AZƏRTAC

Mayın 5-də Bakı Ekspo Mərkəzində “Caspian Agro Week” - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, “InterFood Azerbaijan” - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və eləcə də, “Horeca Caspian” - 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi öz işinə başlayıb. Sərgilər mayın 8-dək davam edəcək.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat və “ICA Events” şirkətinin Baş icraçı direktoru Edvard Straçan çıxış ediblər.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, “Caspian Agro Week”də müxtəlif ölkələrdən olan dövlət qurumlarının nümayəndələrinin, beynəlxalq təşkilatların, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin, investorların, fermerlərin iştirakı kənd təsərrüfatının strateji əhəmiyyətini və bu sahədə beynəlxalq əməkdaşlığın genişlənən rolunu bir daha nümayiş etdirir. Regionun aparıcı aqrar platformalarından biri kimi mövqeyini möhkəmləndirmiş “Caspian Agro” sərgisi bu il yeni konseptual yanaşma - “Caspian Agro Week” formatında təşkil olunur. Bu yanaşma çərçivəsində sərgi yalnız məhsul və texnologiyaların nümayişi ilə məhdudlaşmır, sektorun müxtəlif istiqamətlərini əhatə edən forumlar, həmçinin ölkədə fəaliyyət göstərən iri ixtisaslaşmış innovativ təsərrüfatlara təşkil olunan səfərləri özündə birləşdirir. Cari ildə tədbirin “Caspian Agro Week” formatında keçirilməsi forumlar, panel müzakirələri və işgüzar görüşlər vasitəsilə aqrar sahənin aktual məsələlərinin daha geniş şəkildə müzakirəsinə imkan yaradır. Bu platforma dövlət, özəl sektor, elm və innovasiya nümayəndələri arasında səmərəli əməkdaşlığın gücləndirilməsinə, beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsinə xidmət edir. Sərgi həftəsi çərçivəsində bu il bir sıra ölkələrin kənd təsərrüfatı nazirləri və rəsmi nümayəndə heyətlərinin iştirak etməsi tədbirin beynəlxalq əməkdaşlıq platforması kimi əhəmiyyətini və aqrar sahədə tərəfdaşlıq imkanlarının genişləndiyini bir daha sübut edir. Əminəm ki, sərgi çərçivəsində keçiriləcək görüşlər və müzakirələr yeni tərəfdaşlıqların qurulmasına, innovativ təşəbbüslərin təşviqinə və aqrar sektorun davamlı inkişafına mühüm töhfə verəcək.

“Müasir dövrdə kənd təsərrüfatı yalnız iqtisadi fəaliyyət sahəsi deyil, eyni zamanda, ərzaq təhlükəsizliyinin təmin olunması, regionların sosial-iqtisadi inkişafı, məşğulluğun artırılması və ekoloji dayanıqlılığın qorunması baxımından mühüm strateji istiqamətdir. Qlobal iqlim dəyişiklikləri, təbii resurslardan səmərəli istifadə zərurəti və artan ərzaq tələbatı aqrar siyasətdə yeni yanaşmaların tətbiqini vacib edir. Respublikamızda aqrar sektorun inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar kənd təsərrüfatının modernləşdirilməsinə, fermerlərin rifahının yüksəldilməsinə və aqrar istehsalın rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Bu istiqamətdə dövlət tərəfindən fermerlərə və sahibkarlara geniş dəstək mexanizmləri tətbiq olunur. Subsidiyaların verilməsi, güzəştli kreditlərin təqdim edilməsi, kənd təsərrüfatı texnikasına əlçatanlığının artırılması, aqrar sığorta sisteminin genişləndirilməsi və innovativ texnologiyaların tətbiqinin təşviqi aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə verir. Eyni zamanda, aqrar sahədə rəqəmsallaşmanın genişləndirilməsi, ağıllı kənd təsərrüfatı həllərinin tətbiqi, su resurslarından səmərəli istifadə, torpaq münbitliyinin qorunması və ekoloji cəhətdən dayanıqlı istehsal modellərinin təşviqi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Məqsəd müasir çağırışlara cavab verən, yüksək məhsuldarlığa əsaslanan və ixrac potensialını artıran güclü aqrar sistem formalaşdırılmasıdır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən aqrar layihələr də ölkəmizin kənd təsərrüfatı strategiyasında xüsusi yer tutur. Həmin ərazilərdə müasir infrastrukturun qurulması, innovativ təsərrüfat modellərinin yaradılması və “ağıllı kənd” yanaşmalarının tətbiqi regionun böyük aqrar potensialının reallaşdırılmasına xidmət edir”, - deyə nazir qeyd edib.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib ki, Azərbaycandan dünyanın 73 ölkəsinə qida məhsulları və kənd təsərrüfatı məhsulları ixrac olunur. 2025-ci ildə Azərbaycandan rekord sayda kənd təsərrüfatı məhsulları dünya bazarına ixrac olunub. Bu, təqribən 914 min ton bitkiçilik məhsullarını özündə ehtiva edir.

“Qida təhlükəsizliyinin kənd təsərrüfatı və qida sənayesi sektoruna verə biləcəyi töhfədən danışarkən beynəlxalq standartların formalaşdırmasının önəmi qeyd olunmalıdır. İxrac elədiyimiz məhsulların göstəriciləri dünyanın istənilən bazarlarında özünə yer tapa bilməlidir. Bu məqsədlə də hal-hazırda ölkədə ən vacib məsələlərdən biri heyvan sağlamlığının təmin olunmasıdır. Azərbaycanın quş qripi və xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad ölkə statusunu əldə etməyi, həmin məhsulların dünyanın bir sıra ölkələrinə ixrac olunmasına gətirib çıxarıb. Artıq bizim quşçuluq məhsullarının, həm damazlıq, həm də ərzaq üçün nəzərdə tutulan yumurtaların dünyanın müxtəlif ölkələrinə ixracı həyata keçirilib”, - deyə o bildirib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, kiçik və orta biznes subyektlərinin satış imkanlarının genişləndirilməsi məhsul və xidmətlərin tanıdılmasına öz töhfəsini verir. Bu, KOBİA-nın əsas fəaliyyət istiqamətlərindəndir. 2018-ci ildən etibarən KOBİA 2 mindən çox kiçik və orta sahibkarlıq subyektlərinin müxtəlif sahələrdə ixtisaslaşmış yerli və xarici sərgilərdə iştirakına dəstək olub.

“Kənd təsərrüfatı və qida sektoru ölkə iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun vacib sahələrindən biridir. Ötən müddət ərzində ölkəmiz bu sahədə müxtəlif uğurlara imza atıb”, - deyə Orxan Məmmədov əlavə edib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev deyib ki, bu kimi sərgilər qeyri-neft-qaz sektorunun inkişafına və ixrac imkanlarının genişləndirilməsinə öz töhfəsini verir. “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri kənd təsərrüfatı və qida istehsalı sahələri üzrə məhsulların tanıdılması üçün mühüm platforma rolunu oynayır.

O bildirib ki, yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 862 milyon dollar təşkil edib. Keçən il 50-dək yerli şirkət “Made in Azerbaijan” brendi ilə 6 beynəlxalq sərgidə iştirak edib. Yanvar ayında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2026” – 31-ci Beynəlxalq Qida və İçkilər Sərgisində Azərbaycan şirkətləri öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edib. Həmçinin martda Azərbaycan məhsulları Almaniyanın Düsseldorf şəhərində keçirilən “ProWein 2026” - 30-cu Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunub, sərgidə 11 yerli şirkət iştirak edib. May və sentyabr aylarında isə xarici ölkələrdə keçiriləcək beynəlxalq sərgilərdə Azərbaycan şirkətləri öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edəcəklər.

FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat deyib ki, təşkilat ərzaq təhlükəsizliyi və dayanıqlı kənd təsərrüfatının inkişafına xidmət edən "Caspian Agro Week” platformasının bir hissəsi olmaqdan məmnunluq duyur. Builki sərgi aqro-ərzaq sektoru üçün mühüm bir dövrə təsadüf edir. Təchizat zəncirlərindəki problemlər və iqlim dəyişiklikləri fonunda dayanıqlı, innovativ və özünü təmin edən kənd təsərrüfatının əhəmiyyəti daha da artır. Bu ilin proqramı da FAO-nun mandatı və Azərbaycanın prioritetləri ilə uyğunluq təşkil edir.

Onun sözlərinə görə, iqlim dəyişməsi fermerlər üçün ciddi çağırışlar yaradır: “Buna görə səmərəli su istifadəsi, sağlam torpaqlar, rəqəmsal alətlər və müasir yanaşmalar artıq seçim deyil, zərurətdir. “Caspian Agro Week” innovasiyaların praktik həllərə çevrilməsində mühüm rol oynayır. Azərbaycanda FAO-nun hökumətlə əməkdaşlığı ildən-ilə güclənir. Birgə layihələr çərçivəsində suvarma sistemlərinin təkmilləşdirilməsi, dayanıqlı torpaq və su idarəçiliyi, kooperativlərin gücləndirilməsi və fermerlərin təlimləndirilməsi istiqamətində işlər həyata keçirilir. Bu təşəbbüslər həm məhsuldarlığın artırılmasına, həm də kənd icmalarının inkişafına xidmət edir. Kənd təsərrüfatı Azərbaycanın iqtisadi inkişafında mühüm yer tutur. FAO innovasiya, rəqəmsal transformasiya və iqlim dayanıqlılığı sahəsində fermerlərin inkişafını dəstəkləməyə davam edir. Əsl inkişaf isə yalnız birgə əməkdaşlıqla mümkündür. Hökumətlər, beynəlxalq təşkilatlar, özəl sektor, akademik dairələr, fermerlər və icmalar birlikdə daha dayanıqlı və məhsuldar gələcək qurmaq üçün çalışmalıdırlar”.

Mərasimdən sonra sərginin iştirakçıları və qonaqları VIP tura qatılıblar.

Regionun kənd təsərrüfatı və qida sənayesi üzrə ən böyük sərgiləri olan “Caspian Agro Week” və “InterFood Azerbaijan” müvafiq sahələrdə fəaliyyət göstərən bütün oyunçuları bir araya toplayan ilin vacib hadisələridir. Bu illər ərzində sərgilər etibarlı və tanınan milli brend olmaqla yanaşı, dünyanın aparıcı beynəlxalq tədbirləri sırasına daxil olaraq, qlobal sərgi təqvimində layiqli yerini tutub. Sərgilərdə əhatə olunan sənaye sahələrinə dövlət tərəfindən daim xüsusi diqqət yetirilir. Kənd Təsərrüfatı Nazirliyi sərgilərə təşkilati dəstək göstərir. Nazirlik, həmçinin sərgilərdə öz stendi ilə iştirak edərək aqrar sektorun inkişafına yönəlmiş layihələr, innovativ yanaşmalar və dövlət dəstəyi mexanizmləri barədə ziyarətçilərə geniş məlumat təqdim edir. Eyni zamanda, “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri Qida Təhlükəsizliyi Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənir.

Bu il də sərgilər bir sıra yeniliklərlə yadda qalacaq. Daha öncə “Caspian Agro” adı ilə tanınan sərgi 2026-cı ildən etibarən yeni brend - “Caspian Agro Week” adı ilə təşkil edilərək Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu adlanır. Yenilənmiş və genişlənmiş konsepsiyanın sərgiyə yeni təkan verəcəyi, həm iştirakçılar, həm də ziyarətçilər üçün daha geniş netvörkinq, sektorlararası əməkdaşlıq və effektiv biznes dialoqu üçün şərait yaradacağı gözlənilir. Sərgilərdə iştirakını dünyanın 45 ölkəsindən 447 şirkət iştirak edir. Sərgilərin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Belarus, Benin, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Cənubi Sudan, Çexiya, Çin, Gürcüstan, Efiopiya, Fil Dişi Sahili, Finlandiya, Fransa, Hindistan, İndoneziya, İspaniya, İsveç, İtaliya, Kamerun, Latviya, Meksika, Misir, Niderland, Nigeriya, Polşa, Qana, Qazaxıstan, Rusiya Federasiyası, Seneqal, Somali, Şri-Lanka, Tanzaniya, Tailand, Türkiyə, Türkmənistan, Yunanıstan, Yaponiya, Vyetnam, Zambiya və digər ölkələri əhatə edir.

Eyni zamanda, sərgilər çərçivəsində Almaniya, Belarus, Braziliya, Gürcüstan, İtaliya, Koreya, Niderland və İndoneziya milli qruplar formatında öz kənd təsərrüfatı və qida sənayesi məhsullarını təqdim edirlər. Bu il sərgilərdə AFAZ (Africa-Azerbaijan Cooperation) ayrıca stendlə iştirak edir və bu stenddə aşağıdakı ölkələrdən olan şirkətlər təmsil olunur: Benin Respublikası, Cənubi Sudan Respublikası, Efiopiya Federativ Demokratik Respublikası, Fil Dişi Sahili Respublikası, Kamerun Respublikası, Nigeriya Federativ Respublikası, Qana Respublikası, Seneqal Respublikası, Somali Federativ Respublikası, Tanzaniya Birləşmiş Respublikası, Zambiya Respublikası. Qeyd etmək lazımdır ki, AFAZ və Braziliya bu sərgilərə ilk dəfə qatılır.

Sərgilərdə tətbiq olunan yeniliklərdən biri də odur ki, 2026-cı ildə “InterFood Azerbaijan” sərgisi vahid məkanda – Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunda cəmləşib. Beləliklə, qida sənayesini təmsil edən bütün yerli və xarici şirkətlər öz məhsullarını məhz bu pavilyonda ziyarətçilərə təqdim edirlər. Bu yanaşma ziyarətçilərin sərgi daxilində vaxtına qənaət etməsinə və qida sektoruna aid bütün yenilikləri vahid bir məkanda daha rahat şəkildə izləməsinə imkan yaradır.

Bu sərgilər Bakı Ekspo Mərkəzinin həm qapalı pavilyonlarında, həm də açıq hava sahəsində təşkil olunur. Xüsusilə açıq sahədə kənd təsərrüfatı üçün nəzərdə tutulan irihəcmli texnika və ən müasir aqrar məhsulların geniş ekspozisiyası nümayiş olunur. Burada ziyarətçilər aqrar sektorun ən son texnoloji nailiyyətləri və avadanlıqları ilə yaxından tanış olurlar. Xarici ölkə nümayəndələri və yerli şirkətlərlə yanaşı, bu il sərgidə Azərbaycanın bölgələri də aktiv şəkildə təmsil olunurlar. Ziyarətçilər sərgilər çərçivəsində bölgələrin aqrar və qida sahəsindəki imkanları ilə yaxından tanış olmaq imkanı əldə edirlər.

Regionun ən böyük kənd təsərrüfatı sərgisi olmaqla, “Caspian Agro Week” kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, gülçülük, tullantıların emalı, logistika, elektron kənd təsərrüfatı kimi sahələri əhatə edir. Sərgi yenidən kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar auditoriyanı bir araya toplayaraq təcrübə, bilik və innovasiyalar mübadiləsi üçün unikal imkanlar yaradır. Eyni zamanda, sərgidə “Smart Agro” istiqaməti üzrə süni intellekt, ağıllı kənd, startaplar, İT xidmətləri, robototexnika, pilotsuz uçuş aparatları və “green agro” bölmələri yer alır.

“InterFood Azerbaijan” sərgisində isə qida sənayesi, içkilər, şirniyyat, süd məhsulları, qənnadı və un məmulatları, meyvə-tərəvəz, qablaşdırma, qida texnologiyaları, eləcə də, halal qida və digər bölmələr üzrə məhsul və xidmətlər təqdim olunur.

Sərgilər “Made in Azerbaijan” brendinin təşviqi üçün əlverişli platforma rolunu oynayır. Ötən il olduğu kimi, bu il də “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri çərçivəsində iştirakçılar bu brend altında məhsullarını nümayiş etdirirlər. Bu, qlobal kənd təsərrüfatı və qida sənayesində yerli istehsalın inkişafının və rəqabət qabiliyyətinin parlaq nümunəsidir.

İlk dəfə olaraq “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri zamanı “Hosted Buyer” (Alıcı Missiyası) proqramı təşkil olunub. Bu proqram sərgiyə qatılan ziyarətçi-alıcılar üçün maksimum effektiv və rahat iş şəraitinin yaradılması məqsədilə həyata keçirilir. “Hosted Buyer” çərçivəsində sərgilərə Rusiyanın “Lenta”, “Samokat”, “Fresh market” hipermarketləri və digər şirkətlər qatılıb.

“Caspian Agro Week” və “InterFood Azerbaijan” çərçivəsində 4 gün ərzində zəngin, faydalı və intensiv işgüzar proqram təqdim olunub. Proqrama beynəlxalq forumlar, panel müzakirələr, sahə üzrə təqdimatlar və master-klaslar, eləcə də ənənəvi B2B və B2G görüşlər daxildir.

Sərgilərin təqdimat zonasında Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə bir sıra forumlar və konfranslar keçiriləcək: 3-cü “Beynəlxalq Aqrar İnnovasiya Forumu”, “Risklərə Qarşı Aqrar Sığortanın Gücü Forumu”, “Dövlət–özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu”, “Müasir Kənd Təsərrüfatı Əməkdaşlığı davamlı inkişafın təməli və ərzaq təhlükəsizliyinin təminatçısı kimi”. Digər tədbirlər isə sərgilər çərçivəsində “Baku Marriott Hotel Boulevard” hotelində baş tutacaq “5-ci Aqrobiznesin İnkişafı Forumu” və ADA Universitetində keçiriləcək "AGROSCIENCE" Forumudur.

Sərgilər çərçivəsində bir sıra vacib müqavilələrin imzalanması gözlənilir. Belə ki, sərgilərin təqdimat zonasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə John Deere Walldorf International GmbH arasında Strateji Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun rəsmi imzalanma mərasimi və İslam Qida Təhlükəsizliyi Təşkilatının (IOFS) Nizamnaməsinin rəsmi imzalanma mərasimi baş tutacaq.

Bakı Ekspo Mərkəzin təqdimat zonasında sərgi günlərində “Food & Agro Talks” adlı sahə üzrə təqdimatlar və master-klaslar təşkil ediləcək. Burada aqrar və qida sənayesinin aparıcı mütəxəssisləri, istehsalçılar və sahə nümayəndələri aktual mövzular ətrafında çıxışlar edəcək, real təcrübə və biliklərini bölüşəcəklər. “Food & Agro Talks” çərçivəsində “Azərbaycanda aqrobiznesin inkişafı və dəstək proqramları: kiçik təsərrüfatlardan böyük aqrokorporasiyalara qədər”, “Fermalar və su: Davamlı su təchizatı və effektivlik”, “Azərbaycanın qida sənayesində tendensiyalar və innovasiyalar”, “Fermerlər üçün maliyyə həlləri”, “Ekolojiyönümlü kənd təsərrüfatı və qida təhlükəsizliyi: müasir yanaşmalar və həllər” adlı panel sessiyaları və “CEO kimi düşün” interaktiv keys sessiyası keçiriləcək. Sərgilər çərçivəsində, həmçinin “WomenSpace: Qida, ünsiyyət, mentorluq” adlı tədbir və Şokolad art-instalyasiyaları sərgisi təşkil ediləcək.

“InterFood Azerbaijan” sərgisi çərçivəsində iştirakçılar və dəvət olunmuş şirkətlər üçün “Retail Center – Ticarət şəbəkələrinin görüş mərkəzi” fəaliyyət göstərəcək. Sərginin 2-ci günü çalışacaq bu mərkəzdə qida sənayesi istehsalçıları və iri pərakəndə ticarət şəbəkələrinin nümayəndələri arasında məqsədyönlü işgüzar görüşlər təşkil olunacaq. Bu platforma iştirakçılara məhsullarını birbaşa potensial alıcılara təqdim etmək, yeni satış kanalları qurmaq və əməkdaşlıq imkanlarını genişləndirmək imkanı yaradacaq. “InterFood Azerbaijan” sərgisinin artıq uzun illərdir ki, ayrılmaz hissəsi olan ənənəvi "Qızıl Şah 2026" Beynəlxalq Kulinariya Çempionatı bu il də ziyarətçilərin diqqət mərkəzində olacaq. Sayca 6-cı olan çempionatın təşkilatçısı Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasıdır. “Qızıl Şah” Çempionatı Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyi (“Worldchefs”) tərəfindən lisenziyalaşdırılmış tədbirdir və beynəlxalq norma və qaydalara uyğun keçirilir. Çempionatın münsiflər heyəti 18 ölkədən olan Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin lisenziyalı aşpaz-hakimlərindən ibarətdir. Çempionatda 11 ölkədən olan 22 komanda müxtəlif kateqoriyalar üzrə birincilik uğrunda mübarizə aparır. Qeyd etmək lazımdır ki, iştirakçılardan 73-ü xarici ölkələrdən qatılan aşpazlardır. Bununla yanaşı, 160 aşpaz çempionata fərdi iştirakçı kimi qatılır.

Hər il təşkilatçılar Azərbaycanın müxtəlif regionlarından olan fermerlər üçün sərgiyə turlar təşkil edirlər. Bu il 51 bölgədən 500-dən çox fermer sərgidə iştirak edir. Sərgilər çərçivəsində fermerlər ən son sənaye yenilikləri və beynəlxalq təcrübə ilə tanış ola biləcəklər. Fermerlərin sərgiyə turlarının nəticəsi olaraq, təcrübə mübadiləsi təşviq edilir, bu da öz növbəsində istehsalın keyfiyyətinin yüksəldilməsinə və kənd yerlərində yaşayış şəraitinin yaxşılaşdırılmasına kömək edir.

Sərgilər çərçivəsində təşkil edilən ənənəvi ikitərəfli işgüzar görüşlər (B2B və B2G) zamanı yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edirlər. Bundan əlavə, ikitərəfli işgüzar görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə edirlər.

“Caspian Agro Week” və “InterFood Azerbaijan” kənd təsərrüfatı və qida sənayesi sahələrində ən vacib platformalardan biri olaraq, regionun əsas istehsalçı və distribütorları ilə birbaşa əlaqə qurmaq fürsəti yaradır, şirkətlər məhsul və xidmətlərini potensial müştərilərə və tərəfdaşlara nümayiş etdirmək şansı əldə edir, həmçinin ziyarətçilər müvafiq sənaye sahələrində olan ən son texnologiyalar və trendlərlə tanış olmaq imkanı qazanırlar.

“Caspian Agro Week”, “InterFood Azerbaijan” və “Horeca Caspian” sərgilərinin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onun tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir.

Fotoqraf – İlkin Cavanşirov
Operator – Mirrəsul Cəfərov
Bakıda “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri açılıb -YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Mingəçevirdəki "Kürü keçək?! 5" yarışına rekord sayda iştirakçı qatılıb

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH