Bakıda GP2 kvalifikasiyasının vaxtı porebrikə görə dəyişdi
Bakı, 17 iyun, AZƏRTAC
Formula-1 maşın şinlərinin məşq zamanı porebrikə görə zədələnməsi bəlli olduqdan sonra GP2 kvalifikasiyasının vaxtı dəyişdirilib.
AZƏRTAC xəbər verir ki, Formula-1-in yürüş direktoru, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) nümayəndəsi, Formula-1-in texniki departamentinin rəhbəri Çarli Uaytinq FIA-nın nümayəndələri və heyətlə birlikdə zədələnmənin səbəbini tapmaq üçün trası yoxlamağa gedib. İkinci döngədəki daxili porebrik xüsusilə diqqəti cəlb edib, onun bərkidilməsi möhkəmləndirilib, lakin digər bərkitmələr barədə də şübhə yaranıb.
Fasilədən sonra təhlükəsizliyə zəmanət məqsədilə kvalifikasiyanın vaxtını dəyişmək qərara alınıb. Onun nə vaxt keçiriləcəyi Formula-1-in ikinci məşqindən sonra elan ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [22:52]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]