Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub, qaliblər mükafatlandırılıb
Bakı, 9 mart, AZƏRTAC
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun bağlanış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə yarışın son günündə qalib olan idmançılara medallar təqdim edilib.
Azərbaycan turniri bir qızıl medalla başa vurub. Komandamızın heyətində ötən gün halqalarla hərəkətlərdə Nikita Simonov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Mükafatları Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri və digər rəsmi şəxslər təqdim ediblər.
Son gündə qadınlar gimnastika tiri və sərbəst hərəkətlərdə, kişilər isə dayaqla tullanma, dəstəli at və turnikdə birinci olmaq üçün mübarizə aparıblar.
Dayaqla tullanmada Murad Ağarzayev yeddinci, turnikdə İvan Tixonov isə səkkizinci yeri tutublar.
Ötən gün Dəniz Əliyeva isə dayaqla tullanmada yeddinci olub.
Dörd gün davam edən yarışların yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunub.
Qeyd edək ki, turnirdə 19 ölkədən gimnastlar çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]