BAKIDA IFES RESURS MƏRKƏZİ AÇILIR
Sentyabrın 23-də Xətai bələdiyyəsinin binasında ABŞ-ın IFES (Beynəlxalq seçki sistemləri fondu) təşkilatının birinci regional resurs mərkəzinin açılış mərasimi keçiriləcəkdir. Mərasimdə təşkilatın Vaşinqton bölməsinin rəhbəri Riçard Sudriet, Fondun Bakı ofisinin, habelə ölkəmizin qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər. Resurs mərkəzinin yaradılmasından məqsəd vətəndaşların bələdiyyələr, seçki sistemləri, insan hüquqları barədə informasiya almasını təmin etməkdir. Mərkəz kompüterlər, digər informasiya -kommunikasiya avadanlığı ilə təchiz ediləcək və qlobal İnternet şəbəkəsinə qoşulacaqdır.
Yaxın 1 il ərzində müxtəlif bələdiyyələrdə 9 belə regional mərkəz açmaq nəzərdə tutulmuşdur.
IFES-in Bakıda daimi nümayəndəliyi 1998-ci ildə yaradılmışdır. O vaxtdan təşkilat Məkəzi Seçki Komissiyasına, Milli Məclisə, bələdiyyələrə və dirgər təşkilatlara texniki yardım edir. IFES-in əsas vəzifəsi əhalinin demokratiya və demokratik təsisatlar sahəsində maarifləndirilməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [16:26]
Misin qiyməti rekord göstəriciyə çatır
- 22.09.2026 [15:42]