Bakıda keçirilən cüdo üzrə dünya çempionatında yaponiyalı bacı-qardaşın qələbə sevinci
Bakı, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci günü maraqlı hadisə ilə yadda qalıb.
AZƏRTAC xəbər verir ki, iyirmi bir yaşlı yaponiyalı Hifumi Abe kişilər arasında yarışlarda (66 kq) və onun 18 yaşlı bacısı Uta Abe qadınların mübarizəsində (52 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.
Bu qələbə sayəsində H.Abe ardıcıl ikinci dəfə dünya çempionatının qalibi olub. Belə ki, o, ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında da qızıl medal qazanmışdı.
U.Abe isə Bakıda keçirilən yarışda böyüklər arasında ilk dünya çempionluğunu rəsmiləşdirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]