Bakıda keçirilən Zəfər paradı Rumıniya KİV-ləri tərəfindən geniş işıqlandırılıb
Buxarest, 12 dekabr, AZƏRTAC
Rumıniyanın nüfuzlu kütləvi informasiya vasitələri Bakı şəhərində keçirilən Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradını geniş işıqlandırıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rumıniyanın “News24hours” xəbər portalı və ona istinadən digər yerli KİV-lərdə Zəfər paradının möhtəşəmliyi barədə ətraflı məlumatlar yer alıb, video paylaşılıb. Zəfər paradında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışının tam mətni verilib, eyni zamanda, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından sitatlar yer alıb. Məlumatlarda Bakının mərkəzində yerləşən Azadlıq meydanında Ermənistan ordusundan qənimət kimi götürülmüş hərbi texnikanın bir qisminin, eləcə də Azərbaycan Silahlı Qüvvələrinə məxsus ən müasir döyüş texnikasının nümayiş etdirildiyi qeyd olunub.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.08.2026 [18:02]
Meksika mətbuatı Azərbaycan Prezidentinin Özbəkistana səfərini işıqlandırıb
- 24.08.2026 [11:21]