Bakıda Orionid meteor yağışı müşahidə ediləcək
Bakı, 2 oktyabr, AZƏRTAC
Oktyabrın 2-dən noyabrın 7-dək Orionid meteor yağışı müşahidə ediləcək. Oktyabrın 21-də meteorların sayı pik həddə olacaq.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından AZƏRTAC-a verilən məlumata görə, mənbəyi Orion bürcündə olduğuna görə bu meteor yağışı Orionidlər adlanır. Onun zirvəsində saatda 20-yə qədər meteor görünə bilər. Bakıdan yağış saat 22:00-dan 06:27-yə - səhər açılana qədər müşahidə olunacaq.
Bu, ayın ikinci meteor yağışıdır. Drakonid meteor yağışı oktyabrın 6-10-da müşahidə ediləcək və oktyabrın 8-də pik həddinə çatacaq.
Orionid meteor yağışı Halley kometinin yaratdığı ikinci meteor yağışıdır. Halley kometinin Günəş ətrafında bir dövrünün tamamlanması təxminən 76 il çəkir. O, Yerdən növbəti dəfə 2061-ci ildə görünəcək.
Bəzən meteorlar qruplar halında düşürlər. Meteor yağışını təşkil edən meteorlar paralel trayektoriyalarla və eyni sürətlə hərəkət etdiyi üçün Yerdəki müşahidəçilərə səmanın eyni nöqtəsindən uçurlar kimi görünür. Bu nöqtəyə radiant deyilir. Ənənəyə görə, meteor yağışları radiantın yerləşdiyi bürcün adını daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.09.2026 [15:47]
UNEC-də tələbələr üçün myUNEC mobil tətbiqi istifadəyə verilib
- 12.09.2026 [12:09]
Türk dünyasının ədəbi-mədəni irsi ilə bağlı araşdırmalar təqdim olunub
- 12.09.2026 [10:32]
Bakıda mühüm simpozium: “Altayşünaslığın dünəni, bu günü və sabahı”
- 11.09.2026 [18:05]
Ali təhsilli mütəxəssislərdə rəqabətlə bağlı səriştələr formalaşdırılacaq
- 11.09.2026 [16:50]
BMU tələbəsi “SmarTech-I” müsabiqəsində I yerə layiq görülüb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [12:46]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Tramp ABŞ-də yetkin şəxslərə 5 min dollar veriləcəyini bir daha təsdiqləyib
- 11.09.2026 [23:47]
Səudiyyə Ərəbistanı Şərq-Qərb neft kəmərində əməliyyatları dayandırıb
- 11.09.2026 [23:16]
“Fənərbağça” rəhbərliyi baş məşqçinin istefasını qəbul etməyib
- 11.09.2026 [22:24]
Milix Yevdayevə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub
- 11.09.2026 [21:26]
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
- 11.09.2026 [21:03]
Fransada inflyasiyanın ilin sonuna yaxın 3 faizə çatacağı gözlənilir
- 11.09.2026 [20:47]
Azərbaycan və Meksika universitetləri birgə layihələr icra edəcək
- 11.09.2026 [20:33]
Naxçıvan komandası Türkiyədə keçirilən beynəlxalq turnirin qalibi olub
- 11.09.2026 [20:23]
Bu saata olan əsas xəbərlər
- 11.09.2026 [20:00]
Merkurinin diametrinin 23 kilometrdən çox azaldığı müəyyənləşib
- 11.09.2026 [19:45]
Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verilib
- 11.09.2026 [19:27]