Bakıda “Peru Andlarının mənzərələri” adlı sərgi açılacaq
Bakı, 25 avqust, AZƏRTAC
Sentyabrın 25-də “Art Tower” rəsm qalereyasında “Peru Andlarının mənzərələri” adlı fərdi rəsm sərgisi açılacaq. Sərgi Perunun Azərbaycandakı səfirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə gerçəkləşəcək.
Bu barədə AZƏRTAC-a “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.
Onun sözlərinə görə, sərgidə Perudan olan dörd rəssamın əsərləri nümayiş olunacaq. Fırça ustaları möhtəşəm And dağlarının əzəmətini, meşələrini, füsunkar dağların ətəklərindən axan Amazon çayını və onun qollarını təşkil edən çayları, habelə böyük və əhəmiyyətli göllərini, quraq və qumlu sahil düzənliklərinin gözəlliklərini öz əsərləri vasitəsilə təqdim edəcəklər.
Oktyabrın 6-dək davam edəcək sərgi ilə hər kəsin tanış olmaq imkanı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb
- 08.06.2026 [11:46]
Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib
- 08.06.2026 [11:40]