Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda QDİƏT PA-nın Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclası keçirilib

Bakı, 7 oktyabr, AZƏRTAC

Oktyabrın 7-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən QDİƏT PA-nın Sosial və Humanitar Siyasət Komitəsinin sədri Musa Quliyev sosial rifahın yüksəldilməsi, humanitar dəyərlərin təşviqi, inklüziv cəmiyyətin qurulması istiqamətində birgə öhdəliklərin əhəmiyyətindən danışıb.

Musa Quliyev komitənin bugünkü iclasının “QDİƏT regionunda davamlı sosial-iqtisadi inkişaf üçün süni intellekt – sosial aspektlər” mövzusuna həsr olunduğunu diqqətə çatdırıb. O, hazırda bütün dünyada süni intellektin geniş yayılmaqda olduğunu deyərək, cari ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın hazırlandığını vurğulayıb. Sənədin ölkəmizdə süni intellektin inkişafının sürətləndirilməsi, bu sahədə tədqiqatların aparılmasının təşviqi, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi baxımından önəmindən bəhs edib.

Qeyd olunub ki, bugünkü iclasda komitənin 2025-ci ilin noyabrın 23-25-də Sofiyada keçiriləcək QDİƏT PA-ın 66-cı Baş Assambleyasına təqdim olunacaq məruzə və tövsiyə layihələrinə baxılacaq.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov bildirib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı bu gün regionumuzun səmərəli əməkdaşlıq platformalarından biri hesab edilir. Qurumun Parlament Assambleyası isə xalqlarımız arasında qarşılıqlı etimadın, dialoqun və həmrəyliyin inkişafına ciddi töhfə verir. Təşkilat müxtəlif sahələrdə ortaq problemlərin müzakirəsi və təcrübə mübadiləsi üçün vacib bir tribuna kimi çıxış edir. Vitse-spiker diqqətə çatdırıb ki, bu il iyunun 18-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə QDİƏT PA-nın 65-ci Baş Assambleyası Bakı şəhərində uğurla keçirilib. Təşkilatın tarixində ilk dəfə olaraq üç ölkənin - Azərbaycan, Bolqarıstan və Şimali Makedoniyanın parlament sədrləri tədbirdə iştirak ediblər.

O, iclasda müzakirəyə çıxarılan mövzunun vacibliyini və aktuallığını qeyd edərək, süni intellektin sosial xidmətlərin təkmilləşdirilməsi, həssas qruplara dəstək, fərdi təhsil, səhiyyədə diaqnostikanın daha dəqiq inkişafı və effektiv sosial təminat sisteminin formalaşması üçün böyük potensiala malik olduğunu söyləyib.

Ziyafət Əsgərov vurğulayıb ki, Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsini Azərbaycanın qarşısında duran strateji vəzifələrdən biri olaraq müəyyən edib. O qeyd edib ki, dövlətimiz daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Bildirilib ki, dövlət başçısının 2018-2025-ci illər ərzində ölkəmizdə reallaşdırılan 5 sosial islahat paketi çərçivəsində imzaladığı sərəncam və fərmanlar öz əhatə dairəsinə görə inqilabi qərarlar hesab olunur.

Vitse-spiker, habelə qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına həyata keçirməklə, öz torpaqlarını Ermənistanın 30 illik işğalından azad edərək, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına nail olub. Bildirilib ki, Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir.

Ziyafət Əsgərov bu il avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh müqaviləsinin mətninin paraflandığını, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan tərəfindən Vaşinqtonda keçirilmiş görüşə dair Birgə Bəyannamənin imzalandığını nəzərə çatdırıb və əldə edilmiş razılaşmanın tarixi əhəmiyyətindən bəhs edib.

O, QDİƏT PA-nın Sosial və Humanitar Siyasət Komitəsinin iclası çərçivəsində aparılan müzakirələrin və qəbul olunan qərarların üzv ölkələr arasında əməkdaşlığın daha da güclənməsinə, sosial və humanitar sahədə qarşılıqlı dəstəyin artmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Sonra tədbirdə QDİƏT PA-nın maliyyə məsələləri üzrə sədr müavini, qurumda nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev çıxış edib. O, hazırda Azərbaycanın öz sosial-iqtisadi inkişafına görə regionun lider dövlətinə çevrildiyini, dünyada yüksək nüfuza sahib ölkələrdən biri olduğunu vurğulayıb. Azərbaycanda davamlı olaraq bir çox mötəbər beynəlxalq təşkilatların tədbirlərinin keçirildiyini nəzərə çatdıraraq, bu günlərdə Qəbələ şəhərində ölkəmizin Türk Dövlətləri Təşkilatının növbəti sammitinə yüksək səviyyədə ev sahibliyini xüsusi qeyd edib. Bununla yanaşı, Gəncə şəhərində III MDB Oyunlarının uğurla təşkil olunduğunu söyləyib.

Eldar Quliyev, habelə Azərbaycanın təşəbbüskarı olduğu sülh müqaviləsinin tez bir zamanda imzalanacağına inamını ifadə edərək, dövlətimiz tərəfindən bu istiqamətdə zəruri addımların atıldığını vurğulayıb.

O, hazırda ölkəmizdə davamlı inkişaf, insanların rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən layihələrin önəmindən danışıb, bu sahədə təqdirəlayiq nailiyyətlərin əldə edildiyini söyləyib. Bugünkü iclasın sosial məsələlər sahəsində yeni təşəbbüslərin irəli sürülməsi baxımından əhəmiyyətini qeyd edib.

Daha sonra QDİƏT Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev çıxış edərək, Milli Məclisin sədri Sahibə Qafarovaya bu tədbirin yüksək səviyyədə təşkilinə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. O, müzakirəyə çıxarılan mövzunun aktuallığından danışaraq, müasir həyatın ayrılmaz hissəsi olan süni intellektin tətbiq sahələrindən, onun müsbət tərəflərindən və bəzi mənfi təsirlərindən söhbət açıb. Bugünkü iclasın region ölkələrinin dayanıqlı sosial-iqtisadi inkişafı sahəsində süni intellektdən istifadənin təmin edilməsi, bu istiqamətdə təcrübə mübadiləsinin aparılması nöqteyi-nəzərindən vacibliyindən bəhs edib. Baş katib süni intellektin tənzimlənməsində parlamentlərin rolunu xüsusi qeyd edib.

Sonra tədbir iştirakçıları ailə fotosu çəkdiriblər.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasının açılış mərasimindən sonra komitə işini gündəlikdəki məsələlərin müzakirəsi ilə davam etdirib.

Əvvəlcə komitənin əvvəlki iclaslarının protokolları nəzərdən keçirilərək qəbul olunub. Sonra QDİƏT PA-da nümayəndə heyətimizin üzvü deputat Səbinə Salmanova gündəliyin əsas müzakirə mövzusu olan “QDİƏT regionunda davamlı sosial-iqtisadi inkişaf üçün süni intellekt – sosial aspekt” mövzusu üzrə hesabat layihəsini təqdim edib. Süni intellektin tətbiqi məsələləri, üstünlükləri və riskləri barədə danışan Səbinə Salmanova onun ədalətli və güclü cəmiyyətin qurulmasında, sosial rifahın yüksəldilməsində, eləcə də dayanıqlı inkişaf hədəflərinə çatmaqda oynadığı rolu vurğulayıb.

Eyni mövzu üzrə komitənin tövsiyə qərarının layihəsini komitə sədri Musa Quliyev təqdim edib. O, süni intellektin tətbiqinin etik və hüquqi çərçivəsinin prinsipləri, standartları, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və digər məsələlərlə bağlı komitənin üzv ölkələrə tövsiyələrini diqqətə çatdırıb.

Müzakirələrdə komitə üzvləri insanlar üçün süni intellekt imkanlarının əlçatanlığının artırılması yolları və onun yarada biləcəyi potensial riskləri, etik və hüquqi məsələləri, həmçinin insan həyatına və əmək bazarına təsirləri ilə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.

Hesabat və tövsiyə layihələrinin qəbulundan sonra komitənin növbəti iclasının tarixi, yeri və gündəliyi müəyyənləşdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?