Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda regionun ilk Kiberdiplomatiya üzrə beynəlxalq konfransı keçirilib - YENİLƏNİB

Bakı, 25 sentyabr, AZƏRTAC

Bakıda regionda ilk dəfə Azərbaycanın ev sahibliyi edəcəyi Kiberdiplomatiya üzrə beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşkilatçılığı ilə həyata keçirilir. Konfransın məruzəçiləri, iştirakçıları yerli və xarici qonaqlar olub. Diplomatik nümayəndələr, bəzi ölkələrdə yeni diplomatik vəzifəyə çevrilən kibersəfirlər, o cümlədən sahə üzrə qlobal aktorlar diplomatiyanın informasiya təhlükəsizliyindəki rolunu müzakirə etmək üçün Azərbaycanda bir araya gəliblər.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev Bakıda keçirilən 1-ci beynəlxalq Kiberdiplomatiya konfransında bildirib ki, hazırkı zaman diplomatiya və texnologiya sahələrinin birləşdiyi mühüm dövrdür.

“Kiberdiplomatiyanın yaranması beynəlxalq münasibətləri yenidən formalaşdırır, həm yeni misilsiz imkanlar, həm də təxirəsalınmaz tədbirlər görülməsinə dair çağırışlar edir. Kiberdiplomatiya üzrə ölkəmizdə keçirilən 1-ci beynəlxalq konfransın əsas məqsədlərindən biri kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığı daha da qüvvətləndirməkdir. Biz inanırıq ki, kibertəhdidlərlə mübarizə aparmaq, rəqəmsal infrastrukturumuzu möhkəmləndirmək, rəqəmsal sahədə fərdlərin hüquq və şəxsi məlumatlarını qorumaq üçün birgə səmərəli həll yolları tapa bilərik. Əməkdaşlıq vacibdir, çünki heç bir ölkə bu çağırışları təkbaşına həll edə bilməz. Kibertəhdidlər sərhəd tanımır və bir kiberhücumun təsiri, mənşə yerindən asılı olmayaraq, bütün dünyada hiss oluna bilər. Buna görə də müttəfiqliyimizi gücləndirmək, ən yaxşı təcrübələri paylaşmaq və kiberməkanla bağlı məsuliyyətli davranmaq barədə ortaq anlaşma yaratmaq vacibdir”, - deyə İlqar Musayev bildirib.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov çıxışında qeyd edib ki, sürətlə dəyişən rəqəmsal dünyada nisbətən yeni olan kiberdiplomatiyanın vacibliyini hər birimiz çox yaxşı dərk edirik. Birinci Beynəlxalq Kiberdiplomatiya Konfransına ev sahibliyi etməyimiz ölkəmizin kiberdiplomatiya sahəsində atılan mühüm addımlarının göstəricisidir.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Rəqəmli media ilə iş sektorunun müdiri Elmir Vəlizadə deyib ki, son illər Azərbaycan müxtəlif mötəbər tədbirlərə ev sahibliyi edir. Bunların sırasında regionda ilk və çoxsaylı iştirakçısı olan 7-ci İnternet İdarəçiliyi Forumu oldu. Ötən il 50 ildən sonra Azərbaycan yenidən Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdi. Bu gün isə ilk Kiberdiplomatiya Beynəlxalq Konfransı keçirilir. Bu ilin noyabrında ölkəmiz müstəqillik dövründə ən irimiqyaslı tədbir olan COP29-a ev sahibliyi edəcək.

Kiberdiplomatiya mövzusu bu gün beynəlxalq səviyyədə diqqət verilən və müzakirə olunan mövzudur. “Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) 2023-cü ildə hesabatına əsasən dünya əhalisinin təqribən 30 faizinin hələlik internetə çıxışı yoxdur. Digər tərəfdən baxdıqda isə bu o deməkdir ki, dünya əhalisinin 70 faizi internet xidmətlərinin istifadəçisidir. Bu rəqəmlər kiberdiplomatiyanın müasir həyatımızda rolunu əyani göstərir. Texnoloji inkişaf artıq sırf texniki mütəxəssislərin həll edəcəyi deyil, beynəlxalq əhəmiyyətli, ölkələrarası məsələyə çevrilib”, - deyə Prezident Administrasiyasının nümayəndəsi əlavə edib.

Tədbirdə çıxışı zamanı Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov deyib ki, müasir dünyada ən aktual mövzulardan hesab edilən informasiya təhlükəsizliyində diplomatiyanın rolu məsələsinə həsr olunmuş konfransın ölkəmizin bu sahədə gördüyü işlərə mühüm töhfə verəcək.

ADA Universitetinin Dövlət, tələbə və xarici işlər üzrə prorektoru Fariz İsmayılzadə bildirib ki, kibertəhlükəsizliklə bağlı problemlərin həllinin ən vacib sütunlarından biri insan resursları və potensialıdır. Eləcə də hər sahədə olduğu kimi kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın inkişafında gənc nəsil mütəxəssislərin olması vacib amildir.

1-ci Kiberdiplomatiya üzrə beynəlxalq konfrans çərçivəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX), İnkişaf və Diplomatiya İnstitutu və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu (“ICI Buxarest”) arasında Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən, kiberdiplomatiya sahəsində tədqiqat, təhsil və bacarıqların artırılmasını təşviq etmək məqsədilə ölkəmizdə Kiberdiplomatiya üzrə Tvininq Mərkəzi fəaliyyətə başlayacaq. Tvininq Mərkəzi tədqiqat və təhsil təşəbbüsləri ilə kiberdiplomatiya, informasiya təhlükəsizliyi və rəqəmsal idarəetmə sahəsində beynəlxalq əməkdaşlıq və qarşılıqlı əlaqəni genişləndirməyi nəzərdə tutur.

Anlaşma Memorandumuna uyğun olaraq XRİTDX tərəfindən Tvininq Mərkəzinin fəaliyyəti üçün inzibati və strateji dəstək veriləcək və təlimlərin keçirilməsi üçün təlimçilər cəlb ediləcək. İnkişaf və Diplomatiya İnstitutu birgə elmi nəşrlərin hazırlanmasına, akademik əməkdaşlığın həyata keçirilməsinə dəstək göstərəcək və kiberdiplomatiya mövzusunda təlimlərin təşkilində iştirak edəcək. “ICI Buxarest” Tvininq Mərkəzində elmi-tədqiqat və tədris proqramlarının hazırlanması və həyata keçirilməsində, birgə layihələrin koordinasiya edilməsində, kiberdiplomatiya sahəsində tədqiqat və tədrislə bağlı təcrübə mübadiləsində iştirak edəcək.

İmzalanma mərasimində görüş zamanı tərəflər növbəti illər üçün nəzərdə tutulan planlarından danışıb, memorandum əsasında yaradılacaq Kiberdiplomatiya üzrə Tvininq Mərkəzi tərəfindən həyata keçiriləcək tədbirlər və layihələr haqqında müzakirələr aparıblar. Tərəflər Kiberdiplomatiya və informasiya təhlükəsizliyi üzrə birgə təhsil proqramlarının, seminarlar və təlim kurslarının hazırlanması, eləcə də kiberdiplomatiya sahəsində bilik və təcrübə mübadiləsi aparacaqlarını vurğulayıblar.

Anlaşma Memorandumu XRİTDX-nin rəis müavini, general-mayor Allahverən İsmayılov, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, “ICI Buxarest” Universitetinin elmi rəhbəri Dr. Carmen-Elena Cirnu tərəfindən imzalanıb.

1-ci Kiberdiplomatiya üzrə beynəlxalq konfransın yekunlarına dair Bakı Bəyannaməsi qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qadın güləşi üzrə milli komandanın üzvləri yeni antidopinq qaydaları ilə tanış olublar

Səfir: Birlik və qardaşlıq ruhunun yeni nəslə aşılanması böyük əhəmiyyət daşıyır

Qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi: Dünya Kubokundakı çıxışımızla qürur duyuram

Azərbaycan Gürcüstan iqtisadiyyatına investisiya yatıran ölkələrin siyahısında dördüncüdür

Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur

Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib

“Türk dünyasına səyahət” - Türk xalqlarının irsi, ortaq mənəvi dəyərləri və qardaşlıq əlaqələri təbliğ olunur

Azərbaycan millisinin futbolçusu zədəsinin müalicəsi üçün Madridə yollanıb

Bu il 87 mindən çox şagird paytaxt məktəblərinin buraxılış siniflərini bitirir

Laçın, Xocavənd və Xocalıda əkin sahələrinin vəziyyəti qiymətləndirilib, sakinlərə məsləhətlər verilib

Çingiz Hüseynzadə: Türkiyə millisi dünya çempionatında bütün rəqiblərə qarşı çox yaxşı mübarizə aparacaq

AzMİU Almaniyada beynəlxalq platformada təmsil olunub

Yaxın Şərqdəki münaqişə Avropa İttifaqının enerji xərclərini 47 milyard avro artırıb

2026-cı ilin ikinci yarısında qızıl, enerji və valyuta bazarlarını nə gözləyir? VİDEO

2026-cı ilin ikinci yarısında qızıl, enerji və valyuta bazarlarını nə gözləyir? VİDEO

Bahar Özsoy: BTQ-nin modernləşdirilməsi Orta Dəhlizin qlobal rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq

Vüsal Xəlilov: Dələduzluğa qarşı mübarizə Mərkəzi Bankın diqqət mərkəzindədir

Vüqar Gülməmmədov: 2025-ci ilin dövlət büdcəsinin icrası prosesində ikili uçot halına rast gəlinməyib

Azərbaycan və Mərkəzi Asiya Fintex assosiasiyaları arasında memorandum imzalanıb

MOK-un vitse-prezidenti: Ronaldunun dünya çempionu olacağını yaşayıb görəcəyik

Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib

Zakir Nuriyev: Türk dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi qrupları yaradılmalıdır VİDEO

Zakir Nuriyev: Türk dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi qrupları yaradılmalıdır VİDEO

Çingiz Hüseynzadə: Biz çalışırıq ki, Olimpiya hərəkatını təbliğ etməyə davam edək

Azərbaycan Dillər Universiteti ilk dəfə RUR beynəlxalq reytinqində yer alıb

Nazir: Dövlət büdcəsinin gəlir və xərclərinə nəzarət məqsədilə maliyyə hesabatlılıq portalı istifadəyə verilib

Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır

AzTU və TAU-dan abituriyentlərə xüsusi təqdimat - rektorla görüş

Baş Prokurorluğun idarə və şöbə rəisləri canlı yayımda sualları cavablandıracaqlar

Şəkidə taxıl biçininə start verilib

Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb VİDEO

Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb VİDEO

Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır

Sabah hava Bakıda dəyişkən buludlu, bəzi rayonlarda isə fasilələrlə yağıntılı olacaq

Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir

Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır

Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil

Son 5 ildə sosialyönümlü xərclər 3,9 milyard manat və ya 34,1 faiz artıb

Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər

Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib

Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?

“Tərtər” bazarında yoxlama aparılıb

Naxçıvanda aktiv təsərrüfat subyektlərinin sayı 21,6 faiz artıb

Pskov hava limanında uçuşlar dayandırılıb

Maliyyə naziri: Qeyri-neft baza kəsirinin davamlı olaraq azaldılmasına çalışırıq

Lihannanın faciəvi ölümü: Fransada ədalət sisteminin növbəti uğursuzluğu

Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq

Azərbaycan Universitetində “Bir məqalə, iki nəsil” layihəsinə başlanılıb

Maliyyə naziri: Ötən il xərclərin səmərəli, ünvanlı və ehtiyaclara uyğun icrası təmin olunub

“Şimal-Cənub” marşrutunun Azərbaycandan keçən hissəsinin ötürücülük qabiliyyəti beş dəfə artıb

Xaqani Şirvani və dövrünün siyasi-mədəni mühiti - dəyirmi masa

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib

İsrail ordusu Qəzzada HƏMAS-ın Dəniz Polisi qərargahı və silah anbarlarına hücum edib

Sahil Babayev: Bu il Dövlət Neft Fondundan büdcəyə transferin azaldılması planlaşdırılır

Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib

Ekspert: Azərbaycan qlobal logistika proseslərinin fəal iştirakçısıdır

Nazir: Dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azalıb

“Airbus” və “Dassault” birgə döyüş təyyarəsinin yaradılması ilə bağlı layihəni dayandırır

Dünyada dövlət borcu ÜDM nisbətinin ən aşağı olan ölkələrdən biri Azərbaycandır

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək

Maliyyə naziri: Ötən il Azərbaycanın qeyri-neft sektoru daha da genişlənib

Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Çin alimləri kosmosda qaraciyər xəstəliklərinin inkişaf mexanizmlərini tədqiq ediblər

Sahil Babayev: Ötən il Azərbaycan üçün növbəti uğurlu il olub

Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb

“Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması”: İctimai müzakirə

Azərbaycanın xarici işlər naziri Yaponiyaya rəsmi səfərə yola düşüb

Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb

NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib

Odessa sahillərində 15 ölü delfin aşkarlanıb

Dərmanların təhlükəsizliyi necə qorunur?

“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb

Çində avtomobil satışları kəskin azalıb

Azov dənizində zərər görən gəmilərin 19 nəfər azərbaycanlı heyət üzvü ölkəmizə yola salınıb

Texnobloger: Platformalar yeniyetmələr üçün xüsusi təhlükəsizlik tədbirlərini tətbiq etməlidir

Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub

Milli Kitabxanada “Azərbaycanda yaşayan azsaylı xalqlar” adlı virtual sərgi açılıb

Əfqanıstanda ilin əvvəlindən bəri baş verən təbii fəlakətlər 300-dən çox insanın həyatına son qoyub

Fransa və Almaniya 100 milyard avroluq döyüş hava sistemi proqramını dayandırıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

DİN: Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən olunub

İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir

Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar

“Axios”: ABŞ Trampın iradəsi xaricində Yaxın Şərqdə yenidən münaqişəyə cəlb oluna bilər

Özbəkistan məhkəmələrdə korrupsiyaya qarşı nəzarəti gücləndirir

BDU beynəlxalq reytinqdə 189 pillə irəliləyərək Azərbaycanda lider mövqeyini qoruyub

Krasnodar hava limanında 12 reys təxirə salınıb

Uşaqlar üçün məhdudiyyətlərin tətbiq edildiyi platformaların siyahısı yaxın vaxtlarda təqdim olunacaq

ABŞ-də reaktiv yanacaq istehsalı rekord həddə çatıb

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Mehmet Şimşek: Türkiyə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində addımlar atır

Tramp: İsrail və İran ən azı bir həftə qarşılıqlı hücumlar həyata keçirməyəcək

Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir VİDEO

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir VİDEO

Ağcabədi sakini zəhərlənərək həyatını itirib

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir VİDEO

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir VİDEO