Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusunda xüsusi konfrans keçirilib

Bakı, 22 noyabr, AZƏRTAC

Noyabrın 22-də Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) ev sahibliyi ilə Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının (ICAPP) "Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu" mövzusunda xüsusi konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbirdə açılış nitqi ilə çıxış edərək konfrans iştirakçılarını Yeni Azərbaycan Partiyası və şəxsən öz adından səmimi salamlayıb, “Azərbaycana xoş gəlmisiniz” deyib: “Təşəbbüsümüzü və təklifimizi qəbul edərək ICAPP-ın xüsusi konfransının Bakıda keçirilməsinə razılıq verdikləri üçün ICAPP-ın rəhbərliyinə təşəkkürümü bildirirəm. Dəvətimizi qəbul edib ölkəmizə səfər edən və bugünkü tədbirdə iştirak edən müxtəlif ölkələrin nüfuzlu siyasi partiya mənsublarına səmimi minnətdarlığımı ifadə edirəm. Biz dünən Yeni Azərbaycan Partiyasının həyatında əlamətdar hadisə olan 30 illik yubileyi sizinlə birlikdə qeyd etdik. Fürsətdən istifadə edərək, bizim yubiley tədbirinə qatıldığınız və bizim sevincimizi bölüşdüyünüz üçün sizin hər birinizə hörmət və ehtiramımı bildirirəm”.

Tahir Budaqovun sözlərinə görə, qloballaşan dünyamızda, təəssüflər olsun ki, qarşıdurmalar, insanların həyatı üçün ciddi təhlükələr sürətlə artır: “Belə bir zamanda, hesab edirəm ki, dialoqa, birgə müzakirələrə, əməkdaşlığa daha çox ehtiyac var. Çünki müharibələrə, münaqişələrə silah gücü ilə deyil, məhz qarşılıqlı anlaşma şəraitində dialoq yolu ilə son qoymaq, sülhə, barışığa nail olmaq mümkündür. Yüksək diqqətinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bölgədə sabitliyin bərqərar edilməsi, Cənubi Qafqaz regionunda və bütövlükdə dünyada möhkəm sülhə, qarşılıqlı əməkdaşlığa nail olunması istiqamətində çox işlər görülüb və bu gün də görülməkdədir. Müxtəlif dini konfessiyaların, çoxsaylı millətlərin uzun illər əmin-amanlıq şəraitində rahat yaşadığı Azərbaycanda sülh, barışıq, tolerantlıq dövlətin ən prioritet məsələsi olmaqla yanaşı, həm də tarixi sərvəti hesab edilir. Bizim hamımızın vahid evi olan Yer kürəsini qorumağın, dövlətlər və xalqlar arasında möhkəm sülhə nail olmağın, insanlara təhlükəsiz, rahat həyat bəxş etməyin yeganə yolu ambisiyalardan, cılız hisslərdən uzaq olan qarşılıqlı əməkdaşlıq, bir-birinə hörmət və səmimi münasibətdir. Yalnız birgə fəaliyyət yolu ilə dünyamızın siyasi atmosferini saflaşdıra, onu sağlamlaşdıra və gözəlləşdirə bilərik. Gələcək nəsillər qarşısında məsuliyyətimiz də bunu tələb edir. Hesab edirəm ki, xalqların, dövlətlərin müqəddəratı ilə bağlı bu vacib məsələyə beynəlxalq ictimaiyyət, eləcə də ölkələrin aparıcı siyasi partiyaları da mühüm töhfə verə bilər. Bizim konfransımızın mövzusu da təsadüfən seçilməyib, təhlükəsizlik və əməkdaşlıq məsələsi çağdaş dövrümüzlə və onun tələbləri ilə tamamilə həmahəngdir”.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Azərbaycanın uzun illər Ermənistanın hərbi təcavüzünə məruz qaldığını xatırladıb: “Təəssüflər olsun ki, ikili standartlı yanaşma səbəbindən BMT Təhlükəsizlik Şurasının münaqişəyə son qoyulması və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnaməsi icra edilməmiş, sadəcə kağız üzərində qalmışdır. Həmişə sülhün, barışığın tərəfdarı olmuş ölkəmizin bu münaqişənin danışıqlar yolu ilə həllinə davamlı cəhdləri də müsbət nəticələnməmişdir. Əksinə, müxtəlif bəhanələrlə danışıqlardan boyun qaçıran Ermənistan yeni torpaq iddiaları irəli sürərək vəziyyəti daha da mürəkkəbləşdirməyə davam etmişdir. Buna görə də 2020-ci ildə Azərbaycan Ordusu Ermənistanın növbəti hərbi təxribatının qarşısını almaq məqsədilə əks-hücum əməliyyatına başlayaraq 44 gün ərzində işğala son qoyaraq torpaqlarımızı azad etdi. Azərbaycan beynəlxalq hüquq prinsiplərinə istinad edərək həm tarixi ədaləti bərpa etdi, həm də BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrasını təmin etdi. Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyanat iki ölkə arasında sülhün əldə olunmasına zəmin yaratmışdır. Lakin Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Düşünürəm ki, bugünkü konfransımız da Cənubi Qafqazda davamlı əməkdaşlıq yolu ilə sülhün və təhlükəsizliyin təmin edilməsinə yönəlmiş səylərə beynəlxalq ictimaiyyətin dəstəyini gücləndirəcəkdir”.

Tahir Budaqov əmin olduğunu söyləyib ki, konfrans yüksək işgüzar fəallıq, məhsuldar müzakirələr şəraitində keçəcək, iştirakçıların mövzu ilə bağlı sanballı, konkret təklifləri ilə seçiləcək və hazırda dünyamızda ən həssas məsələ olan sülhyaratma və sülhənailolma proseslərinə öz layiqli töhfəsini verəcək: “İnanıram ki, ümumilikdə Bakı konfransı Asiyanın 370-dən artıq siyasi partiyasını öz ətrafında birləşdirən ICAPP ailəsi üçün əlamətdar və yadda qalan bir tədbir olacaq. Əziz dostlar, sizi bir daha səmimi salamlayır, konfransımızın işinə və hər birinizə uğurlar arzulayıram”.

Sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına məktubunu oxuyub.

ICAPP-ın Daimi Komitəsinin həmsədri, Koreya Respublikasının sabiq xarici işlər naziri, Milli Təhlükəsizlik Ofisinin keçmiş direktoru Çunq Eu-yonq videoformatda çıxış edərək konfrans iştirakçılarını salamlayıb, Yeni Azərbaycan Partiyasına ICAPP-ın “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusuna həsr olunmuş xüsusi konfransına ev sahibliyi etdiyinə görə təşəkkürünü bildirib. O, ICAPP adından Azərbaycan dövlətinə və xalqına YAP-ın 30 illiyi münasibətilə təbriklərini çatdırıb.

Çunq Eu-yonq qeyd edib ki, Azərbaycan regionun aparıcı dövlətinə çevrilmişdir. Qazanılan uğurlar Heydər Əliyevin gələcəyə baxışı, cəsarəti və öz xalqına inamı nəticəsində mümkün olub. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətləri çox yüksək qiymətləndiririk.

YAP-ın ICAPP-ın önəmli tədbirlərinə ev sahibliyi etdiyini deyən Daimi Komitənin həmsədri xatırladıb ki, bunun nəticəsində ICAPP gələcəyə baxışını daha da genişləndirib və Asiya cəmiyyətlərini stabillik, harmoniya və inkişafa səsləyə bilib. Bugünkü konfransın “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusuna həsr edilməsi çox düzgün qərardır. O söyləyib ki, dünyada təhlükəsizliyə təhdid yaradan hallara qarşı ciddi mübarizə aparılmalı və problemlər beynəlxalq miqyasda danışıqlar vasitəsilə həll olunmalıdır. Təhlükələrin qarşısını almaq və sülhün bərqərar olması üçün dialoq və diplomatiya yeganə və ən yaxşı yoldur. ICAPP-ın Daimi Komitəsinin həmsədri diqqətə çatdırıb ki, heç bir dövlət mövcud çətinliklərə təkbaşına cavab verə bilməz: “Bunların hamısı qlobal çətinliklərdir və onlar qlobal cavab tələb edir. Ona görə də biz resurslarımızı, cəhdlərimizi bir araya gətirməliyik. Biz hamımız birlikdə yaxından işləməliyik. Heç bir ölkə bir-birindən ayrı deyildir. Biz əlimizdən gələni etməliyik ki, geosiyasi təhlükəsizlik bərqərar olsun və dünya hamımız üçün daha təhlükəsiz məkana çevrilsin. Biz insanların şəraitini, rifahını hər şeydən üstün tutmalıyıq. Siyasi partiyalar cəmiyyətin hər bir təbəqəsi ilə sıx bağlıdır. Ona görə də partiyalar bu istiqamətdə çalışmalıdırlar. Fikir mübadiləsi aparılmalı və güclü strategiyalar işlənib hazırlanmalıdır. Beləliklə, partiyalar ictimai fikri hökumət siyasətinə çevirməlidirlər. Siyasi partiyalardan tələb olunur ki, beynəlxalq tədbirlərdə fəal tərəfdaş kimi çıxış etsinlər. ICAPP bu baxımdan unikal platformadır”.

“Birgə işləyərək biz bu məsələlərə daha dərindən baxmalıyıq və elə bir yol tapmalıyıq ki, sülh bərqərar olsun. Mən inanıram ki, siyasi partiyaların sülhyaratma prosesinə cəlb edilməsi qlobal təhlükəsizliyin təmin olunması baxımından yaxşı imkandır. Ümidvaram ki, bizim cəhdlərimizlə bu xüsusi konfrans dünyamızı daha yaxşı, təhlükəsiz bir məkana çevirmək üçün bəşəriyyətə çox mühüm bir imkan yaradacaq”,- deyə ICAPP-ın Daimi Komitəsinin həmsədri qeyd edib.

Sonra konfrans iştirakçıları birgə foto çəkdirib.

Daha sonra Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) Xarici əlaqələr şöbəsinin sədr müavini Afif Demirkıranın moderatorluğu ilə “Sülh quruculuğu prosesində siyasi partiyaların iştirakı” mövzusunda sessiya keçirilib.

AK Partinin Xarici əlaqələr şöbəsinin sədr müavini Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibəti ilə təbriklərini çatdırıb: “Qürur hissi duyuram ki, ICAPP-ın xüsusi konfransı çox gözəl bir şəhər olan Bakıda keçirilir. Biz ICAPP ailəsi olaraq istərdik ki, bir daha Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibəti ilə təbriklərimizi çatdıraq”.

O qeyd edib ki, yaşadığımız dünyada müharibələr və münaqişələr çoxdur. “İnsanlar hər zaman sülh barəsində danışır. Amma dünya ciddi təhdidlərlə üz-üzədir”,- deyən A.Demirkıran söyləyib ki, siyasi partiyaların təhlükəsizliyin və sülhün təmin olunmasında mühüm rolu var: “Siyasi partiyalar sülhün təmin olunması prosesində fəal iştirak edə və münaqişələrdən sonra dialoqun başlanmasını həyata keçirə bilərlər”.

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, 1992-ci ildə YAP-ın yaradılması milli inkişafın təmin olunması üçün vacib idi. Diqqətə çatdırıb ki, o vaxt ulu öndər Heydər Əliyev ziyalıların müraciətinə müsbət cavab verdi və xalqın iradəsi ilə Azərbaycanın gələcəyini müəyyənləşdirən partiya yaradıldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclü dövlətə çevrildiyini vurğulayan Səməd Seyidov bildirib ki, Vətən müharibəsində torpaqlarımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü təmin edildi. Bununla da Azərbaycan regionda yeni reallıq yaratdı.

ICAPP-ın Daimi Komitəsinin üzvü, Rusiyanın “Yedinaya Rossiya” Partiyasının Ali Şurası Bürosunun üzvü, Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Andrey Klimov xüsusi konfransın çox mühüm məsələlərə həsr olunduğunu bildirib. A.Klimov qeyd edib ki, dünyada əsas prinsiplərdən biri beynəlxalq normalar əsasında dövlətlərin suverenlik hüququna müdaxilə etməməkdir. Lakin təəssüf ki, bəzi ölkələr digər dövlətlərin suverenliyinə, daxili işlərinə müdaxilə etməyə çalışırlar. Andrey Klimov sülh və təhlükəsizlik məsələlərində partiyaların əməkdaşlığının vacib olduğunu söyləyib.

Kamboca Xalq Partiyası Mərkəzi Komitəsinin üzvü Xeav Sambat təşkilatçılığa və qonaqpərvərliyə görə təşəkkürünü bildirib, YAP-ın 30 illiyi münasibətilə təbriklərini çatdırıb. O, həmçinin YAP-ın fəaliyyətini yüksək qiymətləndirib.

X.Sambat Kamboca Xalq Partiyasının ölkənin aparıcı qüvvəsi olaraq sülh siyasətini dəstəklədiyini söyləyib. O qeyd edib ki, Kamboca kiçik ölkə olsa da, dünyadakı sülh məsələlərinə məsuliyyətlə yanaşır.

ICAPP-ın Daimi Komitəsinin üzvü, Koreya Milli Assambleyasının üzvü və ICAPP Parlamentarilər İttifaqının sədr müavini Ha Tae-keunq bildirib ki, bu il Azərbaycan ilə Koreya Respublikası arasında diplomatik münasibətlərin yaradılmasının otuzilliyi qeyd edilib. O diqqətə çatdırıb ki, Azərbaycanla Koreya Respublikası arasında müdafiə, iqtisadiyyat və digər sahələrdə əməkdaşlıq məsələləri diqqət mərkəzindədir.

Siyasi partiyaların sülh və təhlükəsizlik məsələlərində aktiv roluna toxunan Ha Tae-keunq beynəlxalq təşkilatlar vasitəsilə əməkdaşlığın daha da genişləndirilməsinin və gücləndirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, gələn ilin aprelində ICAPP Biznes Şurasının yaradılması rəsmi şəkildə elan olunacaq və bu, əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsinə təkan verəcək.

Sonra YAP Veteranlar Şurasının üzvü, “91-lər”dən biri Sudeyf İmamverdiyev çıxış edib. O, 1990-cı illərin əvvəlində ölkəmizdə mövcud olan siyasi böhran şəraitində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu bildirib. Belə bir çətin vəziyyətdə xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi. Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın inkişaf yoluna qədəm qoyduğunu deyən Sudeyf İmamverdiyev bildirib ki, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

“Siyasi partiyalar arasında əməkdaşlıq vasitəsilə regional və qlobal təhlükəsizliyin təşviqi” mövzusunda keçirilmiş sessiyada çıxış edən Türkiyənin Ədalət və İnkişaf Partiyasının Xarici Əlaqələr Departamentinin sədr müavini Mehmet Ceylan xüsusi konfransın yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib. O qeyd edib ki, möhkəm ənənələr əsasında qurulmuş partiyalar beynəlxalq sülhün təmin olunmasında mühüm rola malikdir. Bu konfrans fikir mübadiləsi və beynəlxalq məsələləri müzakirə etmək üçün çox vacib platformadır.

“Cənubi Qafqazdakı son hadisələr gündəliyimizin ən vacib məsələlərindəndir. Vətən müharibəsində Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi regionda yeni əməkdaşlıq imkanları yaradır. Ermənistan yaranmış bu imkanları dəyərləndirməli, Azərbaycanla sülh sazişi imzalamalıdır”, - deyə M.Ceylan qeyd edib. O, həmçinin bildirib ki, Ermənistandakı təxribatçı çıxışlara baxmayaraq, Azərbaycan sülh üçün mühüm təşəbbüslər irəli sürür.

Laos Xalq İnqilab Partiyası Mərkəzi Komitəsinin Xarici əlaqələr komitəsi sədrinin müavini Somfon Siçaleun qeyd edib ki, Bakıda keçirilən xüsusi konfrans YAP-ın yaradılmasının 30 illiyinə təsadüf edir və bu, önəmli tarixi hadisədir. O, YAP üzvlərini bu münasibətlə təbrik edib və partiyaya fəaliyyətində uğurlar arzulayıb.

“Hazırkı dövrdə qlobal təhlükəsizliyin təmin olunması çox vacibdir. Bunun üçün siyasi partiyalar əməkdaşlıq etməlidirlər. Partiyalar arasındakı əməkdaşlıq yeni dövrün çağırışlarına cavab vermək üçün vacibdir. Biz çalışmalıyıq ki, işbirliyini genişləndirməklə çağırışların öhdəsindən gələk”, - deyə Somfon Siçaleun diqqətə çatdırıb.

YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva bildirib ki, Asiya regionunda və bütün dünyada sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunması istiqamətində siyasi partiyaların əməkdaşlığının gücləndirilməsində ICAPP-ın rolunun genişləndirilməsi xüsusilə əhəmiyyətlidir. O deyib ki, ICAPP-ın təşkilatçılığı ilə keçirilən bugünkü konfrans qeyd edilən məsələlərin həlli istiqamətində müzakirələrin təşkilində oynadığı rola görə mühüm önəmə malikdir.

Azərbaycanın müstəqil xarici siyasətinin fonunda Yeni Azərbaycan Partiyasının fəaliyyətində beynəlxalq əməkdaşlığın prioritet olduğunu bildirən A.Sofiyeva qeyd edib ki, partiya həm ICAPP, həm də qurumda təmsil olunan ölkələrin siyasi partiyaları ilə münasibətləri inkişaf etdirmək üçün səylər göstərir.

Malayziya Çinli Assosiasiyası Beynəlxalq Kommunikasiya və Diplomatiya Bürosunun Sədri, Mərkəzi Komitəsinin üzvü Ti Çinq Senq YAP-ın təsis olunmasının 30 illiyi münasibətilə təbriklərini çatdırıb. O, siyasi partiyaların bəşəriyyət üçün aktual və önəmli məsələlərlə əlaqədar əməkdaşlığının vacibliyini qeyd edib. Vurğulayıb ki, siyasi partiyalar sülh quruculuğuna, regional təhlükəsizliyə öz töhfələrini verməlidirlər.

Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini Nqo Le Van xüsusi konfransda müzakirə olunan mövzunun çox aktual olduğunu söyləyib. O, siyasi partiyaların sülh və təhlükəsizlik məsələsini müzakirəyə çıxarmasının təqdirəlayiq olduğunu nəzərə çatdırıb.

Şimali Makedoniya Türk Demokratik Partiyasının sədri Beycan İlyas xüsusi konfransın keçirilməsinin əhəmiyyətindən bəhs edib. Tədbirə dəvətə görə təşəkkürünü bildirən B.İlyas Yeni Azərbaycan Partiyası ilə Türk Demokratik Partiyası arasında səmərəli əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırıb və eyni zamanda, ICAPP-ın fəaliyyətinin siyasi partiyalar arasında dialoqun inkişafı baxımından önəm kəsb etdiyini deyib.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar siyasi sferanı da əhatə edir. Bu islahatlar nəticəsində ümummilli, sülh və təhlükəsizlik məsələləri ilə bağlı siyasi partiyalar birlik və həmrəylik nümayiş etdirirlər. Onun sözlərinə görə, ICAPP-a üzv siyasi partiyalar da bu konfransda müzakirə olunan məsələlərlə əlaqədar sıx əməkdaşlıq etməlidirlər.

Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü, Milli Məclisin deputatı Erkin Qədirli deyib ki, təhlükəsizlik amili beynəlxalq münasibətlərin əsasını təşkil edir. Siyasi partiyalar da təhlükəsizlik məsələsində aktiv əməkdaşlıq etməlidirlər. Bu baxımdan, keçirilən xüsusi konfrans böyük əhəmiyyət kəsb edir.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxışında təhlükəsizlik və əməkdaşlıq sahəsində gənclərin rolundan bəhs edib. Bu sahədə ölkəmizdə mövcud olan müsbət vəziyyətdən danışan Bəxtiyar İslamov qeyd edib ki, ICAPP-a daxil olan siyasi partiyaların gənclərinin də sülh və təhlükəsizlik kontekstində aktual məsələlərlə əlaqədar müzakirələr aparmaq və əməkdaşlıq etmək üçün böyük potensialı var.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib ki, sülh və təhlükəsizlik məsələsi bu gün qlobal çağırışdır. Pərvin Kərimzadənin sözlərinə görə, İkinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarını işğaldan azad etməklə regionda qaynar münaqişəyə son qoydu. YAP İdarə Heyətinin üzvü Azərbaycan qadınlarının cəmiyyətdəki rolundan, sülh naminə təşəbbüslərindən də bəhs edib.

Sonra ICAPP-ın “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının Bakı Bəyanatı qəbul olunub. Bəyanatı Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının baş katibi Ço Byunq-cae səsləndirib.

Konfransın yekununda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini Əli Əhmədov bildirib ki, ayrı-ayrı ölkələri, bütün bəşəriyyəti narahat edən çox vacib çağırışlardan biri sülh və təhlükəsizlik məsələsidir. ICAPP-ın bu mövzuya həsr olunmuş xüsusi konfransının keçirilməsi mühüm əhəmiyyətə malikdir: “Mən ICAPP-ın Asiyanın siyasi həyatında rolunu ayrıca qeyd etmək istəyirəm. Fəaliyyət göstərdiyi dövrdə Asiyada ayrı-ayrı siyasi problemlərlə əlaqədar çox ciddi müzakirələr aparılıb. İnanıram ki, ICAPP bundan sonra Asiyada siyasi dialoqun təmin edilməsində və dərinləşməsində daha böyük işlər görəcək”.

Əli Əhmədov mövcud çağırışlar fonunda ICAPP tərəfindən Asiya Təhlükəsizlik Konfransı adlı platformanın yaradılmasını təklif edib.

Sonda ICAPP-ın Daimi Komitəsinin həmsədri, Koreya Respublikasının sabiq xarici işlər naziri, Milli Təhlükəsizlik Ofisinin keçmiş direktoru Çunq Eu-yonq çıxış edərək “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusunda keçirilən xüsusi konfransda geniş fikir mübadiləsinin aparıldığını və bunun gələcək əməkdaşlığa mühüm töhfə olduğunu diqqətə çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Belçikada sosial mənzillərin bölgüsündə illərlə davam edən saxtakarlıq aşkarlanıb

ABŞ senatoru: Mərkəzi Asiyada və Qafqazda artan iqtisadi inteqrasiya birgə maraqlara xidmət edəcək

Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək

ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb