BAKIDA TERRORÇULUĞA QARŞI MÜBARİZƏ MÖVZUSUNDA BEYNƏLXALQ SEMİNAR KEÇİRİLƏCƏKDİR
Azərbaycanın NATO yanında nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, iyulun 6-7-də Bakıda NATO/Avratlantika Tərəfdaşlıq Şurası (AATŞ) çərçivəsində “Terrorçuluğa qarşı tərəfdaşlıq tədbirlər Planı”nın operativləşdirilməsi: Tərəfdaşların NATO-nun terrorçuluqla mübarizə əməliyyatlarında iştirakı və töhfəsi” mövzusunda işçi seminarı keçiriləcəkdir.
İşçi seminarda yerli ekspertlərlə yanaşı, Avratlantika Tərəfdaşlıq Şurasının 31 ölkəsindən 59 ekspert iştirak edəcəkdir. NATO-nun müdafiə siyasəti və planlaşdırma bölməsinin şöbə rəisi C.Katsirdakis, Beynəlxalq Hərbi Qərargahın briqada generalı F.Klaesen və NATO/AATŞ ölkələri əks-terrorçuluq mərkəzlərinin mütəxəssisləri seminarda çıxış edəcək, təcrübə və fikir mübadiləsi aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:16]
Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib
- 13.10.2026 [19:27]
Laos Prezidenti Milli Məclisdə olub
- 13.10.2026 [17:33]
QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var
- 13.10.2026 [16:47]