Bakıda texniki baxış zamanı avtomobildə narkotik maddə aşkarlanıb
Bakı, 25 sentyabr, AZƏRTAC
Avtonəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı növbəti dəfə hüquqazidd əməllərin qarşısı alınıb. Belə ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Müayinə Mərkəzində Bakı şəhər sakini Anar Babayevə məxsus “Land Rover” markalı avtomobilə texniki baxış keçirilərkən ilk tibbi yardım qutusunda olan dərman vasitələrinin arasında xüsusi qablaşdırılmış narkotik maddə aşkarlanıb.
Bu barədə AZƏRTAC-a BDYPİ-dən məlumat verilib.
Faktla bağlı ərazi polis orqanı məlumatlandırılıb və zəruri prosesual hərəkətlər aparılmaqla sürücü A.Babayev avtomobillə birlikdə aidiyyəti üzrə təhvil verilib.