Bakıda Türk Dünyasının Yumor Festivalı keçiriləcək
Bakı, 21 noyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Yaradıcı Həftə” çərçivəsində dekabrın 2-də Nizami Kino Mərkəzində Türk Dünyasının Yumor Festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tatarıstanın yumor dünyasının nümayəndələrini bir araya gətirəcək. Festivalda Türk dünyasının yumor ustaları “stand-up” janrında çıxışlar edəcək və sonda münsiflər heyətinin qiymətləndirməsinə əsasən ölkələrdən biri qalib seçiləcək.
Festival qarşılıqlı peşəkar və yaradıcı fəaliyyətin təşviq edilməsinə və bu sahədə birgə yaradıcı layihələrin həyata keçirilməsinə töhfə verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [16:08]