Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda TÜRKPA üzvlərinin Müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclası keçirilib YENİLƏNİB

Bakı, 15 aprel, AZƏRTAC

Aprelin 15-də Milli Məclisdə TÜRKPA-ya üzv dövlətlərin parlamentlərinin Müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclas “Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu” mövzusuna həsr olunub.

Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərinin təmsilçiləri, TÜRKPA-nın Baş katibi və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev ölkə Prezidenti İlham Əliyevin “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” ifadəsinin önəmini qeyd edərək, türk dövlətlərinin siyasi, iqtisadi, təhlükəsizlik baxımından təşkilatlanmasının vacibliyindən danışıb. Bildirilib ki, türk dövlətləri ilə bütün sahələrdə, o cümlədən parlament səviyyəsində əlaqələrin güclənməsi ölkəmizin prioritet məsələlərindəndir. Bu gün dünyada inkişafın, sülhün və təhlükəsizliyin təmin edilməsində türk dövlətləri birliyi əsas güc strukturlarından biridir. Komitə sədri TÜRKPA-nın mühüm platforma kimi strateji hədəflərin həyata keçirilməsində önəmli addımlar atdığını, üzv dövlətlərin parlamentləri arasında əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verdiyini söyləyib.

A.Nağıyev TÜRKPA-ya üzv ölkələrin parlament komitələri arasında mütəmadi görüşlərin keçirilməsini təqdirəlayiq hesab edib. O bildirib ki, parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, digər formatlarda iş birliyinin genişləndirilməsi tarixi, mədəni və mənəvi köklərlə bir-birinə bağlı olan xalqlarımızın və ölkələrimizin ortaq maraqlarına xidmət edir. Quruma üzv dövlətlərin parlamentlərinin Müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin iclaslarının bu sahədə əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb etdiyini deyib. Parlamentlərin milli təhlükəsizlik və müdafiə strategiyalarını dəstəkləyən qanunvericilik bazasının formalaşmasında mühüm addımlar atdığını qeyd edib. Komitə sədri Azərbaycanın 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa etdiyini, Cənubi Qafqazda yaranan sabitliyin möhkəmləndirilməsi üçün sülh müqaviləsinin imzalanmasının vacibliyindən danışıb. O, Ermənistanın sülh müqaviləsini imzalamaqda maraqlı olmadığını təəssüflə qeyd edib. Gələcəkdə müdafiə sənayesi, müdafiə və təhlükəsizlik sahələrində türk dövlətləri ilə parlamentlər səviyyəsində çoxtərəfli əməkdaşlığın uğurla davam edəcəyinə inamını ifadə edən Arzu Nağıyev bugünkü görüşün məhsuldar olacağını, aparılan səmərəli müzakirələrin birgə işbirliyimizin dərinləşməsinə öz töhfəsini verəcəyini söyləyib.

Sonra iclasda Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar çıxış edərək ötən il TBMM-nin evsahibliyi ilə keçirilmiş müdafiə komitələrinin birinci iclasını xatırladıb. Tədbirin türk dövlətləri arasında birliyin gücləndirilməsi baxımından önəmini qeyd edib. Bu gün dünyada baş verən proseslər, artan təhlükələr fonunda müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın, sülhün, əmin-amanlığın təşviqinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. O, TÜRKPA-ya üzv dövlətlərin parlamentlərinin Müdafiə və təhlükəsizlik üzrə komitələrinin toplantılarının keçirilməsinin parlament diplomatiyası vasitəsilə regional əməkdaşlığın güclənməsində mühüm rol oynadığını vurğulayıb. Təşkilatın üzv dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrinin və inteqrasiyanın daha da gücləndirilməsi, bu ölkələrə aid aktual məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynadığını qeyd edib. Hulusi Akar bildirib ki, quruma üzv dövlətlər təşkilatın daha da inkişaf etməsi və nüfuzlu beynəlxalq quruma çevrilməsi üçün öz səylərini əsirgəmirlər. O, parlamentlər səviyyəsində əməkdaşlığın inkişaf etdirilməsi, qurumun fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində gələcəkdə atılacaq birgə addımların vacibliyi barədə fikirlərini səsləndirib. H.Akar türk xalqlarının daha da yaxınlaşması, ölkələr arasında bütün sahələrdə əlaqələrin inkişafı, birgə strateji layihələrin həyata keçirilməsi istiqamətində ikitərəfli və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinin önəmindən danışıb. Komitə sədri Azərbaycanın Qarabağ uğrunda haqlı mübarizəsində əldə etdiyi Zəfəri bütün Türk dünyası və dünya birliyi üçün nümunə olduğunu vurğulayıb. O qeyd edib ki, türk dövlətləri arasında əməkdaşlığın inkişafı regionda sabitliyin və qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edir, həmçinin dünya miqyasında Türk dünyasının beynəlxalq təsirini artırır.

İclasda Qazaxıstan Parlamenti Senatının Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin üzvü Amangeldi Nuqmanov ölkəsinin TÜRKPA-ya üzv dövlətlərlə dostluq münasibətlərinə malik olduğunu, əlaqələri ən yüksək formada inkişaf etdirmək və vahid türk ailəsinə daha da yaxın olmaq istiqamətində fəaliyyətini uğurla davam etdirdiyini söyləyib. O qeyd edib ki, beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq müdafiə, habelə siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrin inkişafı, ölkələrin milli və birgə təhlükəsizliyi ilə əlaqədar məsələlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edir.

Qırğız Respublikası Joqorku Keneşinin Beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin sədr müavini Eldar Sulaymanov öz çıxışında bu gün qlobal təhlükəsizlik məsələlərinin diqqət mərkəzində olduğunu qeyd edib, bu məsələlərin həllində parlament diplomatiyasının rolu barədə söhbət açıb. Türk dövlətlərinin beynəlxalq proseslərdə aktiv iştirakı və birgə təşəbbüsləri barədə fikirlərini bölüşüb.

Özbəkistan Ali Məclisi Senatının Müdafiə və təhlükəsizlik komitəsinin sədri Kutbidin Burxanov dünyada gedən geosiyasi proseslər fonunda türk dövlətləri birliyinin möhkəmləndirilməsi və regional həmrəyliyin dərinləşdirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. TÜRKPA üzv dövlətləri arasında müdafiə və təhlükəsizlik sahəsində inteqrasiyanın gücləndirilməsi üçün strateji addımların atılmasına diqqət çəkib. O, strateji əməkdaşlıq planlarının Türk dünyasının təhlükəsizlik sahəsində koordinasiyasını artırmaqla yanaşı, regiondakı sabitliyin möhkəmləndirilməsinə xidmət etdiyini söyləyib.

İclasda çıxış edən Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Hüquq, siyasi məsələlər, xarici işlər və müdafiə komitəsinin sədri Yasemi Öztürk bildirib ki, türk dövlətlərinin birliyi həm regional sabitliyə, həm də qlobal miqyasda ədalətli dünya nizamının formalaşmasına yönəlib. O, türk dövlətləri arasında bütün sahələrdə olduğu kimi, təhlükəsizlik məsələlərində də əməkdaşlığın gücləndirilməsinin vacibliyi barədə də fikirlərini səsləndirib.

Sonra TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er çıxış edərək tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirib. O qeyd edib ki, mövcud beynəlxalq təhlükəsizlik mühitində dövlətlərimiz arasında birlik və həmrəyliyin daha da dərinləşməsi, hər sahədə əlaqələrin inkişafı mühüm rol oynayır. Türk dövlətləri arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın ortaq təhdidlərə cavab verilməsi, strateji məqsədlərimiz, regional sabitlik baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Mehmet Süreyya Er bütün istiqamətlərdə olduğu kimi, bu sahədə də parlament diplomatiyasının önəmli rolundan danışıb. O, ölkələrimizin və ümumilikdə bölgənin təhlükəsizliyinin təmin edilməsi üçün atılan addımlarda parlamentlərin qarşılıqlı fəaliyyətinin və əməkdaşlığının özünəməxsus yerini qeyd edib. Üzv parlamentlərin Müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin iclaslarının nəinki TÜRKPA çərçivəsində əməkdaşlığa, o cümlədən dövlətlərimizin və regionumuzun təhlükəsizliyinə mühüm töhfə verəcəyinə inamını bildirib.

Digər çıxış edənlər türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi və bu sahədə parlamentlərin rolu ilə bağlı fikirlərini bölüşüblər, qeyd və təkliflərini səsləndiriblər.

İclasda gündəliyin digər məsələlərinə də baxılıb, müvafiq qərarlar qəbul olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY