BAKIDA XƏZƏR DƏNİZİNİN BİOLOJİ EHTİYATLARI KOMİSSİYASININ İCLASI BAŞLANMIŞDIR
Dekabrın 9-da Bakıda Xəzər dənizinin bioloji ehtiyatları komissiyasının 18-ci iclası öz işinə başlamışdır. Xatırladaq ki, komissiya 1992-ci il dekabrın 9-da Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistanın balıqçılıq təsərrüfatlarının səlahiyyətli nümayəndələri tərəfindən yaradılmış, İran isə onun tərkibinə yalnız bu ilin martında daxil olmuşdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasın işində Türkmənistandan savayı, qalan bütün Xəzəryanı ölkələrin nümayəndələri iştirak edirlər. Gündəliyə Xəzərdə bioloji ehtiyatlarının ovu, kürü və nərə balıqları məhsulunun ixracı kvotalarının yerinə yetirilməsi, bioloji ehtiyatların bərpası məsələlərinin müzakirəsi, komissiyanın müştərək işçi qruplarının sənədlərinin təsdiqlənməsi daxildir.
Komissiya işini dekabrın 10-da başa çatdıracaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]