Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Xəzər İnşaat Həftəsi” keçirilir VİDEO

Bakı, 15 oktyabr, AZƏRTAC

Bu gün Bakıda “Xəzər İnşaat Həftəsi” öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevin Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Rebuild Karabakh” sərgisinin iştirakçı və qonaqlarına müraciəti oxunub.

Qeyd edək ki, “Xəzər İnşaat Həftəsi” çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” “Rebuild Karabakh”, 29-cu Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild”, 16-cı Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgiləri, eləcə də bu tədbirlərlə yanaşı 12-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” sərgisi baş tutacaq.

Sərgilər İqtisadiyyat Nazirliyi, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Bakı Şəhər İcra Hakimiyyəti, Qarabağ Dirçəliş Fondu, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), Azərbaycan Memarlar İttifaqı, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA), Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənir.

“BakuBuild” sərgisinin qızıl sponsoru “NB Group” (Corella brendi) şirkətidir. İnşaat, tikinti materialları, interyer, keramika və üz daşı, döşəmələr və s. kimi sahələrdə ixtisaslaşmış olan “NB Group” şirkəti, “Xəzər İnşaat Həftəsi”nin ənənəvi iştirakçısıdır və artıq illərdir bu tədbirin sponsoru qismində çıxış edir. Mühüm şirkətlərin uzun illər boyu sərgiyə dəstəyi və etimadı, tədbirin əhəmiyyətinin və inşaat sektoruna verdiyi töhfənin göstəricisidir.

Hazırda “Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən sərgilərdə 22 ölkədən 380-dən artıq şirkət iştirak edir. İştirakçı ölkələrə Azərbaycan, Almaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənubi Koreya, Finlandiya, Fransa, Hindistan, Portuqaliya, Polşa, Rumıniya, Rusiya Federasiyası, Çexiya, Çin, Özbəkistan, İran, İtaliya, Səudiyyə Ərəbistanı, Türkiyə və Macarıstan daxildir. Sərgilərdə Almaniya, Böyük Britaniya, Özbəkistan, Macarıstan, Rusiya, Türkiyə milli və regional stendlərlə təmsil olunur. Bu il keçirilən sərgilərdə keçən il ilə müqayisədə Çin şirkətlərinin sayında artım müşahidə olunur. Bundan başqa, təkcə Özbəkistandan 20-dən çox şirkət sərgilərə qatılır.

Bu il “Xəzər İnşaat Həftəsi” daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu əlamətdar hadisə “Xəzər İnşaat Həftəsi”ndə iştirakçılar tərəfindən nümayiş olunacaq məhsul və xidmətlərdə, eləcə də sərginin tədbirlər proqramında öz əksini tapacaq.

Qarabağın bərpasına həsr olunmuş “Rebuild Karabakh” sərgisi bu il artıq 4-cü dəfədir ki, təşkil edilir. Sərginin məqsədi Qarabağda baş verən müsbət dəyişiklikləri dünya ictimaiyyətinə çatdırmaq, eləcə də Qarabağın bərpası proseslərinə təşkilatları və müəssisələri cəlb etməkdir. Sərginin əsas hədəfi Qarabağ üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etməkdir. Sərgidə təqdim olunan innovativ məhsullar, xidmətlər və həllərin müxtəlifliyi Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələr bağlamaq imkanı yaradır. “Rebuild Karabakh” sərgisi investisiyalar, ekologiya, energetika, informasiya texnologiyaları, inşaat, inşaat materialları, kənd təsərrüfatı, kimyəvi məhsulların topdan satışı, mədənçilik, nəqliyyat, təhlükəsizlik, yol tikintisi və infrastrukturu və s. bölmələr üzrə təşkil edilib. İşğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək olmaq üçün təşkilatçıların təşəbbüsü ilə hər bir sərgi iştirakçısı tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə məqsədilə vəsait köçürülür. 2021-ci ildən etibarən hazırkı dövrə qədər ümumilikdə 109 243,16 manat dəyərində ianə bağışlanıb.

“BakuBuild” müxtəlif şirkətlərin nümayəndələrini, təchizatçıları və tikinti peşəkarlarını bir məkanda birləşdirir. Sərgidə ziyarətçilər tikinti proseslərini əhəmiyyətli dərəcədə təkmilləşdirə biləcək bir çox yeni texnologiyalarla tanış olurlar. Ziyarətçilər yeni işgüzar əlaqələr qurmaq, potensial tərəfdaşlıqları müzakirə etmək və peşəkar şəbəkələrini genişləndirmək imkanı əldə edirlər. Sərgi aparat məhsulları, döşəmələr, idman məhsulları, interyer, işıqlandırma, izolyasiya sistemləri, keramika və üz daşı, metal, pəncərə və qapılar, santexnika, sauna və üzgüçülük hovuzları, tikinti materialı və məhsulları, tikinti və istehsalat avadanlıqları kimi bölmələri əhatə edir. “Aquatherm Baku” sərgisi enerjinin idarə olunması sistemləri, ətraf mühitin mühafizəsi texnologiyaları, filtrlər, günəş enerjisi, hava nəmləndiriciləri, hava qızdırıcıları (kaloriferlər), içməli su istehsalı, irriqasiya (suvarma) sistemləri, istilik izolyasiyası materialları, istilik sistemləri, kondisionerlər, nasoslar, qızdırıcılar, radiatorlar, saunalar, soyuducular, üzgüçülük hovuzları, ventilyatorlar və s. kimi sektorlar təqdim olunur.

“Road&Traffic” sərgisi Azərbaycanda yol infrastrukturu sahəsində ixtisaslaşmış tədbirdir. Sərgi yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları sektorlarının peşəkarlarının görüş yeridir. Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsulların satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək, yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssisləri ilə təcrübə mübadiləsi üçün nadir imkandır. Sərgi hər növ avadanlıq və texnika üçün sürtkü yağları, ictimai nəqliyyat, intellektual nəqliyyat sistemləri, hərəkətin idarə olunması, yanacaq və paylayıcı avadanlıq, yol təhlükəsizliyi, yol-nəqliyyat infrastrukturu kimi bölmələri əhatə edir. Tədbirin işgüzar proqramında ekspert və mütəxəssislərin tikinti sahəsində öz bilik və təcrübələrini bölüşdükləri sessiyalar, panel müzakirələri, B2B və B2G görüşlərin keçirilməsi planlaşdırılır. Bu, ziyarətçilərə yeni biliklər, sənayedəki ən son tendensiyalar haqqında məlumat əldə etmək və peşəkar bacarıqlarını artırmaq imkanı verir. Bundan əlavə, sərgilərin beynəlxalq statusu iştirakçılara xarici şirkətlərin məhsullarının Azərbaycan bazarında təqdim edilməsi, eləcə də yeni bazarların və imkanların araşdırılması üçün fürsət qazandıracaq.

“Xəzər İnşaat Həftəsi”nin tədbirlər planı çərçivəsində “Ağdama qayıdan həyat”, “Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin 2024-cü ildə gördükləri işlərin icmalı”, “COP29 beynəlxalq iqlim tədbirinin müasir tikinti sektoruna təsirləri və innovasiyaların inkişafı”, “Yaşıl dünya üçün innovativ yaşıl inşaat texnologiyaları”, “Yaşıl tikintinin Azərbaycanda və regionda yeni üfüqləri”, “Yaşıl tikinti üçün əlverişli texnologiyaların araşdırılması” kimi mövzularda panel müzakirələri, eləcə də “Müasir inşaat texnologiyaları sahəsində Türkiyə-Azərbaycan əməkdaşlığı” mövzusunda seminar keçiriləcək.

Bakı Ekspo Mərkəzində sərgi ziyarətçilərinin diqqətini cəlb edəcək guşələr təşkil olunub. Belə ki, Azərbaycanın tarixini və mədəni dəyərlərini əks etdirən “Qarabağ - xalçaçılıq diyarı” guşəsində milli ornamentlərlə zəngin Qarabağ xalçaları nümayiş etdirilir. Bu guşədə peşəkar xalçaçılar tarixi Qarabağ xalçalarını canlı olaraq toxuyacaqlar. Bununla yanaşı, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə “Ümid var” xeyriyyə cəmiyyətindən olan uşaqların “Qarabağ fərqlilərin fırçasında” adlı sərgisi təqdim olunacaq. Eyni zamanda, sərgilər zamanı Qarabağ Dirçəliş Fondu tərəfindən “Qarabağda urbisid və ekosid” adlı fotosərginin nümayişi baş tutacaq.

“Xəzər İnşaat Həftəsi” tikinti və infrastruktur sahəsində ən son texnologiyaların və innovativ həllərin inteqrasiyasını təşviq edən və beynəlxalq biznes əlaqələrinin möhkəmləndirilməsinə töhfə verən mühüm beynəlxalq tədbirə çevrilib. Hər il bu tədbir Xəzər regionunun iqtisadiyyatının davamlı inkişafına yönəlmiş layihələrin uğurla həyata keçirilməsi və strateji tərəfdaşlıq əlaqələrinin qurulması üçün vacib məkan rolunu oynayır.

Bakıda “Xəzər İnşaat Həftəsi” keçirilir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir

Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib VİDEO

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib VİDEO

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi

Putin Zelenski ilə mümkün görüş barədə danışıb

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq

Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Bu saata olan əsas xəbərlər

Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər

Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir 

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunublar

Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY

Yaponiya səfirliyi: ADA Universitetində keçirilən festivalda iştirak humanitar əlaqələri gücləndirir

Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək

Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb

Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb

Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib

ADSEA nümayəndəsi: Xəzərin bir neçə metr aşağı düşməsi daha mürəkkəb problemlərə səbəb olacaq

® “Azercell” IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellektəsaslı həllərini təqdim edib

Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan

Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequrudan

Xəzər dənizində səviyyə dəyişikliklərinin səbəbləri və regional əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb

Tullantıların idarə olunması sektoru dünyada metan emissiyalarının üçüncü ən böyük mənbəyidir

ÜST-nin nümayəndəsi: İnsanlar ətraf mühit və ya iqlim dəyişikliyi onların sağlamlığına təsir göstərdiyi zaman hərəkətə keçirlər

Ukrayna PUA-ları Mariupol və Berdyansk limanlarında, həmçinin Krım sahillərində beş gəmiyə zərbə endirib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO