Bakıdakı 16 avtobus dayanacaq məntəqəsində pavilyonlar qoyulub
Bakı, 2 iyun, Elvin Camalov, AZƏRTAC
Bakıdakı 16 avtobus dayanacaq məntəqəsində pavilyonlar qoyulub.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, mütəxəssislərin apardığı təhlillər, eyni zamanda, sərnişinlərdən “141” Çağrı Mərkəzinə daxil olan müraciətlər əsasında müəyyənləşdirilən daha 16 avtobus dayanacaq məntəqəsində pavilyonlar qoyulub. Bu istiqamətdə işlər davam etdirilir və digər məntəqələrdə də pavilyonların qoyulması təmin olunacaq.